QHT-lər ermənilərin Sərsəng su anbarında yaratdığı ekoloji terrorla bağlı bəyanat yayıb
31.08.2023 [12:24]
Sərsəng su anbarında yaranmış qəza vəziyyəti ilə əlaqədar olaraq ekolojiyönümlü qeyri-hökumət təşkilatları bəyanatla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, bəyanatı 16 QHT nümayəndəsi imzalayıb.
Qeyd edək ki, 1976-cı ildə Tərtərçayın üzərində yaradılmış və hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Sərsəng su anbarı Ermənistan və onun himayə etdiyi qüvvələr tərəfindən məqsədyönlü şəkildə ekoloji və sosial-iqtisadi terror vasitəsi kimi istifadə olunur. Qəza vəziyyətində olan su anbarı aşağı hissədə yerləşən yaşayış məntəqələri, təsərrüfatlar və infrastruktur obyektləri üçün ciddi təhlükə yaradır.
Bəyanatda deyilir: “Biz, Azərbaycanın vətəndaş cəmiyyətini təmsil edən qeyri-hökumət təşkilatları birgə bəyanat verərək Sərsəng su anbarında yaranmış qəza vəziyyəti ilə əlaqədar dərin narahatlığımızı ifadə edirik.
Sərsəng su anbarının Ermənistan və onun himayə etdiyi qanunsuz rejimin tör-töküntüləri tərəfindən qəsdən Azərbaycan əhalisinə qarşı ekoloji və sosial-iqtisadi terror vasitəsi kimi istifadə olunması yolverilməzdir.
47 il əvvəl istismara verilmiş Sərsəng su anbarının təmir və bərpasına ciddi ehtiyac var. 30 ildən artıqdır ki, Ermənistan bu su anbarını qanunsuz istismar edib, iqtisadi və ekoloji cinayətkarlıqla məşğul olub. Bu əməllərin davam etdirilməsi yolverilməzdir.
Azərbaycanın rəsmi qurumlarının bu yaxınlarda Sərsəng ilə əlaqədar yaydığı birgə bəyanatda qeyd edilir ki, anbarın mövcud qəza vəziyyəti onun aşağı hissəsində yerləşən yaşayış məntəqələri, təsərrüfatlar və infrastruktur obyektləri üçün ciddi təhlükə yaradır.
Uzun illər bu su anbarının suyu qış vaxtı ərazinin mövsümü ehtiyacları nəzərə alınmadan əhalisi azərbaycanlılardan ibarət olan kəndlərə buraxılıb və nəticədə yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri və kommunikasiya xətləri qışda su altında qalıb. İsti yay mövsümündə isə su buraxılmayıb, bu da kəskin su qıtlığı, əkin sahələrinin suvarılmasında problemlər yaradıb, yaşıllıqlar quruyaraq məhv olub.
1966-cı il Helsinki və 2004-cü il Berlin Qaydalarına əsasən, sudan istifadə hüququ həyat və sağlamlıq üçün vacibdir və bu, digər insan hüquqlarından istifadənin ilkin şərtini təşkil edir.
Ermənistan heç vaxt Sərsəng su anbarı ilə əlaqədar beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymayıb. Bunun bariz nümunəsi kimi Ermənistan Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi 2016-cı il 26 yanvar tarixli 2085 nömrəli Qətnamədə bu hərəkətlərin Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlər yaratmağa yönəlmiş ekoloji təcavüz kimi qiymətləndirilməsindən nəticə çıxarmayıb. Həmin qətnamədə göstərilirdi ki, Sərsəng su anbarının düzgün idarə olunmaması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana gətirib çıxara bilən böyük fəlakət riskinə malikdir (https://assembly.coe.int/nw/xml/XRef/Xref-XML2HTML-en.asp?fileid=22429&lang=en).
Ötən dövrdə Ermənistanın qanunsuz fəaliyyətini davam etdirməsi Sərsəng su anbarında hər an dəhşətli humanitar fəlakətə səbəb ola bilər.
Böyük kənd təsərrüfatı potensialı və münbit torpaq ehtiyatlarına malik Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının suvarma tələb olunan əraziləri Ermənistanın Sərsəng su anbarı ilə əlaqədar özbaşınalıqlarının qurbanına çevrilib. Biz buna etiraz edirik! Sərsəng su anbarı təyinatı üzrə istifadə olunarsa, 100 min hektar əkin sahəsi aktiv kənd təsərrüfatı dövriyyəsinə cəlb oluna bilər.
Ermənistan törətdiyi digər ekoloji cinayətlər ilə yanaşı, Sərsəng su anbarının qanunsuz istismarı və ekoloji terror aləti kimi istifadəsi nəticəsində Azərbaycan iqtisadiyyatına vurduğu böyük zərərə görə Azərbaycan dövlətinə təzminat ödəməlidir.
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində ekoloji terroru davam etdirənlər Azərbaycan Respublikasının ədalət mühakiməsinə cəlb edilməlidirlər.
Biz Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına müraciət edirik ki, Sərsəng su anbarında yaranmış qəza vəziyyəti ilə əlaqədar mümkün olan bütün tədbirlər həyata keçirilsin!
Ermənistan və onun himayə etdiyi qanunsuz rejimin tör-töküntülərinin Azərbaycana qarşı ekoloji terror fəaliyyəti dərhal dayandırılmalı və Sərsəng su anbarının idarəçiliyi Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına təhvil verilməlidir!
1. “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov
2. Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova
3. “Saf Su” Ekoloji Meliorativ Monitorinq Mərkəzi İctimai Birliyinin sədri, Məmməd Əsədov
4. “Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri Elçin Muxtarlı
5. “Ekoloq-2010” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Səlim Balayev
6. “Səma və Eko” Sosial-iqtisadi inkişafa yardım İctimai Birliyinin sədri İradə Həsənova
7. “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli
8. "Şəfəq" Ekoturizm İctimai Birliyinin prezidenti Vamiq Babayev
9. “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli
10. “Sosial İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehdiyeva
11. Ekoloji İnformasiya İctimai Birliyinin sədri Musa Muradlı
12. "Sağlam həyata doğru" Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov
13. “Ekoleks” Ekoloji Hüquq Mərkəzinin direktoru Sevil İsayeva
14. "Səhiyyə və Sağlam Həyat" İctimai Birliyinin sədri Əlizadə Cahangir
15. "Eko-TES" Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyinin sədri Çingiz Nəzərov
16. “İnkişaf və Rifah Naminə” İctimai Birliyinin sədri Zəminə Səfərova
Xəbər lenti
Hamısına baxSiyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32

