Əli Kərimlinin rəngsiz “demokratiyası”
23.08.2023 [10:11]
AXCP sədrinin yalanları və “unutqanlığı”...
Müxalifət düşərgəsi artıq uzun müddətdir ki, siyasi palitranın ən passiv kəsiminə çevrilib. Xalq tərəfindən dəstəklənməyən, xarici ermənipərəst mərkəzlərin sifarişlərini yerinə yetirən düşərgənin bəzi təmsilçiləri hazırda yalnız sosial şəbəkələrdə, eləcə də özlərini “siyasi mühacirlər” adlandıran xəyanətkar şəbəkənin nəzarətindəki internet resurslarında gözə dəyməklə varlıqlarını sürdürürlər. Sosial şəbəkələrdə şər-böhtan, yalan yaymaqla məşğul olan, ermənipərəst mərkəzlərin direktivləri əsasında ölkəmizə qarşı həyata keçirilməsinə çalışılan antimilli kampaniyaların önündə yer alan bu azsaylı kəsim bir daha öz kimliklərini və simalarını cəmiyyətə nümayiş etdirirlər.
Danışdığı yalanlar belə dəyişmir...
Qeyd edildiyi kimi, yalnız sosial şəbəkələrdəki taftologiyaları ilə “yadda qalan” düşərgə partiyaları və onların rəhbərləri şəxsi mənafeyə söykənən, əsası olmayan iddialarını “demokratiya göstəricisi” kimi xalqa sırımaqdan, cəmiyyətə yersiz, mənasız mesajlar ünvanlamaqdan çəkinmirlər, yorulmurlar. Belə “siyasi qüvvələrin” sırasında isə AXCP və qondarma “milli şura” xüsusilə seçilir.
Öz “siyasi fəaliyyəti”ni xarici pul mənbələrindən vəsait əldə etməyə həsr edən Ə.Kərimli rəhbərlik etdiyi AXCP-ni sadəcə, “siyasi sığıcanaq” alveri, biznes məqsədi üçün “işlətməkdədir”. Özünü cəmiyyətə “demokrat” cildində təqdim etməyə çalışan Əli Kərimli illərdir eyni yalanları üfürməkdən yorulmur - ötən dövrdə onun təfəkküründə, danışdıqları yalanların motivlərində, eləcə də leksikonlarında dəyişiklik baş verməyib. İllərdir ki, anti-azərbaycançı mərkəzlərin əlində oyuncağa çevrilən, Azərbaycana qarşı hazırlanan planlarda ön sıralarda səf tutan, öz korporativ maraqlarına görə dövlət və xalq mənafeyinə qarşı dayanmağı özünə peşə seçən AXCP sədri bu gün də sosial şəbəkələrdə öz köhnə “havasını” çalmaqdadır.
Kərimlinin boş qalan əli...
Əli Kərimlinin nağıllarının motivi belə dəyişmir. Məsələn, o iddia edirdi ki, dünyadakı bəzi proseslər müxalifətə “yaxşı təsirlər” göstərəcək, hakimiyyəti isə “zəiflədəcək”. Üzü “ərəb baharı”ndan, “rəngli inqilab” dəbli günlərdən ta ki qlobal maliyyə böhranına, neftin qiymətinin düşməsinə qədər bütün hadisələrdə “tutacaq” axtaran Kərimlinin əli boşa çıxdı. Gözləntiləri yerinə yetmədi. Tam əksinə, Azərbaycan dünyanın əksər dövlətləri üçün çətin sayılan bu dönəmlərdən ən minimal itkilərlə çıxdı. Olan isə yenə Əli Kərimliyə, onun xəyanətkar şəbəkəsinə və ermənipərəst havadarlarına oldu. Bir zamanlar Qarabağ kartı üzərindən öz aləmində “hakimiyyətə təzyiq” imkanlarına malik olduğunu hesab edən Kərimli düşünmədən milli problemdən siyasi dividendlər üçün istifadə etməyə qədər enmişdi. Onun üçün Azərbaycanın milli problemi və ya ümummilli düşmən anlayışı yox idi və yoxdur da - şəxsi maraqları və şəxsi mənafeyi məsələsi var. Bu gün də eyni düşüncə tərzinin şadidi oluruq.
Putinə məktub...
Əli Kərimli artıq “cidanı çuvalda gizlədə bilmir” - öz yalanlarının əsirinə çevrilən bu şəxsin boş iddiaları ifşa olunur. “Siyasi Partiyalar” haqqında yeni qanunun müvafiq müddəalarına görə tələb olunan üzv sayını ortaya qoya bilmir. Bunu kompensasiya etmək üçün isə min bir yola əl atır. Hətta ölkəni “qeyri-demokratik”likdə günahlandırır. Bu adam özünü gülüş obyektinə çevirəcək bütün yollara əl atır - hətta iddia edir ki, Azərbaycan hakimiyyəti “Putinə güvənir” və Putin “devrildikdən” sonra müxalifətin üstünə “gün doğacaq”.
Yenə də nonseslə qarşı-qarşıyayıq - 2013-cü ildə Rusiya Prezidenti Vladimir Putinə “milli şura” adından məktub göndərən Əli Kərimli deyildimi? Bu gün Rusiya Prezidentinin ünvanına “diktator”, “hüquq və azadlıqları boğan” kimi ifadələr səsləndirən Əli Kərimli və “xoru” 2013-cü ildə yazdıqları məktubda Vladimir Putini “demokratik və hüquqi dövlət qurucusu” adlandırırdılar? Məktubda Rusiya dövlət başçısına xitabən “müxalif qüvvələrin hüquqi və demokratik dövlət qurmaq ümidləri” ifadəsindən istifadə edilirdi. Hətta məktubun sonunda “Biz əminik ki, dövlət başçısı kimi bu hisslər cənab Putin, Sizə yaxındır və biz istəyirik ki, onlar Rusiyada olduğu kimi Azərbaycanda da reallığa çevrilsin”, - deyə qeyd olunmuşdu.
Demək ki, onlar üçün gündə bir cildə girib özünü “demokrat” kimi qələmə vermək bu qədər asandır. Axı, Ə.Kərimli unutqanlıq xəstəliyindən əziyyət çəksə də, fakt faktlığında qalır. Onun nə qədər “buqələmun demokrat” olması ortadadır...
SADİQ
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15

