200 “dollarlıq” professor...
04.08.2023 [10:10]
Özünü “milli şura”nın “fəxri ağsaqqalı” elan edən “ziyalının” əsl siması
Vaxtilə AXCP-dən qovulan, sonradan isə qondarma “milli şura”nın marionet sədrinə çevrilən Cəmil Həsənov artıq öz xəyanətlərini ard-arda etiraf etməkdədir. Son dövrlərdə sosial şəbəkələrdə yayılan bir sıra videolarda Cəmil Həsənlinin Soros Fondundan “maaş alması” etiraf əks olunur. Özü də nə az, nə də çox 200 “dollar”...
Əslində bu fakt o qədər də təəcübləndirici hal deyil. Bütövlükdə, radikal müxalifətin əsas qayəsi xalqa, dövlətin maraqlarına qarşı “cəbhə” tutmaq bahasına maliyyə əldə etməkdir. Cəmin Həsənli isə bu işdə özünü lap yerdən - yerə vurub. Sosial şəbəkələrdə yayılmış videolarda özünün də bu məbləğdən razı qalmadığı aydın sezilir. Bu qədər ucuz xəyanət elə Cəmilə yaraşası haldır. Bu onu göstərir ki, bir neçə il öncə 200 dollara (həmin dövrdə 1 dollar 0.78 qəpik idi - S.) Vətənini, xalqını satan Cəmil bu gün 50 manata da xəyanət edər.
Bir neçə il öncə bəzi qəzetlərdə Cəmil Həsənli ilə bağlı yazılar dərc edilirdi - həmin yazılarda o, “dələduz professor” adlandırılırdı. Sən demə, vaxtilə öz vəzifəsindən sui-istifadə edən bəzi şəxsləri müdafiə etmək “missiyasını” üzərinə götürən C.Həsənli bu yolla külli-miqdarda pul qazanmağa nail olurmuş. Prosesi “peşəkarcasına” həyata keçirən “dələduz professor” rüşvəti belə fərqli valyutlara çevirməklə özünə “gün ağlayırmış”. Ən maraqlı nüans isə ona etibar edilən pulların paçkalarının arasından “yüzlük” oğurlaması olub.
Yəni, C.Həsənlinin iç üzü bu qədər ucuzdur. Sosial şəbəkələrdə elə öz “ziyalı”lığına yaraşan şəkildə özünü ələ verən, 200 dollara anti-Azərbaycan mərkəzlərin xidmətçiliyini etdiyini danışan C.Həsənli bir daha özünü “cəmiyyətə təqdim edir” - hər kəs onun hansı xislətə, mahiyyətə malik olduğunu görür. Hər fəsildə bir “rəngə” düşən C.Həsənli Sorosun 200 dollarına tamah salaraq öz xalqını və dövlətini satdığı təqdirdə, hansı üzlə bu gün dövlətçilikdən, millətçilikdən danışır? Buna onun nə mənəvi, nə də vətəndaş hüququ çatmır.
Bəli, bir zamanlar “hər paçkadan yüzlük oğurlamağı” ilə məşhur olan “professor” bu gün özünün Sorosun “uşaqları”ndan olduğunu etiraf edir. Cəmil Həsənlinin bu qədər kiçilərək sosial şəbəkələrdə yayılan videosunun ölçüsünə enməsi radikal ünsürlərin əsl mahiyyətini üzə çıxarır. Radikal ünsürlərin “ziyalı” adına ortaya çıxarmağa çalışdığı, “milli şura” adlanan qısır və qondarma təşkilatının “fəxri ağsaqqalı” elan etdiyi birisinin bu görüntüləri çox şeydən xəbər verir. Bu, həm də Cəmil Həsənli, Əli Kərimli və onun kimilərinin də təmsil olunduğu düşərgənin hansı deqradasiyalara uğradığını bir daha təsdiqləyir...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

