Ulu Öndərin “Azərbaycan” əsəri
09.05.2023 [11:20]
Türkiyədə fəaliyyət göstərən Mərmərə Qrupu Fondunun rəhbəri Akkan Suverin Heydər Əliyev haqqında xatirələri
“Fransada anarxiyanın baş verdiyi, ölkənin küçədən idarə edildiyi vaxtlarda öz kəndində təqaüdçü həyatı yaşayan De Qoll ölkəni idarə etməyə dəvət olunmaqla Fransanı zülmətdən xilas etdiyi, Hitler Böyük Britaniyanı təhdid edərkən Kent şəhərində evində günlərini keçirən Çörçill dövlətin başına dəvət edilməklə ölkəni müharibədən qalib çıxardığı, təqaüddə olan marşal Duqlas MakArtur Koreya müharibəsi zamanı baş komandanlığa çağırılıb müharibəni bitirdiyi kimi Heydər Əliyev də Azərbaycanın çətin vaxtlarında ölkəsinin idarəetmə dəvətini qəbul edib Naxçıvandan Bakıya gəldi və ölkəni xaosdan qurtardı”.
“Yeni Azərbaycan” qəzetinin Ankara bürosuna bu fikirləri Türkiyədə fəaliyyət göstərən Mərmərə Qrupu Fondunun rəhbəri Akkan Suver bildirib.
Qafqaz coğrafiyasına sülh, türk dünyasında həmrəylik gətirdi
Akkan Suver deyib ki, De Qoll, Çörçill, MakArtur, Heydər Əliyev kimi şəxsiyyətlər lazımlı insan olduqlarını bilirlər. Harda bir sıxıntı, çətinlik olarsa, onlara olan ehtiyac və tələb qarşılığında təmənnasız və qazandıqları etibara güvənərək vəzifələrini öz istedadları ilə icra etməyi bacarırlar: “Heydər Əliyev müstəqilliyini yenidən bərpa etmiş, çətin günlər yaşayan ölkəsinə qərarlılıq, qətiyyət və inkişaf gətirdi. Dövlətçilik prinsipləri ilə öncə Azərbaycanda sabitliyi bərpa etdi, sonra onun qüdrətli dövlətə çevrilməsinin yol xəritəsini cızdı.
Qafqaz coğrafiyasına sülh, Türk dünyasına birlik və həmrəylik ruhu aşılayan Heydər Əliyev ölkəsinin ərazi bütövlüyünün təmini üçün təməllər atdı”.
Süleyman Dəmirəl Heydər Əliyevi düşüncələrinə çox dəyər verirdi
Ulu Öndər Heydər Əliyevi 1998-ci ildən tanıdığını bildirən Akkan Suver o vaxtlar sədri olduğu Mərmərə Qrupu Fondunda Heydər Əliyevin çıxışı ilə bağlı xatirəsini danışıb: “Onun Mərmərə Qrupunda çıxışı üçün dəfələrlə cəhd elədim. 1998-ci ildə bir gün Azərbaycanın o vaxtkı səfiri Məmmədəli Novruzoğlu mənə zəng edib dedi ki, Heydər Əliyev gələn həftə İstanbulda olacaq və saat yarımlıq görüş üçün vaxtı var. Bu fürsəti qaçırmamaq üçün İstanbul Hilton Otelində Mərmərə Qrupu Fondu heyətilə bərabər, iş adamları, akademiklər, təqaüdçü diplomatlar, generallar, tanınmış sənət adamları və jurnalistləri bir araya gətirdim. Heydər Əliyev 500-ə yaxın insanın iştirak etdiyi toplantımızı şərəfləndirdi. Orada gözəl nitq söylədi, heyranlıqla dinlədik. Suallara cavab verdi. 1,5 saatlıq görüş 4,5 saat çəkdi.
Elə ilk toplantıdan ondan fondumuzun fəxri rəhbəri olmasını xahiş etdik. Vəziyyəti o zaman Türkiyə Prezidenti olan Süleyman Dəmirələ bildirdik. Süleyman Dəmirəl onun düşüncələrinə çox dəyər verirdi, bu məsələdən çox məmnun qaldı və onunla yenidən canlı görüşməmizi istədi. Biz də böyük bir nümayəndə heyəti ilə Bakıya getdik. O tarixdən sonra dostluğumuz Heydər Əliyev əbədiyyətə qovuşana qədər davam etdi”.
Latın əlifbasına keçid qətiyyəti Orta Asiyaya nümunə oldu
Heydər Əliyevin qətiyyətli addımlarından biri olaraq Azərbaycanda latın əlifbasına keçidlə bağlı verdiyi fərmanı təqdir edən Fond sədri fikirlərini belə əsaslandırıb: “Əlifba islahatı ilə bağlı 1991-ci ildə Azərbaycan parlamentində təsdiq olunan qanun layihəsinin həyata keçməsi 10 il ləngidi. Prezident Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli Fərmanından sonra Azərbaycanda bütünlükdə latın əlifbasına keçildi. Böyük Atatürkün 9 avqust 1828-ci ildə Türkiyədə ərəb əlifbasına son verib latın əlifbasına keçməklə Avropa ilə Türkiyə arasında inteqrasiyaya nail olduğu kimi Heydər Əliyev də 73 il sonra bu Fərmanı ilə həm Türkiyə ilə Azərbaycan arasında yazılı dil baryerini qaldırdı, həm də Orta Asiyadakı türk dövlətlərinə nümunə və Türk dünyası arasında yeni əlaqələrin qurulmasına nail oldu”.
Lissabonda Qarabağ torpaqlarının Azərbaycana məxsus olduğunu bütün dünyaya bəyan etdi
Akkan Suver Heydər Əliyevin regionda, xüsusən Avrasiya və Qafqaz coğrafiyasında sabitliyi və planlaşdırılan təhlükəli ssenarilərin zərərsizləşdirilməsini təmin edən Lider olduğunu da dilə gətirib: “Heydər Əliyev öncə qətiyyətli addımı və dəqiq dəyər ölçüləri ilə ölkəsinin sərhədlərini qorudu. Daha sonra ölkəsinə sabitlik gətirdi.
Heydər Əliyev insanların qəlbinə nüfuz edəcək natiqlik tərzi ilə təxminən iyirmi beş il əvvəl Lissabonda bütün dünya dövlətlərinə Ermənistanın işğal etdiyi Qarabağ torpaqlarının Azərbaycana məxsus olduğunu bəyan etdi. Bu onun beynəlxalq arenada yüksək tribunadan bu faktı qəbul etdirməsi bacarığı idi”.
“Əsrin müqaviləsi” layihəsi ilə əsrlərin yaddaşında qalacaq
“Bu mübariz insan Türkiyə-Azərbaycan münasibətlərində insanlıq, qardaşlıq və paylaşmanın sabit üfüqlərini əks etdirən bir şəxsiyyət idi. Elə bu səbəbdən də Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Layihəsi Heydər Əliyev, Süleyman Dəmirəl və Eduvard Şavardnadze arasında formalaşan qüvvələr birliyidir. Bu birlik Heydər Əliyevin böyük arzusu idi. 1998-ci ildə Heydər Əliyev çıxış edərkən 2005-ci ildə Ceyhanda bu layihənin açılışı olacağını bildirəndə bəlkə də buna inanmayanlar çox oldu. Amma məhz onun prinsipiallığı ilə “Əsrin müqaviləsi” adlı bu möhtəşəm layihə Heydər Əliyevin ən böyük əsəri kimi yaddaşlarda qalacaq.
“Qara qızıl”ı insan qızılına çevirən enerji diplomatiyasının memarı Heydər Əliyev “Azərbaycan” adlı bir əsərin müəllifidir. Heydər Əliyevin ölkəsinin müstəqilliyində, sabitliyində, dünyada tanınmasında böyük əməyi vardır”.
Heydər Əliyevin sülh yolunda başladığı böyük yürüşü İlham Əliyev layiqincə davam etdirir
Fond sədri deyib ki, Heydər Əliyev “Azərbaycan” adlı əsərini Prezident İlham Əliyevə əmanət etməsi isə daha bir uzaqgörənləyin, bu ölkəyə güvən, etibar, sabitlik və sülh gətirməkdə mühüm bir addım olub: “Atasının etimadını qazanan İlham Əliyev geridə qoyduğumuz illərdə Azərbaycanı böyük dövlətə çevirmək üçün üzərinə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirməkdədir. Bunlar Heydər Əliyevdən miras qalan dəyərlərin müsbət tendensiyasının əlamətləridir.
İlham Əliyevin işğal altında olan Qarabağ torpaqlarını geri alması Heydər Əliyevin bu vaxta qədər doğma Azərbaycanı üçün narahat olan ruhunun bu möhtəşəm Zəfər ilə rahatlıq tapması deməkdir. Ona görə də əminliklə deyə bilərəm ki, Heydər Əliyevin sivilizasiya, sülh və bəşəriyyət yolunda başladığı böyük yürüşü İlham Əliyev layiqincə davam etdirir”.
Sevil Hilalqızı Ünal,
Ankara
Xəbər lenti
Hamısına baxSiyasət
21 May 13:43
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52

