Arif Məmmədovun hıqqıltısı...
25.07.2023 [10:10]
“Qaçaq diplomat”ın qüsuru təkcə nitqində deyil
MÜBARİZ
Keçmiş diplomat Arif Məmmədovu (Arif Şahmarlı) Azərbaycan cəmiyyətinə xüsusi təqdim etməyə lüzum görmürük. O, Azərbaycanda nitqinin qüsurlu olması, hıqqıltıyla danışması ilə daha çox tanınır. Ancaq bu, yalnız zahiri əlamətdir. Əslində isə, onun qüsuru yalnız nitqində təzahür etmir. Arif Məmmədovun həyat yoluna nəzər saldıqda aydın olur ki, onun sayı-hesabı bilinməyən qüsurları həm də mənəviyyatı, dünyagörüşü, dövlətçiliyə münasibəti ilə bağlıdır.
Əvvəlcə onu vurğulayaq ki, Arif Məmmədov uzun illər ərzində ayrı-ayrı Avropa qurumlarında Azərbaycanı təmsil etsə də, diplomatik fəaliyyəti ilə əsla diqqət çəkməyib. Onun səfir kimi fəaliyyət göstərdiyi dönəmdə Avropa məkanında Azərbaycan həqiqətlərinin təbliğinə çox böyük ehtiyac var idi. Ancaq Arif Məmmədovun fəaliyyətində hansısa bir təşəbbüskarlıq hiss olunmurdu. Səfir Arif Məmmədovun süstlüyü Ermənistan təmsilçilərinin fəallığı fonunda açıq-aşkar ziddiyyət yaradırdı. Cəmiyyətimiz Avropa təsisatlarındakı Azərbaycan missiyasının suallar doğuran laqeydliyini, biganəliyini yumşaq desək, təəssüflə və təəccüblə izləyirdi.
Səfir kimi özünü doğrultmayan Arif Məmmədov dövlətimizi və Azərbaycan xalqını aşağılayan, ermənilərə isə rəğbətini ortaya qoyan açıqlamaları ilə “məşhurlaşdı”. Bəli, Arif Məmmədovun qüsurlu olmayan, mütləq saya biləcəyimiz yeganə cəhəti varsa, bu da onun xainliyidir.
Sadə bir nümunə: tez-tez Sevinc Osmanqızının efirində görünən Arif Məmmədov “erməni şəhid ailələri” ifadəsini işlətməkdən çəkinmir. Bu, Arif Məmmədovun həm naqisliyi, həm də bağışlanılmaz qüsurudur. Təkcə bu ifadə Arif Məmmədovun kimliyini ortaya qoymaq üçün kifayətdir. Erməni hərbçiləri Azərbaycan ərazilərinə torpaqlarımızı işğal etmək, sərvətlərimizi talamaq məqsədilə soxulmuşdular. Onlar 30 il ərzində minlərlə dinc azərbaycanlının həyatına son qoyublar. 44 günlük müharibədə isə igid əsgər və zabitlərimiz canları, qanları bahasına işğalçıları torpaqlarımızdan iti qovan kimi qovdular. Arif Məmmədovun məhv edilən erməni hərbçilərini “şəhid” adlandırması qəbuledilməzdir! Burada Arif Məmmədovun azərbaycanlı kimliyindən necə danışasan? Bununla o, müqəddəs şəhidlərimizin ruhlarına hörmətsizlik bəsləyib ki, bu da bir mənəviyyat(sızlıq) göstəricisidir.
“Qaçaq diplomat”ın erməni təəssübkeşliyi getdikcə artır. O, son vaxtlarda bir növ Ermənistan hökumətinin rəhbəri Nikol Paşinyanın təəssübkeşi, pərəstişkarı, hətta mətbuat katibi rolunda çıxış edir. O, sosial şəbəkələrdə deyir: “Paşinyanın hörməti var. Ermənistanda korrupsiya yoxdur, maaşlar artır, demokratiya göstəriciləri hər il 10-15 pillə irəliləyir. Yerevanda hotellərdə yer yoxdur. Turizm inkişaf edib”.
Arif Məmmədovun azərbaycanlı adı və soyadı olmasaydı, bu fikirləri Ermənistan hökumətində N.Paşinyandan vəzifə alan hansısa bir erməninin ifadə etdiyi qənaətini cəsarətlə bölüşmək mümkün idi.
Belə görünür ki, Arif Məmmədovun daxilinə, bütün mənəviyyatına sirayət etmiş “erməni sevdası” və yaxud “erməni xəstəliyi” sindromu onu Şuşada keçirilən Qlobal Media Forumundan dərhal sonra yenidən narahat edib. Bəhs olunan Forumda Azərbaycan reallıqlarının dünyaya təqdim olunduğu bir vaxtda Arif Məmmədov adlı “qaçaq diplomat” dərhal sosial şəbəkələrdə qusurlu nitqi və qüsursuz xainliyi ilə ölkəmizin əleyhinə “siyasi nağıllar” danışmağa, çirkin kampaniya aparmağa çalışır. Məsələn, o qeyd edir ki, “Azərbaycanın “ağıllı kənd” layihəsi nağıldır”. Ermənilərin belə Azərbaycanın Qarabağda nəhəng quruculuq işləri apardığını etiraf etdikləri halda, A.Məmmədovun bu reallığı inkar və istisna etməyə çalışması tragikomediya və yaxud patologiyadır. Xatırlatmaq yerinə düşər ki, mədəniyyət paytaxtımızda keçirilən beynəlxalq səviyyəli tədbirə kölgə salmaq cəhdi Arif Məmmədovun ilk belə xain əməli deyil. O bundan əvvəl Şuşada keçirilən Zəfər Qurultayını da hədəf seçərək bundan təəssüfləndiyini bildirmişdi. Açıq-aydın görünür ki, Arif Məmmədov Qarabağın tacı və Zəfərimizin zirvəsi olan Şuşada qalib və qüdrətli Azərbaycanın reallıqları dünyaya təqdim olunanda həmişə isterika keçirir. Görəsən, “qaçaq diplomat”ın hisslərini oyadan, onda ciddi narahatlıq, əsəb sarsıntısı yaradan hansı səbəblər var?
Ölkəmizin uğurlarını həzm edə bilməyən Arif Məmmədov deyir ki, “Azərbaycanda nə dəyər, nə də namus-qeyrət qalıb”. Təkcə bu cümlə “diplomat” statusunda dövlətinin əleyhinə çalışmış bu simasızın nəinki peşəkarlıqdan və vətənpərvərlikdən, eləcə də əxlaq və mənəviyyatdan nə qədər uzaq olduğunu təsdiqləyir.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

