/ / Aİ-nin azərbaycanlıların Ermənistana qayıtmaq hüququna məhəl qoymaması və müharibə canilərinə amnistiya tələbi regionda gərginliyi artırır
Aİ-nin azərbaycanlıların Ermənistana qayıtmaq hüququna məhəl qoymaması və müharibə canilərinə amnistiya tələbi regionda gərginliyi artırır
19.10.2023 [11:12]
Biz, Ermənistandan qovulmuş azərbaycanlıları təmsil edən Qərbi Azərbaycan İcması olaraq, Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Avropa İttifaqının (Aİ) 2023-cü il oktyabrın 18-də verdiyi anti-Azərbaycan bəyanatını şiddətlə qınayırıq.
İlk öncə vurğulayaq ki, bu bədnam bəyanatı məhz 18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günündə verməklə Aİ ölkəmizə və xalqımıza qərəzini simvolik şəkildə ifadə etmişdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Qeyd edilib ki, Avropa İttifaqının sənədi qərəzlidir, ayrı-seçkilik xarakteri daşıyır, sülhə mane olur və Ermənistanın törətdiyi müharibə cinayətlərinə və insanlıq əleyhinə cinayətlərə haqq qazandırır.
“İlk öncə vurğulamaq istərdik ki, qayıdış hüququnu ancaq Qarabağ ermənilərinə şamil etməklə və Ermənistandan qovulmuş azərbaycanlıların bu hüququnu inkar etməklə Aİ azərbaycanlılara qarşı etnik əsasda ayrı-seçkiliyini açıq şəkildə göstərmişdir.
Bundan əlavə, münaqişə zamanı törədilmiş çoxsaylı hərbi cinayətlərə baxmayaraq, Aİ-nin “bütün Qarabağ erməniləri” üçün amnistiya tələbi bizi dərindən narahat edir. Müharibə cinayətlərinə amnistiyanın verilməsi təkcə ədalət və hesabatlılıq prinsiplərini pozmur, həm də cəzasızlıq mühiti yaratmaqla regionda davamlı sülh və barışığı mümkünsüz edir. Aİ-nin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər üçün amnistiya tələb etməsi bu qurumda irqçi mentalitetin ayaq açmasını və humanizm dəyərlərinin aşınmasını, eləcə də onun regionda sülh və ədalətin bərqərar olmasında maraqlı olmadığını göstərir.
Bundan əlavə, bəyanatda Azərbaycan yerli əhalinin insan hüquqlarını və mədəni irsini qorumağa çağırılsa da, Ermənistandan və işğal olunmuş Azərbaycan ərazilərindən qovulmuş azərbaycanlıların hüquqları və mədəni irsi ilə bağlı Ermənistanın məsuliyyəti barədə heç bir çağırış edilmir. Bu, Aİ-nin qərəzli və anti-Azərbaycan yanaşmasının növbəti sübutudur.
Nəhayət bəyanatda Azərbaycan Ermənistanın ərazi bütövlüyünə sadiqliyini təsdiq etməyə çağırıldığı halda, Ermənistana oxşar çağırış edilmir. Ermənistanın Azərbaycan ərazilərini onilliklər ərzində işğal altında saxlaması və Aİ-nin ona göz yumması faktını nəzərə alsaq, Aİ bu çağırışı ilə faktiki olaraq Ermənistanı Azərbaycana qarşı növbəti hərbi təcavüzə cəsarətləndirir.
Aİ-nin bu bəyanatı və son dövrlər nümayiş etdirdiyi mövqe onun sülh üçün tərəfdaş kimi etibarını və rolunu sarsıtmışdır. Biz Aİ-ni anti-Azərbaycan yanaşmasından əl çəkməyə, insanların hüquq və ləyaqət baxımından bərabərliyi, eləcə də dövlətlərin suveren bərabərliyi prinsiplərinə və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüquqlarına hörmət etməyə çağırırıq”, - deyə İcmanın bəyanatında vurğulanıb.
Xəbər lenti
Hamısına baxSosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49

