Fikir, söz və məlumat azadlığının təminatı
26.08.2023 [14:17]
Günel ABBAS
"Söz və mətbuat azadlığı, fikir plüralizmi açıq cəmiyyət quruculuğunun prioritet məsələlərindən biridir, söz və mətbuat azadlığı demokratiyanın göstəricisidir. Biz açıq cəmiyyət qurmaq, vətəndaşın dövlətin həyatındakı rolunu artırmaq istəyiriksə, mütləq söz və mətbuat azadlığını təmin etməli, fikir müxtəlifliyinə nail olmalıyıq. Demokratik təsisatların inkişaf etməsinin qeydinə qalmalıyıq. Çünki şəffaf cəmiyyət quruculuğu, açıq və ədalətli mübarizə mühitinin inkişafını təmin edir, yeni hədəflərin, ideyaların ortaya çıxmasına səbəb olur. Qapalı cəmiyyətlər isə hər zaman inkişafdan geri qalıb. Fikir azadlığı və demokratiya olmayan, hamının eyni cür düşünməyə məhkum edildiyi ölkələr müxtəlif kriteriyalar üzrə rəqabətdə azad və demokratik dövlətlərə uduzurlar."
Bu fikirləri Milli Məclisin üzvü Azər Badamov “Yeni Azərbaycan”a açıqlamasında bildirib.
Azərbaycan söz və mətbuat azadlığının inkişafının qeydinə qalan, ən azından bu istiqamətdə iradə nümayiş etdirməyə çalışan ölkələrdəndir. Düzdür, bütün demokratik cəmiyyətlərdə olduğu kimi, bizim ölkəmizdə də söz və mətbuat azadlığı sahəsində bəzi problemlər var. Bu problemlərin bəzən subyektiv, bəzən isə obyektiv səbəbləri olur. Bəzi hallarda isə məmurlar, idarəçilik məsuliyyəti olan şəxslər ölkədə söz və mətbuat azadlığının tamamilə təmin olunmasına maraq göstərmirlər. Çünki açıq və şəffaf fəaliyyət onların bir çox kirli planlarını həyata keçirməsinə imkan vermir”.
Deputatın sözlərinə görə, azad, ədalətli və demokratik cəmiyyət qurmaq istəyiriksə, mütləq mətbuat azadlığının təmin olunmasına nail olmalıyıq: “Məhz mətbuat azadlığı, ictimai nəzarət dövlətin bütün qurumlarının şəffaf işləməsini təmin edən başlıca amildir. Güclü ictimai nəzarət olmazsa, məmurlar, vətəndaşın qeydinə qalmalı olan, onun rifahı üçün cavabdehlik daşıyan qurumlar öz fəaliyyətlərini düzgün qura bilməzlər. Çünki onlarda arxayınçılıq yaranar, hesabatlılıq məsuliyyəti ölər. Biz yalnız ictimai nəzarəti təmin etməklə həmin məmurların vəzifə məsuliyyətinin artırılmasına nail ola bilərik.
İctimai nəzarətin təmin olunmasının başlıca yolu azad və müstəqil mətbuatdan keçir. Əgər fikir müxtəlifliyi varsa, hər kəs eyni cür düşünmürsə, cəmiyyətdə fərqli səslər eşidilirsə, bu, demokratiyanın təzahürüdür. Təbii ki, ölkəmizdə bu sahədə bir sıra problemlər var. Problemləri inkar etmək yox, həll etmək lazımdır. İnkarçılıq yolunu tutmaqla özümüzə yalnız yeni problemlər yarada, vəziyyətimizi daha da ağırlaşdıra bilərik. Mən söz və mətbuat azadlığından sui-istifadənin tərəfdarı deyiləm. Söz və mətbuat azadlığının cəmiyyətin inkişafına yönəlməli olduğunu hesab edirəm”.
A.Badamov qeyd edib ki, ölkəmizdə söz və mətbuat azadlığının ideal şəkildə təmin olunması yalnız hakimiyyətdən, yaxud rəsmi qurumlardan asılı deyil: “Bu həm də vətəndaş cəmiyyətinin, media təsisatlarının şəffaf fəaliyyətindən asılıdır. Təəssüf ki, bir çox hallarda söz və mətbuat azadlığından sui-isifadə hallarına şahid oluruq. Bu da ümumilikdə prosesə zərbə vurur, söz və mətbuat azadlığının, fikir müxtəlifliyinin vacibliyi ilə bağlı problemləri arxa plana keçirir. Çünki bəzi adamlar sui-istifadə hallarını qabardaraq bütövlükdə demokratik təsisatları, mətbuatı, ictimai institutları, siyasi partiyaları gözdən salmağa çalışır. Buna yol vermək olmaz.
Hər iki tərəf-yəni həm rəsmi strukturlar, həm də söz və mətbuat azadlığı sahəsində çalışan insanlar, ictimai institutlar və media qarşılıqlı əməkdaşlıq etməyi bacarmalıdır. Biz yalnız qarşılıqlı əməkdaşlıq etməklə Azərbaycanda demokratik təsisatların kök atmasına, irəliləməsinə, ümumilikdə ölkədə demokratik ab-havanın yaranmasına nail ola bilərik”.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

