Ölkəyə inamın daha da artırılması hədəfdir
23.08.2023 [11:10]
Mübariz
Müstəqil Azərbaycanın qurucusu olan ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət beynəlxalq səviyyədə Azərbaycana böyük nüfuz qazandırıb. Son 30 ildə dünyada məşhur olan transmilli şirkətlərin Azərbaycanın enerji, nəqliyyat sektorlarunda əməkdaşlığa qoşulmaları bunu əyani şəkildə təsdiqləyir. Ölkəyə inam olmasa, belə beynəlxalq əməkdaşlıq da mümkün deyil. Bəhs olunan qərarla qarşıya qoyulan əsas hədəflərdən biri də Azərbaycana beynəlxalq səviyyədə inamı daha da möhkəmlətməkdən ibarətdir. Yeni qərar xarici ölkələrin müvafiq qurumları üçün həmin ölkələrdə qeydiyyata alınmış şirkətlərin Azərbaycandakı fəaliyyətinə nəzarət etmək imkanları açır. Bu, Azərbaycanın şəffalığa, neqativ halllara qarşı qətiyyətli mübarizəyə açıq olmasının ifadəsidir. Məlum olduğu kimi, respublikamızda Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib. Bu çoxşaxəli Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır. Sənəddə də qeyd olunduğu kimi, Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, kompleks və innovativ xarakteri ilə seçilir. Bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilmiş, yeni baxışlar və vəzifələr müəyyən edilmişdir. İqtisadiyyat nazirinin imzaladığı qərar özündə həm də o məqsədi ehtiva edir ki, Azərbaycan neqativ halların əhatə dairəsinin daraldılması siyasətinə bundan sonra da sadiq qalacaq. Sirr deyil ki, indiyədək ölkəmizdə fəaliyyət göstərən bir sıra xarici şirkətlər ayrı-ayrı məmurların və qurumların inzibatçılığından, əsassız tələblərindən şikayətçi olurdular. Yeni qərarla bu kimi mənfi halların qarşısı alınacaq. Zərurət olduğu hallarda xarici ölkələrin müvafiq qurumları həmin ölkələrdə qeydiyyatı olan şirkətlərin respublikamızda fəaliyyətini, o cümlədən də vergi öhdəliklərinə əməl etmələrini yoxlayacaqlar ki, bu da nəticədə mübahisələrə, obyektiv və subyektiv iddialara son qoyacaq.
Bəhs olunan qərar ölkəyə investisiya cəlbediciliyinin artırılması nöqteyi-nəzərindən də mühüm əhəmiyyət daşıyır. Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrinə yerli və xarici investisiyaları təşviq edən ölkədir. Respublikamızda iqtisadi inkişafın sürətləndirlməsi üçün bütün zəruri şərtlərin təmin edilməsi, biznes mühitinin davamlı şəkildə optimallaşdırılması, həmçinin investisiya cəlbediciliyinin artırılmasını hədəfləyən islahatların reallaşdırlması bunu əyani şəkildə təsdiqləyir. 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən sonra ölkəmiz yeni strateji mərhələyə daxil olub. Bu mərhələdə respublikamızın perspektiv inkişafı üçün yeni prioritetlər müəyyənləşdirilib. Bu prioritetlərin investisiya təminatının bir mənbəyi daxili resurslardır. Azərbaycan güclü dövlətdir və qarşıya qoyduğu bütün məqsədlərə öz gücünə çatmağa qadirdir. Ölkəmizin yeni növ koronavirus pandemiyasına qarşı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yüksək qiymətləndirilən səmərəli mübarizə aparması, qlobal həmrəyliyə sanballı töhfələr verməsi, Vətən müharibəsini qalibiyyətlə başa çatdırması və vaxt itirmədən işğaldan azad olunmuş ərazilərdə böyük investisiya tutumuna malik bərpa-quruculuq işlərinə başlaması, qısa müddətdə “Böyük Qayıdış”a start verməsi Azərbaycanın gücünü və iradəsini təsdiqləyir.
Bununla belə, respublikamız inkişafa daha güclü impuls vermək üçün xarici maliyyə mənbələrindən vəsaitlərin daha böyük həcmlərdə cəlb olunmasına ciddi önəm verir. Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin bir qədər bundan əvvəl imzaladığı müvafiq sənədlə 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf Strategiyasında dəyişiklik edildi. Sənədə əsasən 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faizi, o cümlədən xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi hədəflənir. Xatırladaq ki, indiyə qədər hədəf 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 20 faiz, o cümlədən xarici dövlət borcunun ÜDM-də payının isə 10 faiz ətrafında saxlanılması idi.
Azərbaycan xarici dövlət borcunu optimal həddədək artırmaqla yanaşı, həm də nəzərdə tutulan irimiqyaslı layihələrin, o cümlədən də işğaldan azad olunmuş ərazilərin bərpasını daha da intensivləşdirmək üçün xarici fondları, investorları da cəlb etmək niyyətindədir. Artıq bu istiqamətdə bir sıra addımlar atıldığını demək mümkündür. Cari ilin əvvəlindən etibarən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara bir sıra vergi güzəştlərinin tətbiqinə başlanıb. Azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Nazirlərin Kabinetinin müvafiq qərarına əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2023-cü ilin 1 yanvar tarixindən 10 il müddətində istehlak olunan kommunal xidmətlərə (elektrik enerjisi və təbii qazın satışı, su təchizatı və tullantı sularının axıdılması xidmətləri) görə xidmətlərinin ölkədaxili tariflərinə uyğun olaraq ödənilən vəsaitin 20 faizi həcmində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödəniləcək. Digər güzəştlərin miqyası da kifayət qədər genişdir. İqtisadiyyat nazirinin imzaladığı bəhs olunan qərar işğaldan azad olunmuş ərazilərdə, bütövlükdə milli iqtisadiyyatımızda investisiya fəallığının artırılmasına hesablanan növbəti addımdır.
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19

