Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ermənistanın növbəti hərbi təxribatı ilə bağlı cinayət işi başlanıb

Ermənistanın növbəti hərbi təxribatı ilə bağlı cinayət işi başlanıb

12.04.2023 [11:41]

Aprelin 11-də Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğu təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən KİV-ə bildirilib ki, hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

“Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq. Allahdan şəhidlərimizə rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı veririk. Vətən var olsun!”, - məlumatda qeyd edilib.

Paylaş:
Baxılıb: 467 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31