Yenidən ƏDALƏT və İNKİŞAFA doğru!
28.04.2023 [10:44]
Mövcud hökumət Türkiyə xalqının şansıdır
Qardaş Türkiyə Cümhuriyyəti böyük və tarixi yol keçərək bugünkü inkişaf səviyyəsinin ən yüksək zirvələrinə qədər ucalıb. Bu gün dünyada şan şöhrətə sahib olan qardaş Türkiyə Cümhuriyyətinin köklərinin qurulmasında bütün türk xalqları, o cümlədən Azərbaycan türkləri Anadolu türkləri ilə çiyin-çiyinə ortaq dövlətlər qurub. Bu gün qardaş Türkiyə üçün vacib əhəmiyyət daşıyan 14 may seçkilərində türk dövlətləri Türkiyənin yanındadır. Biz də öz növbəmizdə proseslərin dünənini və bu gününü araşdırmağa davam edirik...
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvü Ramil Həsən “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycan qardaş Türkiyənin uğurları ilə sevinir: “Prezident İlham Əliyevin də dediyi kimi, güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan güclü Türkiyə olaraq son illərdəki fəaliyyətini dəstəkləməkdədir. Təbii ki, bunlar qısa müddətdə və asan yolla əldə edilən nailiyyət deyil. Türkiyə Cümhuriyyətinin Prezidenti olan və hər zaman Azərbaycana dəstək çıxan Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə qurulmuş Ədalət və İnkişaf Partiyası 2002-ci ildən etibarən yeni 100 ilə işıq saçan Türkiyənin qurulması üçün qollarını sıvadı. Son 20 ildən bir az artıq dövr ərzində Türkiyə başqa bir dövlətin 100 ilə inkişaf periodunun müxtəlif spektrlərini keçə bilməyəcəyi istiqamətdə hədəflərinə çatmağı bacardı. Dünyada baş verən hadisələr, Suriya krizi, İraq müharibəsi, eyni zamanda, bölgədə cərəyan edən konfliktlər, Rusiya-Ukrayna müharibəsi, Çin və ABŞ arasındakı problemlər ciddi mənada iqtisadi və sosial həyata ciddi təsir göstərir. Bu mənada həmin proseslərdən Türkiyənin zərər almadan qurtara bilməsi, balansı qoruyub Türkiyənin milli maraqlarını üstün tutan bir hökumətə sahib olması türk xalqının bir şansıdır. Türk xalqı bu şansı, 20 il ərzində qazanılmış olan uğuru dəyərləndirir, qiymətləndirir. Ona görə də, düşünürəm ki, seçkilərdə türk xalqı ədalətə, inkişafa və yeni nailiyyətlərə səs verəcək. Ümid edirəm ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında keçirilən islahatlar bundan sonra da davam edəcək”.
Deputat qeyd edib ki, Azərbaycan və Türkiyə birlikdə güclüdür: “Prezident İlham Əliyev də bunu hər zaman xüsusi vurğulayır. Heç şübhəsiz, 2021-ci ilin 15 iyun tarixində qardaşlığımızı taclandırdığımız Şuşa bəyannaməsi ilə də qardaşlıq münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəldərək yeni bir səhifə açmışıq. Prezidentin vurğuladığı kəlamı mən bir daha diqqətə çatdırmaq istərdim: İmzalanmış tarixi bəyannamə (Şuşa bəyannaməsi) əcdadlarımızın başlatmış olduğu tarixi yola sadiqlik və gələcəyimiz üçün yol xəritəsidir. Yəni, Azərbaycan və Türkiyənin qardaşlığı yalnız sözdə deyil, bütün sahələrdə özünü nümayiş etdirməkdədir. Bu gün əslində, eyni millətin övladları olan Azərbaycan və Türkiyənin də ciddi şəkildə lokomativ olduğu qardaş türk dövlətləri təşkilatının da güclənməsinə də ciddi şəkildə təkan verməkdəyik. Qardaş dövlətlər olan Özbəkistanın, Qırğızıstanın, Qazaxıstanın, Türkmənistanın, Macarıstanın da bizlərlə bərabər bu həmrəylik və qardaşlıqdan mükəmməl bir nümunə götürərək bu birlik içərisinə daha sıx inteqrasiya olduğunu müşahidə edirik. Şübhəsiz ki, bunların hər biri Türkiyədə Rəcəb Tayyib Ərdoğanın, Azərbaycanda isə Prezident İlham Əliyevin birgə səylərinin, inanılmaz liderliklərinin və qəti iradələrinin bir nəticəsidir. Əminəm ki, seçkilərdən sonra Türkiyə yenidən 21-ci əsrdə Türk əsrinin birlik və bərabərliyi üçün güclənərək çıxacaq. Güclü və qüdrətli bir ölkə kimi digər türk dövlətləri üçün mükəmməl bir istiqamət olacaqdır”.
Günel ABBASOVA
Xəbər lenti
Hamısına baxElm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15

