/ / Ceyhun Bayramov: Erməni sakinlərin ərazilərimizi tərk etməsinin məsuliyyəti Ermənistanın üzərinə düşür
Ceyhun Bayramov: Erməni sakinlərin ərazilərimizi tərk etməsinin məsuliyyəti Ermənistanın üzərinə düşür
01.12.2023 [11:26]
Noyabrın 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Skopye şəhərində ATƏT Nazirlər Şurasının 30-cu iclasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüş zamanı Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov beynəlxalq hüququn əsas müddəalarına, o cümlədən ərazi bütövlüyü və suverenlik kimi təməl prinsiplərinə hörmətlə yanaşılmasında, bu prinsiplərin qorunub saxlanılmasında çoxtərəfli platformaların, o cümlədən ATƏT-in daha effektiv yanaşma sərgiləməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə postmünaqişə dövründə regionumuzda yaranmış reallıqlar, işğaldan azad olunmuş ərazilərimizin bərpası və məcburi köçkünlərin mərhələli şəkildə həmin ərazilərə qayıdışı, bərpa-qayıdış fəaliyyətlərinə ən böyük əngəl kimi mina təhdidi, eləcə də sülh prosesinin irəliyə aparılması istiqamətində ölkəmizin səyləri diqqətə çatdırılıb.
Ermənistanın götürdüyü öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən silahlı qüvvələrini çıxarmaması fonunda ölkəmiz tərəfindən cari ilin sentyabr ayında 24 saat ərzində həyata keçirilmiş antiterror tədbirləri barədə qarşı tərəf məlumatlandırılıb.
Beynəlxalq təşkilatların nümayəndələrinin də təsdiqlədiyi kimi, bu prosesdə mülki şəxslərə qarşı heç bir zorakılıq faktının olmadığı vurğulanıb, erməni sakinlərin ərazilərimizi tərk etməsinə gəlincə, bunun məsuliyyətinin Ermənistanın və onun tabeçiliyində olmuş qondarma rejimin üzərinə düşdüyü vurğulanıb.
Bu xüsusda, ərazi bütövlüyü və suverenliyin bərpası kimi beynəlxalq hüququn əsas prinsiplərinə münasibətdə ikili standartların, selektiv yanaşmanın tətbiqinin qəbuledilməzliyi qeyd olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54

