Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Astanada keçirilən sammitdə startaplarımızın innovativ həlləri maraqla qarşılanıb

Astanada keçirilən sammitdə startaplarımızın innovativ həlləri maraqla qarşılanıb

16.10.2023 [10:34]

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nümayəndə heyəti Mərkəzi Asiya regionunun ən nüfuzlu innovasiya tədbirlərindən biri olan “Digital Bridge” sammitində iştirak edib.

Astanada reallaşan tədbirdə, həmçinin ölkəmizin 5 ən qabaqcıl startapı (“A-truck”, “Hepard”, “Plustechfy”, T”askilled”, “Safavy”) da təmsil olunub.

Agentliyin təşəbbüsü ilə sammitdə iştirak edən startapların innovativ həlləri və məhsulları tədbir iştirakçılarının böyük marağına səbəb olub. Startaplarımız, eyni zamanda bir sıra vençur fondları ilə də görüşlər keçiriblər.

Qeyd edək ki, 20 mindən çox iştirakçı, 300-dən çox İT şirkəti və 100-dən çox investorun qatıldığı “Digital Bridge”də İRİA-nın nümayəndələri müxtəlif ölkələrin və şirkətlərin təmsilçiləri ilə tərəfdaşlıq və əməkdaşlıq imkanlarını dəyərləndiriblər.

Paylaş:
Baxılıb: 471 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31