Azad Qubadlıda ilk şəhər günü
25.10.2023 [13:00]
Günel ABBAS
“Azərbaycan Respublikasının cənub qərbində yerləşən Qubadlı rayonu 27 il erməni işğalında qaldı. Ermənistan işğalda saxladığı digər ərazilərdə olduğu kimi Qubadlı rayonu ərazisində də talançılıqla məşğul olub, bütün maddi-mədəni infrastrukturu yerlə yeksan edib”.
Bu fikirləri yeniazerbaycan.com-a açıqlamasında Milli Məclisin üzvü Cavid Osmanov bildirib.
Deputat qeyd edib ki, əlverişli təbii-coğrafi mövqeyi olan Qubadlı rayonunda əkinçilik üçün daha geniş imkanlar var: “İşğala qədər də rayon ərazisində çoxillik bitkilərin becərilməsi və üzümçülük üstünlük təşkil edib. Faydalı qazıntı ehtiyatları yüksək olan Qubadlıda mişar daşı, yəşəm, mərmərləşmiş əhəng daşı, tuf daş, qum-gil və əqiq yataqları mövcuddur. Rayonun faydalı qazıntı ehtiyatları da işğal dövründə Ermənistan tərəfindən talan edilib. İşğal dövründə Qubadlı rayonun Xanlıq kəndində hərbi istehkam, hərbi baza qurmuş Ermənistan kənddə qanunsuz məskunlaşma apararaq xaricdən gətirilən erməniləri xaricdə yaşayan ermənilərin pulu ilə burada salınan qəsəbədə yerləşdirib. Bu isə hərbi cinayət hesab edilir.
Oktyabrın 20-də Zəngilan şəhəri azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi və rayonun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir”.
C. Osmanov xatırladıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalını təsis edərək döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15212 hərbi qulluqçusunu müvafiq Sərəncamları ilə bu medalla təltif edib: “Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədi ilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edib. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev dörd dəfə Qubadlı rayonuna səfər etmiş və 2020-ci il 23 dekabr tarixində baş tutan ilk səfəri zamanı Azərbaycan bayrağını ucaldıb. 25 oktyabr 2021-ci ildə reallaşan ikinci səfər zamanı isə Xanlıq-Qubadlı yolunun təməli qoyulmuş, “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışları həyata keçirilmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib. Ölkə başçısının üçüncü səfəri 2022-ci il oktyabrın 19-da olub. Səfər zamanı Prezident İlham Əliyev Qubadlı şəhərinin Baş planı, rayon ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin, həmçinin “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimlərində iştirak edib.
Prezident İlham Əliyev cari ilin may ayının 4-də rayona səfəri zamanı isə Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak edib. İşğaldan azad edilmiş digər ərazilərimiz kimi, Qubadlı rayonunda da genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Rayonun Baş planında Qubadlının təbiəti, tarixi keçmişi, memarlığı, eləcə də 2050-ci ilə qədərki inkişaf dinamikası nəzərə alınacaq”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22

