Cinayətkarın milləti olmaz!
01.08.2023 [10:10]
Paşinyana “təmiz adam” deyənlərlə Xaçaturyan arasında heç bir fərq yoxdur...
Meşəli faciəsinin törədilməsində iştirak etmiş cinayətkar Vaqif Xaçaturyanın saxlanılması qanunvericiliyə əsaslanır. Bununla bağlı Azərbaycanın Baş Prokurorluğunun yaydığı məlumatda da bildirilir ki, 1955-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə 1991-ci il dekabrın 22-də Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə kəndə silahlı basqın edib. O, 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salıb. Bundan başqa, Xaçaturyan Vaqif Çerkezoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub.
Vaqif Xaçaturyanın cinayətləri...
Beləliklə, aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib, lakin olduğu yer istintaqa məlum olmadığına görə barəsində 2013-cü il noyabrın 12-də beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Keçirilmiş axtarış tədbirləri nəticəsində 2023-cü il iyulun 29-da Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Baş Prokurorluğun yaydığı məlumatda V.Xaçaturyanın saxlanma səbəbləri açıq aydın şəkildə göstərilir. Ümumiyyətlə, Birinci Qarabağ müharibəsi dövründə Xaçaturyan kimi onlarla, bəlkə də yüzlərlə cinayətkar var ki, onlar da qanun qarşısında məsuliyyət daşıyır. Bu gün Xaçaturyanın məhkəmə qarşısında, ədalət mühakiməsi qarşısında dayanmasını təmin edən Azərbaycan dövləti yaxın zamanda bütün günahkarların cəzalandırılmasını təmin edəcək.
Növbəti erməni manipulyasiyası...
Amma təəssüfləndirici haldır ki, Ermənistan dövləti bütün məsələlərdə olduğu kimi, Xaçaturyanın etdiyi cinayətlərə görə cavab verməsinə də “siyasi don” geyindirməyə çalışır. Hətta Xaçaturyanın “erməni millətindən” olmasını “əsas gətirərək” həbsin motivini bu istiqamətə yönləndirməyə çalışanlar belə tapılır. Bəllidir ki, Fransa və digər havadarları Ermənistanın bu kimi yalanlarını tirajlamaq üçün fürsət axtarır - bu baxımdan, Ermənistan beynəlxalq hüquqa qarşı növbəti dəfə hörmətsizlik nümayiş etdirir, fərqli yalanlarla cinayətkarı “sudan quru” çıxarmaq istəyir.
Vaqif Xaçaturyanın Birinci Qarabağ müharibəsindəki cinayətlərini əks etdirən çoxlu sayda fotofaktlar mövcuddur - eyni zamanda, o günlərin şahidləri, Meşəli kəndinin camaatı baş verənlərlə bağlı fikirlərini geniş ictimaiyyətə açıqlayıb. Bu faktlar ermənilərin əsassız iddialarına ən layiqli cavabdır. Onun cinayət əməlləri ilə bağlı şahidlərin, zərərçəkənlərin verdikləri ifadələr də həmin şəxsin azərbaycanlılara qarşı amansız davranışını, qorxunc cinayətlərini isbatlayır. Yəni, Xaçaturyan “erməni” olduğu üçün deyil, “cinayətkar” olduğu üçün qanun qarışısında mühakimə edilir.
Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir...
Azərbaycan postmüharibə dövründə Qarabağda yaşayan ermənilərin inteqrasiyası üçün mühüm tədbirləri ilə seçilir. Bunun əsasında dayanan ən mühüm faktlardan biri də qarşılıqlı etimadı gücləndirməkdir - Qarabağda yaşayan erməni vətəndaşlarımız ötən dövr ərzində Azərbaycanın əldə etdiyi uğurlu inkişafın, əsaslı yeniliklərin şahidi olmalıdırlar. Vurğulandığı kimi, qarşılıqlı etimadın möhkəmlənməsi üçün əsas şərt sayılan tolerantlığın, multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu görməli və dərk etməlidirlər. İnteqrasiya prosesi ölkəmizin gələcək inkişafı üçün də yeni mərhələ yaradacaq. Qarabağda yaşayan erməni vətəndaşlar bilməlidirlər ki, tolerant, multikultural həyat tərzinə malik olan Azərbaycanda bütün xalqlar sivil münasibətlər çərçivəsində, hüququn aliliyinin təmin olunduğu şəraitdə yaşayırlar. Başqa sözlə, Azərbaycan tarixən müxtəlif millətlərin dinc, yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu bir ölkədir və ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinə bərabər münasibət göstərilib və göstərilməkdədir. Azərbaycan dünyada sivilizasiyaların dialoq mərkəzi kimi tanınır. Bu faktı hər kəs etiraf edir - Azərbaycan təcrübəsi əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər.
Amma cinayətkarın milləti olmaz - qanun qarşısında hər kəs bərabərdir. Vaqif Xaçaturyanın həbs edilərək ədalət mühakiməsinə cəlb edilməsi Azərbaycanda hər kəsin qanun qarşısında bərabər məsuliyyət daşımasının növbəti bariz sübutudur. Laçın dövlət sərhəd buraxılış məntəqəsi açılan gündən 2000 nəfərə qədər insan onun xidmətindən istifadə edib - orada hər kəslə qanun çərçivəsində davranılıb. Vaqif Xaçaturyan isə beynəlxalq axtarışda olan bir cinayətkardır - onun hansı millətə, hansı etnik mənşəyə malik olması bu məsələdə heç bir rol oynamır. Bu gün Azərbaycanda fərqli millətlərin nümayəndələri yaşayır və qanun pozuntusu baş verdiyi zaman heç kimin milliyyəti əsas kimi götürülmür.
Ermənistanın bu kimi mənfur bir düşüncəni təbliğ etməsi isə “qanunauyğunluq” kimi də qəbul edilə bilər. Faşizmi dövlət siyasətinə çevirən, ölkəsini təkmillətli dövlətə çevirən, Qaregin Njde kimi qatilə abidə qoyan dövlətin Vaqif Xaçaturyanla bağlı iddiası da özünə adekvatdır...
Paşinyana “təmiz adam” deyənlər...
Vaqif Xaçaturyanla bağlı fakt bir məsələnin də üzərinə işıq saldı: zaman-zaman bəzi adını siyasətçi qoyan, amma maddi maraq üçün düşmənlə belə qol-qola girənlər, xaricdə oturub erməni pulu ilə qidalananlar Ermənistanın baş naziri Nikol Paşinyanı “təmiz adam”, “demokrat” adlandırırlar. Ortadakı fakt isə onu göstərdi ki, erməni baş nazir qatili müdafiə edir. Beləliklə, Paşinyana “təmiz adam” deyən və adını azərbaycanlı qoyanlarla Xaçaturyan arasında fərq yoxdur. Birinin əli azərbaycanlı qanına batıb, birinin isə təfəkkürü erməni xislətinin əsirinə çevrilib...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

