Milli Mətbuatın ön sözü
07.04.2023 [11:15]
117 yaşlı “Molla Nəsrəddin”
Günel ABBAS
XX əsrin əvvəlləri Azərbaycanda təkcə neft bumu və vüsətli tikinti ilə deyil, həm də 1905-1907-ci illərin inqilabi hadisələri fonunda milli hərəkatın yüksəlişi ilə əlamətdardır. Bu dövr Azərbaycan ədəbiyyatı üçün də zəngin və mürəkkəb dövrlərdən biridir. Tarixi şəraitin mürəkkəbliyi və çətinliyi Azərbaycan ziyalılarının milli mədəniyyəti inkişaf etdirmək əzmini daha da qüvvətləndirirdi. Dövrün ən maraqlı mətbu orqanı isə “Molla Nəsrəddin” jurnalı idi. İlk dəfə 1906-cı ilin 7 aprel tarixində işıq üzü görən jurnalın bu gün 117 yaşı tamam olur.
Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının dosenti Aygün Əzimova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, “Molla Nəsrəddin” jurnalı 25 il ərzində müəyyən fasilələrlə Tiflisdə, Təbrizdə və Bakıda nəşr olunub: “Onun Tiflis dövrü 1906-1918-ci illəri, Təbriz dövrü 1921-ci ili, Bakı dövrü isə 1922-1931-ci illəri əhatə edib. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə “Qeyrət” mətbəəsində çıxıb. Onun təsisçisi, Mirzə Cəlil adı ilə tanınan istedadlı yazıçı və gözəl publisist Cəlil Məmmədquluzadə bu hadisənin əhəmiyyətini qiymətləndirərək yazırdı ki, “Molla Nəsrəddin” jurnalını təbiətin özü yaratdı.
Jurnalın birinci nömrəsinin üz qabağında verilən şəkildə möhkəm yuxuya getmiş bir dəstə müsəlman təsvir olunur. Şərqin müdrik ağsaqqalı Molla Nəsrəddin yatanların yanında durub onları oyatmaq istəyir. Bu karikaturanı Tiflisdə yaşayan alman rəssamı Oskar Şmerlinq çəkmişdi. İkinci səhifəsi “Sizi deyib gəlmişəm” məqaləsi ilə açılır. Sonrakı səhifələrində satirik xəbərlər, teleqramlar, atalar sözləri, Dəllək” hekayəsi, “Lisan bəlası” felyetonu və dörd karikatura çap olunub. “Sizi deyib gəlmişəm” məqaləsi bu sözlərlə başlayır: “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: “Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər”.
Dosent qeyd edib ki, “Molla Nəsrəddin” o dövrdə Türkiyə, Rusiya və İranda ən çox oxunan başqa nəşrlərdən fərqli olaraq kəmsavad oxuculara müraciət edirdi: “Onun mətnləri çox sadə, karikaturaları isə dərhal başa düşülən idi. Karikaturalarda jurnalın çox vaxt təhsilin və dünyəvi cəmiyyətin düşmənləri adlandırdığı din xadimləri təsvir olunurdu. Bu karikaturalar dini dövlətlə dünyəvi dövlətin fərqini göstərir, şəxsi həyata və dünyəvi dövlətin həyatına dinin müdaxilə etməsinə qarşı çıxırdı. Onun gülüş və tənqid hədəfi çox idi: Şərq istibdadı, müsəlman ətaləti və geriliyi, avamlıq, maarifsizlik, təriqətçilik, müstəmləkəçilik və s.
Jurnal 1931-ci ilə qədər fəaliyyət göstərdi. Yazıçı sovet dövründə də jurnala redaktorluq edir, yeni Azərbaycan əlifbasının tətbiqi istiqamətində fəal iş aparırdı. Amma “Molla Nəsrəddin” sovet hakimiyyəti illərində çox yaşamadı. 1930-cu illərin əvvəllərində hakimiyyət orqanları Mirzə Cəlildən tələb etdilər ki, sovet ideologiyasına uyğun gəlməsi üçün jurnalın adını dəyişdirib “Allahsız” qoysun. Jurnalın əvəzsiz redaktoru bolşevik senzurası ilə barışmadığı üçün tezliklə baş redaktor vəzifəsini tərk etdi. Müsəlman Şərqinin mətbuat tarixində Azərbaycan dilində ilk satirik jurnalın əhəmiyyəti ölçüyəgəlməzdir. Onun fəaliyyəti bu qəbildən tam bir sıra nəşrin təsis edilməsinə təkan verdi. Beləcə, “Bəhlul”, “Azərbaycan”, “Mirat”, “Babai-Əmir” və s. kimi jurnallar yarandı. “Molla Nəsrəddin” Azərbaycanda demokratik mətbuatın inkişafına böyük təsir göstərdi və çox qısa müddətdə təkcə Azərbaycanda deyil, həm də bütün Yaxın və Orta Şərq ölkələrində ən çox oxunan nəşrə çevrildi. Mövcud olduğu 25 il ərzində onun 800 nömrəsi işıq üzü gördü”.
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20

