Saxtakar və riyakar...
15.07.2023 [09:50]
Son günlər antimilli ünsürlər sosial şəbəkələrdə yeni “trend” yaratmağa çalışırlar. Özü də azərbaycanlıları hədəf göstərməklə, Azərbaycan xalqının milli heysiyyatını aşağılamağa çalışmaqla. Söhbət Əli Kərimli, Fuad Qəhrəmanlı kimilərin xalqımızı “vətənpərvər olmamaq”da, yaxud “saxta vətənpərvərlik”də ittiham etməsindən gedir. Demək olar ki, hər gün bu barədə status paylaşır, canlı yayımda şüvən qoparırlar.
AXCP sədri “vətənpərvərlik tapşırıqla yox, qəlbin hökmü ilə edilməlidir” , - deyə xalqa “ağıl verməyə”, “yol göstərməyə” çalışır. O nə demək istəyir və nə üçün xalqa qarşı belə aqressivdir? Xalqın Əli Kərimli kimi antimilli ünsürləri tarixin arxivinə göndərməsi və ciddiyə almamasına görə acıqlı və qıcıqlıdır? Yoxsa onun zərərli və qanunsuz çağırışları cəmiyyət tərəfindən rədd edildiyinə görə Azərbaycan xalqını “vətənpərvər olmamaq”da ittiham edir? Bəs özü necə... o, vətənpərvərdir? Sadə bir sual reallığı əks etdirir: görəsən, Kərimli Makronun ermənipərəst mövqeyini özünün dediyi kimi, “qəlbinin hökmü” ilə müdafiə və təbliğ edir?!
Yaxud siyasi fəaliyyəti ilə deyil, məişət zəminində zorakılıq etməklə özünü gündəmə daşıyan Fuad Qəhrəmanlı adlı autsayder “icazəli vətənpərvərlik saxta hisslərin ən iyrənc formasıdır”, - deyərək Azərbaycan xalqının Ordumuza dəstəyini, ekofəalların Ermənistana və separatçılara kəskin etirazını lağ obyektinə çevirməyə çalışır. Özünü “vətənpərvər” cildində təqdim etməyə çalışan F.Qəhrəmanlıya başqa bir deyimi xatırlatmaq gərəkdir. Bu, məşhur ingilis yazıçısı Samuel Consona məxsus “əclafların sonuncu dayanacağı vətənpərvərlikdir” (təbii ki, söhbət saxta vətənpərvərlərdən gedir - red.) fikridir. Bu ifadə Azərbaycan xalqını “saxta vətənpərvərlik”də ittiham edən, amma özü “vətənpərvər” cildinə bürünərək antimilli mövqe sərgiləyən saxtakarlara - Fuad kimilərə necə də gözəl yaraşır, elə deyilmi?!
“Ermənistan kapitulyasiyaya məruz qalmayıb” deyən Fuad Qəhrəmanlı özünü necə “vətənpərvər” sayır? Məgər o 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata imza ataraq müharibənin nəticələrini qəbul edən, Ağdam, Laçın və Kəlbəcəri boşaltmaq öhdəliyi götürən və buna məcbur edilən ölkənin Ermənistan olduğunu bilmir? Paşinyan Ermənistan parlamentində çıxışı zamanı “bəli, biz təslimçilik aktına imza atmışıq” dediyi halda, Fuad Qəhrəmanlının əksini iddia etməsi “qəhrəmanlıq”dır, yoxsa “vətənpərvərlik?”. Başqa bir sual: 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan dövlətinə, ölkəmizin ərazi bütövlüyünə dəstək xarakterli bəyanatı imzalamaqdan imtina edən Əli Kərimli, Cəmil Həsənli kimilərdir vətənpərvər?!
İfşaedici sualların və faktların sayını istənilən qədər artırmaq olar. Amma hər halda, görünən dağa bələdçi lazım deyil.
Ümid VƏLİYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52

