“Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu”
30.10.2023 [18:52]
Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Bakı Politoloqlar Klubunun təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.
Sonra “Qərbi Azərbaycan: siyasi - tarixi aspektlər” adlı kitabın təqdimatı olub. Məlumat verilib ki, kitabda Azərbaycanın tanınmış tarixçilərinin Qərbi Azərbaycanla bağlı məqalələri yer alıb.
Konfransda çıxış edən Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov Qərbi Azərbaycan mövzusunun aktuallığına toxunub. Bildirib ki, Qərbi Azərbaycana qayıdış məsələsi Azərbaycan dövlətinin qarşısındakı duran prioritet məsələlərdən biridir, bu istiqamətdə hər bir azərbaycanlı fəal şəkildə çalışmalıdır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa diqqətə çatdırıb ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən ilk qırğınlar 1905-ci ildə başladı və 1906-cı ilə qədər davam etdi. Ermənilər azərbaycanlıları öz evlərindən qovdular, orada məskunlaşmağa başladılar. Bu da azərbaycanlıların sayının azalmasına səbəb oldu.
Onun sözlərinə görə, indiki Ermənistan ərazisindən qovulan azərbaycanlılar İrana, Türkiyəyə və Azərbaycanın müxtəlif bölgələrinə köçməyə məcbur oldular.
“1948-1953-cü illərdə ermənilər azərbaycanlıları sürgün etdilər. Halbuki bunu Ermənistan “könüllü köçürülmə” adlandırır. Bu illərdə 100 minlərlə azərbaycanlı öz yaşayış yerlərindən qovuldu, ermənilər isə onları əvəz etdi”, - deyə tarixçi vurğulayıb.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycandan olan qaçqınlara hər zaman qayğı göstərdiyini vurğulayıb. O, Ümummilli Liderin Qərbi Azərbaycan mövzusunu ikinci dəfə hakimiyyətə gəldikdən sonra yenidən gündəmə gətirdiyi diqqətə çatdırıb.
Sonra çıxış edən politoloq Tofiq Abbasov deyib: “Qərbi Azərbaycana qayıdış məsələsi Avropa Şurasının gündəliyinə daxil edilməli və bu istiqamətdə ciddi işlər aparılmalıdır. Həmçinin beynəlxalq mexanizmlər bu məsələyə cəlb olunmalı, onlar hüquqi təminat verməlidirlər".
Politoloqun sözlərinə görə, ermənilərin Qarabağa, Qərbi azərbaycanlıların isə indiki Ermənistana qayıtmaları fərqli məsələlərdir.
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib ki, Azərbaycan-Ermənistan münasibətləri normallaşandan sonra Qərbi azərbaycanlıların öz yurdlarına getməsi və qəbirləri ziyarət etməsi ikitərəfli sazişdə əks olunmalıdır. Çünki qayıdış birdən-birə baş verən proses deyil. Ona görə də Qərbi azərbaycanlılar ilkin mərhələdə indiki Ermənistan ərazisinə getməli, orada hansısa bir müddət qalmaq hüququ əldə etməlidir. Ermənistan isə onlara təhlükəsizlik zəmanəti verməlidir.
Deputat əlavə edib ki, əgər Ermənistan dövləti ermənilərin Qarabağda təhlükəsizlik yaşamalarını istəyirsə, bu məsələni özü də həll etməlidir. Əgər sülh müqaviləsi imzalanarsa, bu, ikitərəfli sazişdə öz əksini tapa bilər
Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar çıxışında İcmanın regionda və dünyada baş verən prosesləri yaxından izlədiyini, nümayiş olunan qərəzli yanaşmalarla bağlı dünya ictimaiyyətinə bəyanatlar verdiyini, məlumatlar çatdırdığını vurğulayıb.
O bildirib ki, beynəlxalq qurumlar və bəzi dövlətlər regionla bağlı ikili standartlar nümayiş etdirir. Onlar bölgədəki məsələlərə birtərəfli mövqedən yanaşır, Ermənistan tərəfinin narrativlərinə üstünlük verir. Amma Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpası, onların öz yurdlarına qayıtmaları istiqamətində hər hansı məsələ qaldırmır, bununla bağlı müraciətlərimizə bir çox hallarda səssiz qalırlar.
“Qarabağdakı xristian dininə aid tarixi abidələrlə bağlı heç bir təhlükə olmadığı, əksinə, Azərbaycan dövlətinin abidələri öz maliyyə hesabına bərpa etdiyi halda ikili standartlardan yanaşaraq guya onların qorunmasına ehtiyac olduğunu bildirən bəzi beynəlxalq qurumlar və ölkələr Qərbi Azərbaycanda, eləcə də 30 illik işğal dönəmində Ermənistan tərəfindən dağıdılan mədəniyyət nümunələrimizlə bağlı heç bir mövqe səsləndirmir”, - deyə Ü.Zülfiqar qeyd edib.
Konfrans panel müzakirələrlə davam edib.
Milli Məclisin deputatları Sevil Mikayılova, Ceyhun Məmmədov, Ramil Həsən, Sahib Alıyev, tarixçilər Cəbi Bəhramov, Firdovsiyyə Əhmədova, beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri Fərhad Məmmədov, Əhməd Əlili, Nağı Əhmədov, Zaur İbrahimli və digərləri “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu” və “Prezident İlham Əliyevin tarixi hədəfləri" mövzularda məruzələrlə çıxış ediblər. Həmçinin “Qərbi Azərbaycana qayıdış və Zəngəzur dəhlizinin strateji hədəfləri nədən ibarət olmalıdır?” mövzusunda müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

