Azad Füzulidə ilk şəhər günü keçirilir
17.10.2023 [12:03]
Günel ABBAS
“Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Lakin 1994-cü il 5 yanvar tarixində başlanan hərbi əməliyyat nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələri rayonun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdi”.
Bu fikirləri yeniazerbaycan.com-a açıqlamasında Mili Məclisin üzvü deputat Cavid Osmanov deyib.
Deputat qeyd edib ki, həmin əməliyyat zamanı azad edilmiş ərazilərdə rayon əhalisinin 50 faizə qədəri yaşayır: “Tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuş Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun missiyası işğalda olan hər bir qarış torpağımızı düşmən tapdağından azad etmək idi. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. 17 oktyabr tarixində Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri ilə bərabər Füzuli şəhəri şanlı Ordumuz tərəfindən işğaldan azad edilmişdir. Vətən müharibəsi günlərində isə ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmiş, döyüşlər zamanı Füzuli rayonundan 80 nəfərədək sakin şəhid olmuş, 300 nəfərədək sakin yaralanmışdır.
Füzuli rayonu uğrunda gedən döyüşlər Vətən müharibəsinin ən ağır döyüşlərindən olmuşdur. Çünki düşmən bu rayon ərazisində çox ciddi istehkamlar qurmuşdu. Hətta bəziləri Füzuli rayonun azad edilə biləcəyinə inanmır, bəzi hərbi ekspertlər isə rayonun azad olunması üçün aylarla vaxt lazım olacağını bildiridilər. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz düşmənin uzun illər ərzində qurmuş olduğu keçilməz istehkamları cəmi bir neçə gün ərzində darmadağın etdi. Düşmənin müdafiə xəttini yarmaqla Azərbaycan Ordusu qədim yaşayış məskənimiz olan Füzulini işğaldan azad etməklə yanaşı mühüm strateji üstünlüklər də qazanmış oldu. Baxmayaraq ki, namərd, xain düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur və bunun nəticəsində azyaşlı uşaqlar həlak olurdu, Azərbaycan Ordusu bu əməllərin qisasını mülki vətəndaşlardan almırdı. Ordumuz düşməndən qisası döyüş meydanında alırdı. Çünki Azərbaycan Ordusu məsuliyyətli və peşəkar ordudur. Ordumuz öz peşəkarlıq və mərdliyi ilə düşməni qorxuya salmış, Füzuli uğrunda gedən döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı.
17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Qələbəni görən və bu hissləri yaşayan xalq xoşbəxtdir. Təbii ki, döyüş meydanında göstərdiyimiz gücün mənbəyi də məhz Azərbaycan xalqının və Müzəffər Ali Baş Komandanın iradəsidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyinin qiymətləndirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalını təsis edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularını təltif etmişdir. Füzulinin tarixində 17 oktyabr qədər digər əlamətdar tarix isə 2020-ci ilin 16 noyabr təqvimi oldu. Məhz həmin tarixdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonunda ilk dəfə səfərdə olmuş, Müzəffər Ali Baş Komandan Füzuli şəhərində Azərbaycan bayrağını ucaltmış, Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoymuşdu. Ölkə başçısı ümumilikdə 14 dəfə Füzuli rayonuna səfər etmiş və bu səfərlər zamanı çoxsaylı obyektlərin təməli qoyulmuş, eyni zamanda, açılış mərasimləri baş tutmuşdur.
Bu obyektlərdən Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimini xüsusilə qeyd etmək olar. Cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etmişdir. Həmçinin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Bundan əlavə, Qazaxıstan Prezidentinin təşəbbüsü ilə də işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması xalqlarımız arasında dostluğun rəmzidir.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədi ilə Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub.
İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi Füzuli rayonu ərazisində də genişmiqyaslı yenidənqurma və bərpa işləri Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Füzuli rayonundan olan keçmiş məcburi köçkün soydaşlarımız artıq öz doğma yurd-yuvalarına qayıtmağa başlayıblar”.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31

