Yaxın Şərq yenidən müharibə meydanına çevrilib
10.10.2023 [14:20]
Yaxın Şərqdə gərginlik, silahlı toqquşmalar davam edir. Oktyabrın 7-də “Həmas”ın silahlı qanadı “İzzəddin əl-Kassam” briqadasının komandanı Məhəmməd əd-Dayf İsrailə qarşı “Aksa tufanı” əməliyyatının başladığını və əməliyyat çərçivəsində yəhudi dövlətinin ərazisinə 5 min raket atıldığını elan edib. Məhəmməd əd-Dayf Fələstin xalqının “dövlət qurmaq layihəsinə başladığını” deyib. Onun sözlərinə görə, İsrailin hərbi obyektlərinə və hava limanlarına raket zərbələri endirilib. Bundan başqa,
İsrailin nəzarətində olan ərazilərə sızan fələstinli qruplar Sderot şəhərində polis mərkəzini ələ keçirib.
İsrailin Baş naziri Benyamin Netanyahu isə ötən şənbə günü bəyan edib ki, onun ölkəsi artıq “müharibə vəziyyətindədir”. Benyamin Netanyahu açıqlamasında vurğulayıb: “Biz hərbi əməliyyatda deyil, müharibədəyik. HƏMAS İsrail dövlətinə və onun vətəndaşlarına qarşı qəfil ölümcül hücuma keçib”. O əlavə edib ki, İsrail qüvvələrinə şəhər mərkəzlərini ölkə ərazisinə soxulmuş terrorçulardan təmizləmək, eyni zamanda, hərbi ehtiyatların geniş miqyasda səfərbər edilməsi əmri verilib. “Düşmənə bu təcavüzə görə görünməmiş bir cavab veriləcək”, - deyə Baş nazir vurğulayıb.
İsrail Yayım Korporasiyası bildirib ki, müdafiə naziri Yoav Qalant müharibə vəziyyəti ilə bağlı təcili tədbirlər görülməsi üçün hazırlıqlar elan etdikdən sonra ehtiyat qüvvələrin səfərbər edilməsi xəbərini təsdiqləyib. İsrailin Müdafiə Ordusu “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.
Silahlı toqquşmaların başladığı gün - oktyabırın 7-də Azərbaycanın Xarici İşlər Nazirliyi “X” hesabında İsrail-Fələstin münaqişəsi zonasında mülki şəxslərə qarşı zorakılığı pislədiyini bəyan edib. “Həm İsraildə, həm də Qəzza zolağında çoxsaylı mülki şəxslər arasında faciəvi şəkildə həlak olanlara görə başsağlığı veririk. Biz vəziyyətin təcili olaraq deeskalasiyasına çağırırıq”, - deyə paylaşımda qeyd olunub. İsraildə yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyi isə vətəndaşlarımıza müraciət edib. Səfirliyin “X” sosial şəbəkə hesabında yayılan müraciətdə bildirilib: “İsrailin Müdafiə Qüvvələri tərəfindən müharibə vəziyyəti elan edilib. Bununla əlaqədar, Azərbaycan vətəndaşlarına ölkədaxili səfərlər etməməyi, təhlükəsizliyə riayət etməyi, ehtiyatlı olmağı, yerli dövlət qurumlarının verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik”.
Bir sıra beynəlxalq təşkilatlar və ölkələr Yaxın Şərqdə gərginliyin alovlanmasına münasibət bildiriblər. Oktyabrın 8-də BMT Təhlükəsizlik Şurasında Qəzza zolağı ətrafındakı vəziyyət müzakirə edilib, lakin indiki mərhələdə heç bir ümumi sənəd qəbul olunmayıb. Maltanın BMT-dəki daimi nümayəndəsi Vanessa Frazier jurnalistlərə açıqlamasında deyib: “Biz ümumi bəyanatı müzakirə etmədik, lakin heç kim hər hansı mətn təklif etmədi”. O vurğulayıb ki, müzakirə tərəflərin hazırkı vəziyyətdə mülki insanları qorumaq və zorakılığı dayandırmaq üçün nə edə biləcəyi ilə bağlı olub. ABŞ-ın BMT-dəki nümayəndəsinin müavini Robert Vud qeyd edib ki, münaqişənin yayılmasının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. “Ümid edək ki, vəziyyət daha da pisləşməyəcək”, - deyə o bildirib.
Türkiyə də İsrail və Fələstin ərazisində baş verən zorakılıq və gərginlikdən dərin narahatdır. Bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir. Bəyanatda qeyd olunub ki, Ankara bölgədə əmin-amanlığın tezliklə bərpa olunmasına böyük əhəmiyyət verir və mülki əhalinin itkisini qətiyyətlə pisləyir: “Zorakılıq aktlarının və bununla bağlı eskalasiyaların heç kimə fayda verməyəcəyini vurğulayaraq, tərəfləri təmkinli davranmağa və impulsiv addımlardan çəkinməyə çağırırıq. Biz Türkiyə olaraq bu hadisələrin daha da böyümədən və daha geniş əraziyə yayılmadan nəzarət altına alınması üçün əlimizdən gələni etməyə hər zaman hazırıq. Bununla bağlı aidiyyəti tərəflərlə intensiv təmaslarımızı davam etdiririk”. Bildirilib ki, bu hadisələr iki dövlət prinsipinin əhəmiyyətini bir daha göstərir: “Biz tərəfləri güc tətbiqindən əl çəkməyə və daha da gecikmədən bu baxışa uyğun olaraq qalıcı həll yolu üzərində çalışmağa dəvət edirik”.
ABŞ və Avropa İttifaqı isə İsrailə dəstək ifadə ediblər. Mövcud hərbi əməliyyatlar nəticəsində bölgə qan gölünə çevrilib. Hər iki tərəf yüzlərlə itki verib, yaralananların sayı isə minlərlədir. Eləcə də dağıntıların miqyası kifayət qədər böyükdür.
N.TUNAR
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

