İlk atəşin tarixi
30.03.2023 [10:46]
1918-ci il, 30 mart...
Saat 16.40
Yeganə BAYRAMOVA
Xalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tarixi XVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. Ermənilər bu fürsətdən istifadə edərək, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törədiblər. Erməni millətçiləri müxtəlif zamanlarda mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə xalqımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Belə dəhşətli hadisələrdən biri 1918-ci il mart-aprel ayında xalqımıza qarşı həyata keçirilən soyqırımı idi. Mart soyqırımı təkcə Azərbaycan tarixində deyil, dünya tarixində törədilən ən qanlı faciələrdən biridir.
Hələ 1917-ci ildə Rusiyada baş vermiş oktyabr inqilabı nəticəsində erməni millətçisi Stepan Şaumyanın başçılığı ilə bolşevik Bakı Soveti Bakıda hakimiyyəti ələ keçirmişdi. Onlar türk-müsəlman əhalisini qırmaq, Bakını rus-erməni şəhərinə çevirmək istəyirdilər. Bu işə erməni “Daşnaksütyun” partiyası da yaxından kömək edirdi. Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak rejiminin hakimiyyəti Bakıda azərbaycanlılara qarşı milli qırğın törədərək, xalqın oyanmaqda olan azadlıq arzusunu beşikdə ikən boğmaq, müsəlmanlara “dərs vermək” istəyirdi.
Beləliklə, 1918-ci ilin martın 30-da bolşevik-daşnak qüvvələri Bakıda azərbaycanlıların kütləvi qırğınına başladılar. Digər tərəfdən, Şaumyanın təşkilatçılığı ilə Birinci Dünya müharibəsi cəbhələrindən geri çəkilən erməni əsgər və zabitləri Bakıda cəmləşdirildi. Şaumyanın təşkil etdiyi “Qırmızı ordu”nun tərkibi də, demək olar ki, tamamilə ermənilərdən ibarət idi. Düşmənlər qocaya, qadına, hətta azyaşlı körpə uşaqlara da vəhşicəsinə qanlı divan tutdular, insanları süngüdən keçirərək diri- diri yandırdılar, evlərini dağıtdılar. Aprelin 3-dək minlərlə müsəlman əhali qətlə yetirildi.
Martın 30-da saat 16:40 radələrində erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açdılar və soyqırımına başladılar. Şaumyanın xahişi və Leninin xüsusi göstərişi ilə Saritsından göndərilən 2 təyyarə havadan, hərbi gəmilər isə dənizdən şəhərin azərbaycanlılar yaşayan məhəllələrini bombaladılar. Azərbaycan xalqına divan tutmaq üçün əllərinə fürsət düşmüş daşnaklar erməni neft sənayeçilərinin barjalarında qoyulmuş toplardan Abşeronun şimalındakı kəndləri də atəşə tutdular. Silahlı erməni əsgərləri müsəlmanların evlərinə soxulur, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, körpələri süngüyə keçirirdilər. Dinc əhalini qorxudan dəhşətə gətirib istədiklərinə nail olmaq üçün hər cür vəhşiliyə əl atan bolşevik-erməni cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetirirdilər. Şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının cəsədi tapılmışdı. Çoxlu gənc qadını diri-diri divara mıxlamışdılar.
Azərbaycanlıların soyqırımından bəhs ediləndə daha çox 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrdə erməni hərbi qüvvələrinin törətdikləri qırğınlardan danışılır. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə soydaşlarımız qətlə yetirilib. Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59

