Zəhralar ölməsin deyə!
04.07.2023 [10:57]
Günel ABBAS
Dünya həyatı yaşadıqca bizə çox şeyi öyrətdi. Həqiqət bildiklərimizdə bir yalan, yalan bildiklərimizdə bir gerçək olduğunun zamanla da olsa, fərqinə vara bildik. Balaca vaxtı öyrəndiklərimizin əksəriyyətinin böyüdükcə əksi ilə əvəzlənməsi bizi həm yetişdirdi, həm də məyus etdi. Bəzilərimiz həqiqətlə böyüyərkən, bəzilərimizi o həqiqətlər öldürdü.
Uşaqlıqdan hamımızın valideynlərindən eşitdiyi bir cümlə var idi. Cəmi dörd sözdən ibarət: “Həyətdə oyna, bayıra çıxma”. Bu o demək idi ki, həyət, bizim evimizin olduğu məkan ən təhlükəsiz yerdir. Şüuraltımıza da bu cür yeridilirdi, bəzən bizi küçədə bir it qovanda yol boyu qaçıb özümüzü həyətin qapısından içəri atmaq barədə düşünürdük. Çünki bilirdik ki, orada bizə heç nə olmaz. Amma çox yanlış anlamışıq. Sən demə, insan elə öz həyətində də ölə bilərmiş. Hətta ən əzizinin qolları arasında olarkən belə...
Bu gün Füzulinin Alxanlı kəndində öz həyətlərində oynayarkən düşmən gülləsinə tuş gələn körpə Zəhranın ölümündən 6 il ötür. Biz yenə bir həqiqəti başqa birinin fəlakəti ilə öyrəndik. Bəli, həyat bu qədər qəribə, çətin və acımasızdır.
Bu gün 6 ildir, Zəhranın evində balaca qız uşağının ətrafına yaydığı o gülüş səsləri eşidilmir. Beşiyi boş, oyuncaqları ortalıqda qalıb. Bircə dəfə belə geyinmədiyi təzə paltarları ağı məclislərini “bəzəyir”. Doğulduğu evin çırağı sönüb, gəzdiyi bağçanın gülü solub.
Ona tuşlanan güllə isə sanki atanın da, ananın da təbəssümünü 6 il əvvəlki o tarixdə dondurdu. O gün sadəcə Zəhranın evinə yox, kəndinə, el-obasına, bütün Azərbaycana bir sükut çökdü. Gecələr yata bilməyən ata-anasının beynində də bu sual var idi. Zəhra o balaca “ev”ində rahat yata bilirmi? Yeri yumşaqdırmı? Darıxmır ki? Bu və bunun kimi cavabsız qalan bir çox suallar...
6 il əvvəl, yenicə addım atdığı torpaq Zəhradan qat-qat böyük məzar yerinə çevrildi. Həmin gün Zəhranın qəbrinə ziyarətə gələn adamları xatırlayıram. Onlar qəbiristanlıqdan utanaraq geri dönürdü, çünki bizim hər birimiz körpəliyi güllələnən insanlar idik. O gün hamımız Zəhra idik. Bütün dünyada Zəhra olduğumuzu, Zəhranın isə hərbçi, əli silahlı bir əsgər yox, 18 aylıq körpə olduğunu sübut etməyə çalışırdıq.
Ümumiyyətlə bizim xalqın qəribə sevincləri var. Xoş xəbərə təşnə olan qulağımızla o xəbəri alanda gözümüzlə kədər yaşı da axıtmışıq. Mənfur qonşularımız başımıza faciələr gətirməklə kifayətlənməyib. Adi bir gülüşü, sevinci də bizə çox görüblər.
Elə Zəhranın ölüm xəbərini də Cocuq Mərcanlıya köçün başladığı gün aldıq. Əslində, bununla düşmənin hansı mesajı verdiyi məlumdur. Dünyadan bu məsələyə ədalətlə yanaşmasını tələb etmək isə bizim haqqımız idi. Amma təəssüf ki, cavab Zəhranın evindəki o soyuq sükutdan fərqlənmədi.
Səssizliyi pozan isə artıq Zəhranın gülüşləri olmadı. Zəhranın ölümündən düz üç il sonra ədalətə qarşı hökm sürən səssizliyi Azərbaycan Ordusu pozdu. Bəzən siyasətin həll edə bilmədiyi məsələləri, hərbdə həll etmək labüd olur. Çünki alternativ çıxış yolu olmur. Bu dəfə də elə olmuşdu. Təki “Zəhralar ölməsin deyə” neçə oğullar canlarından keçib bizi mənfur düşmənə birləşdirən yerdən bir sərhəd çəkdilər.
Bizə uşaq vaxtı bir şeyi də öyrədirdilər. Başımıza hansısa bir hadisə gələndə “Allah babaya dua edin” deyirdilər. Bu isə bizim həqiqətlərimizdəndir. Zəhra bu gerçəyi öyrənəcək qədər uzun bir ömür yaşamamışdı, əslində. Ancaq, görünür, Zəhranın balaca ruhu göyün yeddinci qatına qalxanda öz yaradanından elə ürəkdən istədi ki, çox keçmədən körpə bədəninin qisası qiyamətə qalmadı. Füzulidə alınan qisaslardan birinin də adı Zəhra oldu!..
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

