“Böyük Qayıdış” davam edir...
15.11.2023 [10:25]
Laçına köçənlər 1245 nəfər oldu!
Y.BAYRAMOVA
Bütün dünyanın diqqəti işğaldan azad olunan ərazilərimizə cəmlənib. Azad olunan ərazilərimizdə abadlıq-quruculuq işləri davam edir. Eyni zamanda, “Böyük Qayıdış”ın təntənəsini yaşayırıq. Şuşada, Zəngilanda, Laçında və digər ərazilərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri azad olunan hər bir şəhər, qəsəbə və kəndin müasir məkana çevriləcəyindən xəbər verir. Prezident İlham Əliyevin bu ərazilərimizə səfərləri zamanı görülən işlərlə tanışlıq və təməlqoyma mərasimlərinin keçirilməsi görülən işlərin sürətlə aparıldığını bir daha təsdiqləmiş olur. Tamamilə yeni bir dövr yaşanılır və bu torpaqların əzəli sakinlərinin doğma yurdlarına mərhələ-mərhələ qayıdışı böyük canlanmaya səbəb olub.
Ağalı kəndinə əhalinin köçürülməsi “Böyük Qayıdış”ın ilk sorağı idisə, artıq bu istiqamətdə aparılan işlərin məntiqi olaraq köç karvanları digər ərazilərimizə də yol alırlar. Ağalı, Talış kəndi, sonra isə Laçın... İlk olaraq 20 ailə 27 may 2023-cü il tarixində Laçına yerləşdirildi. Əzəli sakinlərin Laçınla, doğma yurdla görüşü böyük qürura səbəb oldu. Kimi qəhərləndi, kimisi də sevincdən göz yaşı tökdü. Tələsik yurd-yuvalarını tərk edənlərin buradakı xatirələri canlandı. Bu gün isə Zəfər qazanmış, erməniyə dərs verən və ona kimliyini göstərən xalq kimi bu torpaqlara ayaq basırlar.
Dünən növbəti köç karvanı Laçın şəhərinə yola düşüb. Belə ki, Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən daha 10 ailə (40 nəfər) yola salınıb. Bununla da Laçın şəhərində 325 ailənin (1245 nəfər) daimi məskunlaşması təmin edilib.
Nəhayət, doğma yerlərə qayıdıram...
Laçın rayon sakini Rüstəm Rüstəmov dogma torpağına qayıtmağın sevincini yaşayır: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Zəfər qazandı və işğalda olan torpaqlarımızı azad etdi. Doğma yurda qayıtdığım üçün çox sevincliyəm. Nəhayət uzun illərdən sonra böyüyüb boya-başa çatdığım doğma yerlərə qayıdıram. Vətən uğrunda canını fəda etmiş şəhidlərə Allahdan rəhmət, qazilərə cansağlığı diləyirəm”.
Dədə-baba yurdumuz bizi çağırır
Laçından olan keçmiş məcburi köçkün İmarət Rüstəmova ölkə başçısının rəhbərliyi ilə rəşadətli Ordumuzun şanlı Qələbə qazandığını qeyd edib: “Laçınıma qayıdıram və ora mümkün qədər tez çatmaq istəyirəm. Dədə-baba yurdumuz bizi çağırır.
Ordumuz öz gücünü döyüş meydanında göstərdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində biz artıq öz elimizə uzun illərdən sonra geri dönürük”.
Doğma yurdumda yaşayıb, yaradacağam...
Laçına qayıdan digər keçmiş məcburi köçkün Səfər Əliyev Laçından 10 yaşı olarkən çıxdığını söyləyib: “Artıq övladlarım bu yaşdadırlar və mən onlarla birgə doğma yurduma qayıdıram. Hisslərimi sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Bundan sonra doğma dədə-baba yurdumda yaşayıb, yaradacağam. Bu günləri bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm”.
Xəbər lenti
Hamısına baxDünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58

