“Sülh” fondu, yoxsa...
01.12.2023 [10:15]
İcma: “Aİ Ermənistanı silahlandırmasına son qoymalıdır”
Ermənistan və Fransa kimi qeyri-obyektiv dövlətlər hələ də Azərbaycanın tarixi Qələbəsini həzm edə bilmirlər. Ancaq fakt faktlığında qalır. Son zamanlar rəsmi Parisin Ermənistanı müasir silahlarla təmin etməsi sülh prosesinə ciddi zərbə vurur. Regionda yeni münaqişə baş verərsə, təbii ki, Fransa buna görə məsuliyyət daşıyacaq.
Beynəlxalq ictimaiyyətə də bəllidir ki, Fransa müstəmləkəçi və soyqırımı törətmiş ölkədir. Bunu tarixi faktlar da təsdiqləyir. Görünür, indi bu ölkə çirkin əməllərini Cənubi Qafqazda davam etdirmək istəyir. Belə ki, Azərbaycana qarşı həyata keçirilən, lakin bütövlükdə, Cənubi Qafqazda sülhə və təhlükəsizliyə təhdid yaradan “silahlandırma” kampaniyasının miqyası genişlənə bilər. Artıq Avropa İttifaqının (Aİ) fərqli strukturları Ermənistanın militaristləşdirilməsi prosesinə “fəal dəstək” verməyə başlayıb. Məsələn, Aİ Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi imkanlarını genişləndirir.
5 milyard avro büdcə...
Qeyd edək ki, 2021-ci ilin martın 22-də yaradılan Fondun 2021-2027-ci illər üçün təxminən 5 milyard avro büdcəsi formalaşdırılıb. Avropa Sülh Fondunun büdcəsi Aİ-yə üzv dövlətlərin ianələri hesabına formalaşır. Fondun təsis məqsədi kimi Aİ-nin münaqişələrin qarşısını almaq, sülhü qorumaq və beynəlxalq sabitliyi və təhlükəsizliyi gücləndirmək qabiliyyətini artırmaq qeyd olunsa da, Fond daha çox təzyiq vasitəsi funksiyası kimi çıxış etməkdədir. Maraqlıdır ki, bəyan edilmiş “məqsədlərə uyğun olaraq” və Avropa Şurasının qərarına əsasən, Avropa ölkələri “tərəfdaşlarının” təhlükəsizlik və müdafiə qabiliyyətinin səviyyəsinin yüksəldilməsi üçün Aİ Fondu vasitəsilə hərbi texnika vermək “hüququna malikdir”. Bu məsələ Fondun yaradılmasının əsl səbəblərini ortaya çıxarır. Məsələn, ötən ilin sonunda Aİ Şurası Ukraynaya silah tədarükünü ödəyən Avropa Sülh Fondunun 2023-cü il üçün büdcəsinin 2 milyard avroya qədər artırılmasını təsdiq etmişdi. Bu barədə Aİ Şurasının dərc olunmuş bəyanatında deyilirdi ki, Aİ ölkələrinin xarici işlər nazirləri Avropa Sülh Fondunun 2023-cü il üçün büdcəsinin 2 milyard avroya qədər artırılması barədə siyasi qərara gəliblər. Beləliklə, maliyyə heç də Fondun adına uyğun olaraq “sülhə” deyil, qarşıdurmaların miqyasının daha da genişlənməsinə xidmət göstərir. Bu ilin mayında Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasının iclasındakı çıxışında qeyd etmişdi ki, kollektiv Qərbin Ukraynadakı məqsədləri göz qabağındadır - bu ölkənin ərazisindən sınaq meydançası kimi istifadə etmək. V.A.Nebenzya “Avropa Sülh Fondunun adının Müharibə Fonduna dəyişdirilməsini” təklif etmişdi...
Aİ bu siyasətinə son qoymalıdır...
Qərbi Azərbaycan İcması (QAİ) Aİ-nin Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardım göstərəcəyi məlumatları ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, “Sülh” adı altında Ermənistana silah verilməsi kinayə və istehza doğurur: “Fransanın ardınca Avropa İttifaqının Ermənistanı silahlandırması olduqca yanlış və təhlükəli addımdır. Bütün regionda gərginliyin artmasına, Ermənistanda revanşizmin güclənməsinə xidmət edir. Avropa İttifaqı Ermənistanın silahlandırılması, Cənubi Qafqaz regionuna geosiyasi rəqabətin gətirilməsi siyasətinə son qoymalıdır”.
Qərbin çirkin niyyəti...
Məlumdur ki, Ermənistan nə qədər silahlansa da, Azərbaycanla döyüşə bilməz. Avropa Sülh Fondu kimi təsisatların Ermənistanı nə üçün silahlandırmaq istəkləri də bəllidir. Bölgədə xaos və qeyri-sabitlik yaradaraq sülhü pozmaq, Zəngəzur dəhlizinin açılmasına mane olmaqla Türk dünyasının kommunikasiyasına əngəllər yaratmaq...
Qeyd edək ki, bundan əvvəl Aİ 10,45 milyon avro humanitar yardımla yanaşı, Ermənistana büdcə dəstəyi kimi 15 milyon avro ayıracağını bildirib. Uzunmüddətli perspektivə gəlincə, AB mühüm infrastruktura və digər layihələrə sərmayə qoyuluşu üçün 2,6 milyard avronun ayrılmasını nəzərdə tutan İqtisadi və İnvestisiya Planını təkrarlayıb.
Göründüyü kimi, Qərb Ermənistan üzərindən özünün çirkin niyyətini daha açıq şəkildə ortaya qoymaqdadır. Bu ilin əvvəlində Aİ “missiyası” adı altında kəşfiyyat qrupunu Ermənistanın daxilində yerləşdirməsi, yarımhərbi -yarımmülki missiyanın tərkibini get-gedə genişləndirməsi istiqamətində addımlar atması, indiki halda isə “Sülh Fondu” vasitəsilə bu missiyanı silahlandırmağa çalışması onun əsl məramını üzə çıxarır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32

