Qafqaz aşiqi Lermontovun Qusardakı evi...
09.08.2023 [12:59]
186 il öncəyə qayıdaq...
Bu gün Mixail Lermontovun Qusardakı ev-muzeyinə səyahət edəcəyik. Böyükdən-kiçiyə “Lermontovun ev muzeyi haradadır?” deyə soruşsanız, dərhal sizə yolu göstərəcəklər. Çünki Qusarda hamı onu yaxşı tanıyır. Şairin həyatının bir hissəsi bu şəhərlə bağlı olub. Deyilənə görə, dünyaca məşhur “Aşıq Qərib” əsərini də burada yaşayarkən yazıb.
Nəhayət soraqlaşdıq və axtardığımız evi tapdıq. Bura görkəmli rus şairi, yazıçısı və dramaturqun 1837-ci ildə yaşadığı evdir. Sanki Qusarın gözəlliyinə Lermontov poeziyasının ruhu qarışmışdı. Böyük həvəs və istəklə evinə baş çəkmək istəsək də, arzumuz ürəyimizdə qaldı. Bu barədə bir qədər sonra...
Nə üçün məhz Qusar?
Əvvəlcə, tarixi birgə vərəqləyək. Lermontov ilk dəfə 1818 və 1820-ci illərdə nənəsi ilə birgə müalicə məqsədilə Qafqaza gəlir. Qafqazın möcüzəli sularından şəfa tapan Lermantovun uşaq yaddaşında bura dərin iz buraxır. 23 yaşında olarkən dahi şair Aleksandr Puşkinin xatirəsinə "Şairin ölümü" şeirini yazır. Bu isə sonda onun həbsi və Qafqaza sürgün olunması ilə nəticələnir. Bu dövrlərdə şair dostu Rayevski ilə məktublaşır və tatar (Azərbaycan) dilini öyrənməyə başladığını deyir. M.Lermontov Asiyada Azərbaycan dilini bilməyin Avropada fransız dilini bilmək qədər vacib olduğunu və bu dilin geniş yayıldığını məktubunda yazır. Sən demə, Rayevski də görkəmli yazıçımız Mirzə Fətəli Axundzadə ilə dost imiş. Rus şairi Qafqaza səfəri zamanı M.F.Axundzadə ilə tanış olur, onların arasında dostluq yaranır. Axundzadənin sayəsində Qafqaz xalqları, onların adət və ənənələrini yaxından tanıyır. Beləcə Azərbaycan dilini dərindən öyrənməyə başlayır.
Bu ərəfədə Qusarda, o zaman "Zabitlər küçəsi" adlanan Dvoryan küçəsində tanışı (bəzi məlumatlara görə, qohumu), hərbi həkim, polkovnik-leytenant Aleksandr Aleksandroviç Marşevin evində yaşayır. Həmin küçə indi Fəxrəddin Musayevin adını daşıyır. Şair burada yaşadığı qısa müddət ərzində rayonun Çiləgir kəndindən olan riyaziyyatçı, alim Hacı Əli Əfəndi ilə tanış olur, Ləzgi Əhməddən "Aşıq Qərib" dastanını dinləyir. O, Qusarda yaşadığı dövrdə 6 əsər - "Aşıq Qərib" poeması, "Qaçaq Hacı" poeması, "Qaçaq İsmayıl bəy" poeması, "Xəncər" şeiri, "Ayrılıq" şeiri, "Gənc ləzgi" şeirini yaradır.
Hətta 1977-ci ildə rus jurnalist A.Krivitski də Lermontovun Qusardakı evində olmuşdu. Bu haqda "Qarşılıqlılıq effekti" məqaləsində yazmışdı.
Muzeyə giriş yoxdur!
Görkəmli rus şairinin evini gəzəcəyimizi, oradan bol-bol şəkillər çəkəcəyimizi düşünsək də belə olmadı. Hazırda ev şəxsi mülkiyyətdədir. Ev sahibi də haqlı olaraq çəkiliş etməyimizə, hətta söz soruşmağımıza belə icazə vermədi. Biz də sadəcə evin önündən şəkillər çəkməklə kifayətləndik.
Hazırda ev bütün ədəbi və sənədli mətnlərdə şairin ev-muzeyi kimi təqdim olunur. Qusarda olması şərəfinə ev-muzeyin qarşısında şairin baralyefi qoyulub. Xatirə lövhəsində Mixail Lermontovun "Salamlayıram səni, ağsaçlı Qafqaz..." misraları həkk olunub.
Araşdırmalarımıza görə, əsərləri ilə yanaşı, şairə məxsus bir neçə əşyası da xatirə qalıb. Hazırda şairə məxsus qələm (pero), qələmdan, mürəkkəb qabı, gipsdən hazırlanmış XX əsrə aid barelyefi və digər azsaylı aksesuarları Qusar Tarix-Diyarşünaslıq Muzeyində qorunur.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

