Birləşmiş Ştatlar kimi təcavüzkardan ədalətli mövqe gözləmək olmaz
17.09.2023 [14:35]
Arif Rəhimzadə
YAP Veteranlar Şurasının sədri
Qeyri-səmimi mövqe nümayiş etdirən Amerika Birləşmiş Ştatları niyyətinin əsl mahiyyətini bir daha nümayiş etdirdi. ABŞ rəsmiləri hər zaman demokratiya haqqında çox dəyərli və təqdirəlayiq fikirlər səsləndirir, lakin sözdə ifadəsin tapan prinsiplər realda başqa mənzərə yaradır. Sözü əməli ilə üst–üstə düşməyən ABŞ ənənəsinə sadiq qalaraq yenə də ikili oyun oynayır.
ABŞ-nin yürütdüyü siyasətin təməlində yalnız öz maraqları dayanır. Hər zaman bəyan etdikləri ədalətli yanaşma, insan hüquqları və bərabərlik prinsipi yalnız öz mənafeləri naminə işə düşür. Ədalət pərdəsi altında ədalətsizliyə yol açan ikiüzlü siyasətin təməlində isə hegomonluq iddiası dayanır. Ayrı-ayrı ölkələrdə baş verən hadisələrə, münaqişələrə selektiv yanaşması və ABŞ Konqresinin, eləcə də ABŞ Dövlət Departamentinin anti-Azərbaycan kampaniyası qeyd etdiklərimi bir daha təsdiqləyir.
1992-ci ildə Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına, bu ölkənin işğala məruz qalmasına, Qarabağda separatçı qurumun fəaliyyət göstərməsi faktının bir çox dairələrdə təsdiq olunmasına baxmayaraq, erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "907-ci düzəliş" qəbul edilmişdir. 30 il ərzində Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymağa çağırmayan, yüz minlərlə azərbaycanlının öz dədə-baba yurdlarından qovulmasına göz yuman ABŞ-nin ikiüzlü, riyakar siyasəti bu gün də davam edir.
ABŞ demokratiya, insan hüquqları kimi məsələlərdən yalnız öz siyasətini gerçəkləşdirmək, dünyanı idarə etmək üçün istifadə edir, bir çox ölkələrdə isə demokratiya pərdəsi altında fəlakət, səfalət toxumu səpir. Görünən odur ki, ABŞ beynəlxalq hüquqa, milli dəyərlərə və digər bu kimi prinsiplərə etinasız yanaşır, faktiki olaraq dünyada sülhün və ədalətin bərqərar olması siyasətinə qarşı çıxır.
Həyata keçirdikləri təcavüzkar siyasət nəticəsində Liviyanı, İraqı və digər bölgələri məhv edən ölkədən ədalətli mövqe gözləmək olmaz.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42

