Türkiyənin inkişafında yeni mərhələ
13.04.2023 [10:52]
İlyas Hüseynov: Ərdoğan Türkiyənin mühüm bir regionda aparıcı siyasi-hərbi aktora çevrilməsini təmin edib
Mayın 14-də Türkiyədə keçiriləcək parlament və prezident seçkiləri böyük maraqla izlənilir. Son illərdə Türkiyənin mühüm qlobal coğrafiyada - Yaxın Şərq, Cənubi Qafqaz, Mərkəzi Avropa eləcə də, Şimali Afrikada inkişaf edən siyasi proseslərdə oynadığı rol, Rusiya-Ukrayna müharibəsində tutduğu barışdırıcı mövqe bu ölkənin siyasi reytinqini yüksəldib. Təbii ki, bu amillərin seçkilərin nəticələrinə də təsirsiz ötüşməyəcəyi gözlənilir. Başqa sözlə, cəmiyyət Türkiyənin hazırki siyasi, iqtisadi, hərbi statusundan məmnun görünür - bunu keçirilən sosial sorğular da sübut edir. Seçicilər ölkənin iqtisadi inkişafını, hərbi sənayenin yüksəlişini, yeni texnoloji uğurları yüksək dəyərləndirirlər.
Məsələ ilə bağlı fikirlərini bölüşən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov bildirib ki, Türkiyənin müdafiə sənayesi və texnologiyalar sahəsində əldə etdiyi uğurlar göz önündədir. Politoloq vurğulayıb ki, 2022-ci il oktyabrın 29-da Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi keçirilmişdi. “Togg” bir sıra göstəricilərinə görə oxşar avtomobilləri qabaqlayır. Qeyd edək ki, elektriklə işləyən avtomobillər istehsal edən zavod Bursa vilayətinin Gemlik rayonunda inşa olunub. Mərasimdə başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyənin bir sıra dövlət rəsmiləri iştirak etmişdilər: “Azərbaycan üçün də uğurlu olan 2020-ci ildə təməli qoyulan zavodun inşası cəmi iki ilə tamamlandı. Tikintisində, ümumilikdə, 9700 nəfərin iştirak etdiyi müəssisədə montaj mərkəzi, prototip inkişaf, istifadəçi sınaq parkı kimi bir çox bölmələr də var. Xüsusilə vurğulamaq lazımdır ki, müəssisənin illik istehsal gücünün 175 000 ədədə çatdıqda 4300 nəfərin işlə təmin olunması planlaşdırılır. Bu da məşğulluğun təmin olunması baxımından yüksək göstərici hesab olunur”.
İ.Hüseynovun fikrincə, yeni nəsil avtomobil istehsalı Türkiyə iqtisadiyyatı üçün mühüm perspektivlər vəd edir. Belə ki, Türkiyə Prezidenti il ərzində 175 min avtomobil istehsal olunacağını, 2030-cu ilə qədər istehsalın 1 milyonu ötəcəyini bildirməsi bunu təsdiqləyir. “Bununla da qardaş Türkiyə müasir yanaşması ilə dünyanın qlobal çağırışlarına cavab verən milli istehsal prosesini formalaşdırır. Artıq bir sıra ekspertlər “Togg”un istehsalını Türkiyənin 60 illik xəyalının həyata keçirilməsi kimi qiymətləndirirlər”, - deyən İ.Hüseynovun fikrincə, R.T.Ərdoğanın ictimaiyyət arasında reytinqinin yüksəlməsində iqtisadi faktorlarla yanaşı, siyasi amillər də böyük rol oynayır. Ölkənin stabil inkişafını təmin etməklə bərabər Prezident Ərdoğan Türkiyənin mühüm bir regionda aparıcı siyasi-hərbi aktora çevrilməsini təmin edib. Eyni zamanda, məhz cənab Ərdoğanın səyi nəticəsində Türkiyənin tükdilli ölkələrlə münasibətləri ən yüksək səviyyədədir. Bunun ən bariz sübutu Azərbaycanla Türkiyə arasında imzalanmış “Şuşa bəyannaməsi”dir. Bu bəyannamə iki qardaş dövləti strateji müttəfiq səviyyəsinə çıxardı. Bu gün Türkiyə və Azərbaycan qarşılıqlı olaraq bir-birlərinin təhlükəsizliyinə cavabdeh dövlətlər sayılır. “Digər türkdilli dövlətlərlə də münasibətlər məhz Prezident Ərdoğanın dövlət başçısı olduğu dönəmdə yüksək inkişaf edib. Bu sırada Özbəkistan, Qazaxıstan və digər dövlətlərlə əlaqələrin şaxələndirilməsini, daha da inkişaf etdirilməsini misal çəkə bilərik. Təsadüfi deyil ki, 2023-cü il aprelin 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev bildirmişdi ki, Türkiyə son 20 ildə Cümhur başqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir”, - deyə bildirən sektor müdiri vurğulayıb ki, hazırda Türkiyənin güclənməsi Azərbaycan üçün və bütün türk dünyası üçün mühüm prioritetlər formalaşdırır. Mərkəzi Asiya dövlətlərində də biz Türk Dövlətləri Təşkilatı çərçivəsində geniş inteqrasiya meyillərini müşahidə edirik.
SADİQ
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

