Təhdid yaradan əməllərdən çəkinin!
26.09.2023 [10:55]
DTX Qarabağın erməni əhalisinə müraciət edib
Nardar BAYRAMLI
Azərbaycan rdusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra dövlət strukturları tərəfindən ərazidə müvafiq tədbirlər görülür. Görülən tədbirlər sırasında mülki əhalinin təhlükəsizliyinin təmin olunması, onlara humanitar yardımların çatdırılması da diqqət mərkəzindədir.
Qeyd edək ki, sentyabrın 25-də Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib. Müraciətdə bildirilir ki, qanunsuz erməni silahlı dəstələrinin tam tərk-silah edilməklə döyüş mövqelərindən çıxarılmasına dair razılıq əldə olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişlərinə uyğun olaraq, erməni əhalinin yaşadığı ərazilərdə əmin-amanlığın, yerli sakinlərin şəxsi təhlükəsizliklərinin və sosial problemlərinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülüb, qanunsuz erməni hərbi birləşmələrinin sərəncamında olan döyüş sursatları Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülüb.
“Dövlət Təhlükəsizliyi Xidməti Qarabağ bölgəsinin erməni sakinlərinə müraciət edərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna daxil olan rayonların ümumi inkişafına, həmçinin erməni əhalinin rifahına, sülh şəraitində Azərbaycan cəmiyyətinə reinteqrasiyasına, sosial və humanitar məsələlərinin həll edilməsinə, qanunçuluğun, sabitliyin və ictimai təhlükəsizliyin qorunmasına təhdid yaradan əməllərdən, əmlakların, sənədlərin məhv edilməsi və sair bu kimi qeyri-qanuni hərəkətlərdən çəkinməyə, qısa müddətdə onlarda olan silah-sursatı təhvil verməyə çağırır. Silahları təhvil vermiş və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə əməl edən erməni millətindən olan şəxslərin hüquq və azadlıqlarının qorunmasına tam təminat verilir”- deyə müraciətdə vurğulanıb.
Ümumiyyətlə, Azərbaycan dövlətinin Qarabağın erməni sakinləri barədə mövqeyi tamamilə aydındır. Dövlətimiz Qarabağ bölgəsinin yerli erməni sakinlərinə onların hüquq və azadlıqlarının Azərbaycanın Konstitusiyası və qanunvericilik əsasında təmin olunmasına dair zəmanət verilməsi istiqamətində qətiyyətli olduğunu bir daha təsdiqləyir. Etnik erməni sakinlər də bizim sülhsevər birgə yaşayış modelimizin bir hissəsi olmağa dəvətlidir. Eyni zamanda, Azərbaycan, bütün dövlətlərin beynəlxalq hüquq çərçivəsində digər dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyası istiqamətində göstərilən səylərə zərbə vurmamaq və qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq barədə öhdəliyi olduğunu xatırladır. Azərbaycan, bölgədə sülh, sabitlik və rifahda səmimi marağı olan bütün beynəlxalq tərəfdaşlarla konstruktiv əlaqəyə açıqdır.
Azərbaycan Hökumətinin xüsusi nümayəndəsinin erməni sakinlərlə təmasları isə bu məsələdə mühüm əhəmiyyət daşıyır. Yevlax şəhərində keçirilən görüşdə xüsusi nümayəndə Ramin Məmmədov dövlətin reinteqrasiya ilə bağlı planlarının xülasəsini təqdim edib və infrastrukturların bərpası və işləməsi ilə bağlı məsələlər müzakirə olunub. Sosial və humanitar məsələlərin müzakirəsi kontekstində və erməni sakinlərin müraciəti əsasında uşaq bağçaları və məktəblər, xəstəxanalar və digər fövqəladə xidmətlər sahəsində sosial obyektlərin çalışması üçün yanacağın çatdırılması, eləcə də digər humanitar dəstək tədbirlərinin görülməsi yönündə artıq müvafiq addımlar atılmaqdadır. Halbuki indiyədək belə görüşlərin keçirilməsi Azərbaycanın suveren ərazisində ağır silahlanmış qanunsuz hərbi mövcudiyyətə arxalanan erməni tərəfinin əngəlləri səbəbindən mümkün olmamışdı.
Bəli, dövlətimiz öz xoş niyyətini ifadə edərək erməni sakinlərə reinteqrasiya təklif edib. Qeyd etdiyimiz kimi, müvafiq strukturlar həmin ərazilərdə zəruri addımları həyata keçirirlər. Öz növbəsində, erməni sakinlərdə dövlət strukturlarının çağırışlarına adekvat verməlidirlər. Bu baxımdan, DTX-nn müraciətində qeyd olunduğu kimi, erməni sakinlər hər hansı təxribatçı hərəkətlərdən çəkinməli, qanunsuz silahları təhvil verməlidir. Çünki bölgədə normal yaşayışın təmin olunması üçün sabitlik mühüm şərtdir. Əks halda, dövlətimizin müvafiq strukturları tərəfindən qanun çərçivəsində zəruri addımlar bundan sonra da atılacaq.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22

