Azərbaycanın qlobal həmrəyliyə töhfələri
29.08.2023 [12:30]
Mübariz FEYİZLİ
Qlobal iqlim dəyişiklikləri Azərbaycandan da yan ötmür. BMT-nin iqlim dəyişmələri üzrə milli məlumatlarına görə, 1991-2000-ci illər ərzində havanın temperaturu Azərbaycanda 0,410 dərəcə, Naxçıvanda isə 0,470 dərəcəyədək artıb. Azərbaycan ərazisində yağıntı 9,9 faiz, Naxçıvan ərazisində isə 17,1 faiz normadan az olub. 2021-2050-ci illərin iqlim ssenarilərində qeyd olunur ki, XXI əsrin birinci yarısında Azərbaycan üzrə havanın temperatur artımı orta hesabla 10 ildə 0,30 dərəcə, Naxçıvanda isə 0.5 - 0,70 dərəcə arasında dəyişəcək.
Məsuliyyətli dövlət olan Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına qoşulan ölkələr sırasında yer alır. Respublikamız BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına1995-ci ildə qoşulub və Konvensiyanın Kioto Protokolunu 2000-ci ildə təsdiqləyib. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş Doha əlavəsi 14 aprel 2015-ci ildə Milli Məclis tərəfindən ratifikasiya edilib və ölkə Prezidenti tərəfindən təsdiqlənib.
Digər bir mühüm beynəlxalq sənəd olan Paris Sazişi isə 2016-cı il oktyabrın 28-də Milli Məclis tərəfindən ratifikasiya olunub. Paris Sazişinə əsasən Azərbaycan Respublikası Nəzərdə Tutulan Milli Səviyyədə Müəyyən edilmiş Töhfələrini Konvensiya Katibliyinə təqdim edib və qlobal iqlim dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili ilə (1990) müqayisədə 2030-cu ilə istilik effekti yaradan qaz emissiyalarının 35% azalma səviyyəsində saxlanılmasını hədəf kimi götürüb. Hazırda isə bu öhdəlik 40 faizə çatdırılıb.
Ölkəmiz neft istehsalı sahəsində sıfır emissiyasız fəaliyyəti hədəfləyib və bu sahədə qlobal tərəfdaşlığa öz töhfələrini verir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2008-ci ildən GGFR-in rəhbər komitəsinin üzvüdür. Respublikamızda həyata keçirilən layihələr nəticəsində il ərzində atmosferə atılan 1 milyard kubmetr qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib. SOCAR tərəfindən səmt qazının azaldılması tədbirləri Dünya Bankının Ekspert Şurası tərəfindən bir neçə dəfə ali mükafata layiq görülüb. Hazırda neft hasilatı zamanı səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur. Dünya təcrübəsində qəbul olunmuş şamda yandırılan qazın əmsalı 5% olduğu halda, Azərbaycanda 2014-cü ildə bu göstərici 2%-ə, 2016-cı ildə 1,74%-ə, 2017-ci ilin avqust ayında 1%-ə, 2019-cu ildə 0,9%-ə endirilib. GGFR-in peyk əsasında apardığı hesablamalara görə, Azərbaycan qazın məşəldə yandırılmasını 2012-ci ildəki 333 milyon m3-dən 2020-ci ildə 135 milyon m3-ə qədər davamlı olaraq azaldıb. Bununla yanaşı, səmt qazından istifadənin səmərəliliyindən danışdıqda, məşəldə yandırma intensivliyi, habelə hasil edilən neftin hər barrelinə düşən yandırma miqdarı da zaman keçdikcə azalıb. SOCAR təbii qazdan Azərbaycanda enerjiyə çıxış imkanlarını genişləndirmək üçün istifadə edir. BMT-nin İnkişaf Proqramının NAMA layihəsi çərçivəsində SOCAR 2018-ci ildə “Siyəzənneft” NQÇİ-də “Zağlı-Zeyvə” yatağını pilot sahə kimi müəyyənləşdirərək, burada səmt qazının toplanması üçün layihə həyata keçirib. Birbaşa atmosferə atılan emissiyaları azaltmaq üçün SOCAR öz infrastrukturuna sərmayə qoyaraq ərazidə üç qaztoplama məntəqəsində yeni kompressorlar, separatorlar, o cümlədən onlayn idarəetmə sistemi quraşdırıb ki, nəticədə ildə 6,8 milyon m3 səmt qazının tutulması, saxlanması və nəqli həyata keçirilir. Bundan başqa, SOCAR və BP arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq nəticəsində hər il təxminən 265 000 ton CO2 emissiyası azaldılır. İndiyədək “Xalis sıfır” (“Net Zero”) hədəfinə doğru bir sıra ciddi addımlar atan SOCAR görülən işlərin davamı olaraq gələcəkdə “yaşıl enerji”yə keçid və hidrogen enerjisindən istifadəyə üstünlük vermək istiqamətində mühüm tədbirlər görür.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

