Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İstanbuldan Bakıya gələn sərnişində 17 kq qızıl aşkar edilib

İstanbuldan Bakıya gələn sərnişində 17 kq qızıl aşkar edilib

15.04.2023 [15:16]

İstanbuldan Bakıya gələn sərnişində 17 kq qızıl-zinət əşyaları aşkar edilib.

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yüklərinə baxış keçirib.

Baxış zamanı əl yüklərindən qutuda qablaşdırılmış, ümumilikdə təqribi çəkisi 17 kq təşkil edən qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 473 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31