NATO-nun enerji təhlükəsizliyi ilə bağlı ən mühüm tərəfdaşı...
18.05.2023 [11:30]
Alyans ilə Azərbaycan arasında dialoq konkret layihələrə əsaslanır
Şahanə XANKİŞİYEVA
Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Bu mənada, ölkəmizin 1990-cı illərdən başlayaraq dünyanın ən böyük hərbi alyansı sayılan NATO ilə əlaqələri də xüsusi əhəmiyyət daşıyır. Qeyd edək ki, Azərbaycan ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası ümummilli lider Heydər Əliyevin 4 may 1994-cü il tarixində “Sülh naminə tərəfdaşlıq” proqramının Çərçivə Sənədinin imzalanması ilə qoyulub. Eyni zamanda, NATO-nun üzvü olmayan Azərbaycan bu təşkilatın etibarlı tərəfdaşı sayılır. Əməkdaşlıq əlaqələri isə çoxşaxəlidir. Xatırladaq ki, ötən il Azərbaycanla NATO arasında əməkdaşlıq əlaqələrinin qurulmasının 30 illiyi qeyd edilib. Ötən bu dövrdə isə ölkəmiz NATO ilə əlaqələrin intensivləşməsinə və etimad mühitinin möhkəmlənməsinə böyük önəm verib. Respublikamız ayrı-ayrılıqda NATO-da təmsil olunan bir çox ölkələrlə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. NATO-nun 20-yə yaxın üzv ölkəsi özünün enerji təhlükəsizliyini, neft idxalını Azərbaycan vasitəsilə həyata keçirir. Eyni zamanda, NATO üzvü olan ölkələrin bəziləri Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan mavi yanacaq alır. Göründüyü kimi, Azərbaycan ilə Alyans arasındakı əlaqələr yalnız hərbi sahəni özündə birləşdirmir. Çünki NATO dünyanın ən böyük hərbi təşkilatı olmaqla yanaşı, qlobal iqtisadi, siyasi məsələlərdə də mühüm rol oynamaqdadır.
Yeri gəlmişkən, NATO-nun Brüsseldə yerləşən mənzil-qərargahında ilk dəfə olaraq Daimi Nümayəndələrin Müavinləri Komitəsi (DPRC) formatında Alyans və Azərbaycan arasında enerji təhlükəsizliyi üzrə dialoq baş tutub. İclasda Azərbaycan Respublikasının energetika nazirinin müavini Elnur Soltanov, Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə, habelə nümayəndəliyin heyəti iştirak edib. Nazir müavini E.Soltanov NATO mənzil-qərargahına səfəri çərçivəsində, həmçinin NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina və Beynəlxalq Katibliyin İqlim və enerji təhlükəsizliyi bölməsinin rəhbəri Mixael Rühle ilə ikitərəfli görüşlər keçirib.
Müzakirələr zamanı E.Soltanov Azərbaycanın uğurlu enerji strategiyası, “Cənub Qaz dəhlizi”nin əhəmiyyəti, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfələri, bərpa olunan enerji mənbələri sahəsində imkanlar və yeni perspektiv layihələr barədə müttəfiq dövlətlərə məlumat verib.
NATO üzv dövlətləri Azərbaycanın Alyansın etibarlı və önəmli tərəfdaşı olduğunu vurğulayıb. Müttəfiq dövlətlər ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfələrini yüksək qiymətləndirib və bu çərçivədə perspektiv layihələrin əhəmiyyətinə toxunub.
NATO ilə Azərbaycan arasında baş tutan bu dialoqun əhəmiyyətini “Yeni Azərbaycan” a şərh edən politoloq İlqar Vəlizadə ölkəmiz ilə Alyans arasında bütün sahələr??, o cümlədən enerji təhlükəsizliyi sahəsində də əməkdaşlığın mövcud olduğunu bildirib. O qeyd edib ki, bu dialoq hər iki tərəfin uzunmüddətli maraqlarına hesablanıb. Belə ki, Azərbaycan bir çox NATO ölkələrinin enerji resurslarının ən vacib təminatçılarından sayılır: “Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropa ölkələrinin, o cümlədən NATO üzvü olan ölkələrin Rusiya tərəfdən enerji təchizatı dayanıb. Azərbaycana enerji təchizatçısı kimi indi daha çox ehtiyac duyulur. Azərbaycan NATO üçün çox vacib tərəfdaş sayılır. Eyni zamanda Azərbaycan həm də tranzit ölkə olaraq bu təchizatda iştirak edir. Yəni, Mərkəzi Asiya ölkələrinin və digər regionların ixrac etdiyi enerji Azərbaycan vasitəsilə Avropaya çatdırılır. Belə olduğu təqdirdə, Azərbaycanın prosesdəki rolu daha da artır”.
Bu dialoqun əlaqələrin inkişafındakı perspektivinə gəldikdə isə, İ.Vəlizadə vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi dünyada və Avropada yeni geosiyasi, geoiqtisadi vəziyyət yaradıb. Bu geoiqtisadi vəziyyət isə dialoqun aktuallağını ortaya qoyur: “Bu tendensiyalar gələcək üçün də aktuallıq kəsb edir. Ona görə də Azərbaycan NATO-nun enerji təhlükəsizliyi ilə bağlı ən mühüm tərəfdaşı qismində qəbul olunur və olunacaq da. Bu tərəfdaşlıq konkret layihələrə əsaslanır. Məsələn, Cənub Qaz Dəhlizi və onun gücünün artırılması prespektivi mövcuddur. Azərbaycan bu istiqamətdə Avropa İttifaqı ilə mühüm dialoq qurub. Avropa İttifaqının əksər ölkələri isə həm də NATO üzvüdür. Bu dövlətlərin qaz təchizatını yaxın gələcəkdə iki dəfə artırması ilə bağlı planlar mövcuddur. Bu planlar isə Azərbaycanın NATO üzvü olan ölkələrlə enerji sahəsində əməkdaşlığının inkişaf edəcəyini deməyə əsas verir. Yaşıl enerji ilə bağlı layihələrin reallaşdırılması isə bu əlaqələri daha da artırmış olacaq və yeni mərhələyə daşıyacaq”, - deyə İ.Vəlizadə əlavə edib.
Xəbər lenti
Hamısına baxİdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48

