“İnsan Hüquqları - 75 Bakı Konfransı...
01.12.2023 [09:57]
İnsan hüquqlarına həsr olunmuş konfrans keçirilib
N.BAYRAMLI
Noyabrın 30-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, BMT-nin Azərbaycan Nümayəndəliyinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda dövlət qurumlarının, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Konfransda çıxış edən Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bildirib ki, Azərbaycan ikili standartlardan və ayrı-seçkilikdən ən çox əziyyət çəkən ölkələrdən biridir. Ermənistan uzun illər boyu azərbaycanlılara qarşı kəskin nifrət zəminində etnik təmizləmə, deportasiya və soyqırımı siyasəti həyata keçirib. Bu gün dünya ictimaiyyəti Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq sənədlərdə təsbit olunmuş insan hüquqlarının kütləvi pozulması hallarına biganə qalır.
Müvəkkil otuz ilə yaxın müddətdə işğal altında saxlanılmış və İkinci Qarabağ müharibəsi nəticəsində azad edilmiş ərazilərimizdə aşkar olunan kütləvi məzarlıqların, əksər şəhər və kəndlərin, tarixi, mədəni, dini abidələrin dağıdılmasının, ərazilərimizin minalarla çirkləndirilməsinin ölkəmizə qarşı həyata keçirilmiş bu siyasəti bir daha sübut etdiyini diqqətə çatdırıb. S.Əliyeva, həmçinin Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyinə hələ də aydınlıq gətirilməməsinin narahatlıq hissi yaratdığını bildirib. Onun sözlərinə görə, Azərbaycanda insan hüquq və azadlıqlarının təmini və təşviq edilməsi daim diqqət mərkəzində saxlanılır, qanunvericilik bazası beynəlxalq hüququn normalarına müvafiq mütəmadi olaraq təkmilləşdirilir. Ölkədə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi prosesinin sürətləndirilməsi üçün geniş imkanlar yaradılıb.
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev isə çıxışında deyib ki, Ermənistan- Azərbaycan münaqişəsinin bitməsindən sonra insan hüquqlarının müdafiəsi sahəsində böyük işlər görülməlidir. Həmçinin bu sahədə beynəlxalq təşkilatların da səyi önəmlidir. Onun sözlərinə görə, Azərbaycan BMT-nin İnsan Hüquqları Şurası ilə geniş şəkildə əməkdaşlıq edir və quruma öz töhfəsini verir: “Azərbaycan nəinki mili qisimdə, həmçinin Qoşulmama Hərəkatında da fəal şəkildə iştirak edir”.
Çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov söyləyib ki, Azərbaycan insan hüquqlarına sadiqliyini sözdə deyil, əməldə sübut edib. Azərbaycan hər zaman Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə xüsusi yanaşması ilə fərqlənib. “Azərbaycan Prezidenti İlham Əliyevin insan hüquqları sahəsində irəli sürdüyü təkliflər ölkənin milli qanunvericilik sisteminin inkişafına gətirib çıxarıb. Ölkədə vəkillik institutunun inkişafı da diqqət mərkəzindədir”, - deyə Vəkillər Kollegiyasının sədri vurğulayıb.
“Fransa və Qərbin digər dövlətləri insan hüquqlarından bəzi xalqlara, ölkələrə qarşı təsir vasitəsi kimi istifadə edir. Azərbaycan da hər gün total “hücum”lar qarşısında qalır”. Bu sözləri isə Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. Onun sözlərinə görə, dünya birliyi bu gün Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin yaradılmasının əsas məqsədini unudur: “İnsan hüquqlarının müdafiəsi adı altında dünyada ərazilərin bölüşdürülməsi uğrunda mübarizə gedir”.
Konfransda digər çıxış edənlər də ölkəmizdə insan hüquq və azadlıqlarının təminatının dövlətimizin ali vəzifələrindən biri olduğunu vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

