Bugünkü və gələcək nəsillər arasında etibarlı körpü
20.07.2023 [10:51]
MÜBARİZ
Bu gün hər kəs təsdiqləyə bilər ki, müstəqil Azərbaycanın davamlı dinamik inkişafının təmin olunmasında ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyasının uğurla reallaşdırılması xüsusi rola malikidir. 1994-cü il sentyabrın 20-də yeni neft strategiyasının reallaşdırılmasında çox mühüm bir addım atıldı - ulu öndər Heydər Əliyevin səyləri sayəsində Bakıda altı dövləti təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanın bu gün beynəlxalq miqyasda uğurlu model kimi qəbul edilən davamlı inkişaf strategiyasının əsası da məhz “Əsrin müqaviləsi” ilə qoyulub.
“Əsrin müqaviləsi”nin işə düşməsi ilə yeni neft strategiyasında qarşıya qoyulan prioritet hədəflərdən birinə nail olunmuşdu. Ölkəyə gələn neft gəlirlərinin getdikcə artması fonunda isə başqa bir aktual çağırış gündəmə gəlmişdi: Neft gəlirlərini harada toplamalı və necə xərcləməli? Müdrik siyasətçi Heydər Əliyevin yanaşması o dövrdə meydana çıxan yeni çağırışa ən yaxşı cavab oldu. Ümummilli Lider vurğulayırdı ki, neft - Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Elə yeni neft strategiyasının reallaşdırılmasının növbəti mərhələsi kimi Dövlət Neft Fondunun yaradılmasında da məhz bugünkü və gələcək nəsillər arasında ədalətli resurs bölgüsü prinsipi əsas götürüldü. Beləliklə, Prezident Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edildi. Neft Fondu əməli fəaliyyətə 2001-ci ilin iyul ayında Fondun vəsaitlərinin yerləşdirilməsi qaydalarının Prezident Fərmanı ilə təsdiq edilməsindən sonra başladı.
ARDNF öz fəaliyyətində dünyada mövcud olan suveren fondların müsbət təcrübəsindən bəhrələnir. Neft gəlirlərinin toplandığı fondun ölkənin cari və perspektiv maraqlarının uzlaşdırılması ilə yaradılması ümummilli lider Heydər Əliyevin uzaqgörənliyini və milli təəssübkeşliyini ifadə edirdi. Bu gün ARDNF-nin peşəkar kollektivi Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı sayəsində quruma həvalə olunan missiyanı böyük uğurla həyata keçirir. Mütəxəssislərin də bildirdikləri kimi, Dövlət Neft Fondu Azərbaycanın bugünkü və gələcək nəsilləri arasında etibarlı körpü yaradır.
Dövlət Neft Fondu enerji resurslarının ixracından və bir sıra fəaliyyətlərdən daxil olan gəlirlərin səmərəli idarəçiliyini həyata keçirir. Son 20 ildə respublikamızda Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində reallaşdırılan çoxsaylı layihələr hesabına infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasına daxil olub. Heç şübhəsiz ki, Neft Fondundan ayrılan vəsaitlər hesabına yaradılan iqtisadi və sosial təyinatlı güclü infrastruktur olmadan ölkənin bugünkü dinamik inkişafını təsəvvür etmək belə mümkün deyil. Ümumiyyətlə, fondun yönəltdiyi vəsaitlər hesabına reallaşdırılan layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Dövlət Neft Fondu indiyədək Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının, Türkiyə Respublikasında “Star” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının, “Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının, Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalının, “Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi”, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” və digər belə böyükmiqyaslı layihələrin maliyyələşdirilməsini həyata keçirib. Azərbaycan Respublikasının Dövlət Neft Fondu 2001-ci ildən başlayaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə də böyük həcmlərdə vəsait ayırıb.
Dövlət Neft Fondu, həmçinin fəal investisiya siyasəti həyata keçirir. Fondun investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə istiqrazlar, pul bazarı alətləri, daşınmaz əmlak və qızıl yer alır.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18

