Sevilən sənətkar
06.12.2023 [11:49]
Mikayıl
Azərbaycan kino və teatr sənətinin inkişafında özünəməxsus xidmətləri olan xalq artisti Muxtar Avşarovun adı mədəniyyət tariximizdə mühüm yer tutur. Onun zəngin yaradıcılığı kino və teatr tariximizdə ayrıca bir səhifədir. Muxtar Avşarovun adı çəkiləndə gözlərimiz qarşısında sevə-sevə seyr etdiyimiz onlarca tamaşadan maraqlı epizodlar canlanır. Bu gün onun anım günüdür.
Muxtar Həsən oğlu Avşarov 1914-cü ilin 15 fevralında İrəvan şəhərində anadan olub. Bir neçə il sonra türklərə qarşı soyqırımın başlanması ilə əlaqədar ailə İrəvanı tərk edib, Türkiyəyə köçür. Lakin Türkiyə mühitinə uyğunlaşa bilməyən atası Həsən Avşar əvvəlcə Bakıya, sonra isə Gəncəyə köçür; 1921-ci ildə dünyasını dəyişir. 6 yaşlı Muxtar babasının himayəsinə keçir. Muxtar Gəncədə doqquzillik dəmiryol məktəbini bitirdikdən sonra babasının təşəbbüsü ilə Bakıya gələrək dəmiryolçuların sənət məktəbinə daxil olur. Sənət məktəbinin qarşısında Dəmiryolçular klubu yerləşirdi. İncəsənətə, teatra olan həvəsi onu rahat buraxmadığından boş vaxtlarında həmin kluba gedir və oradakı dram dərnəyinə üzv yazılaraq həvəskar aktyor kimi fəaliyyətə başlayır. Çox keçmir ki, həmin dərnəyə görkəmli aktyor Ülvi Rəcəb rəhbərlik etməyə başlayır. O, A. Şirvanzadənin «Namus» pyesini tamaşaya qoyur. Pyesdəki Sumbat rolunu gənc Muxtara verir. Bu rolun öhdəsindən layiqincə gələ bilməsi Ülvi Rəcəblə Muxtar Avşarov arasında xoş münasibət yaradır. 1933-cü ildə sənət məktəbini bitirib Gəncəyə qayıdan M.Avşarov dəmiryolunda çilingər işləməklə bərabər, həm də dəmiryolçuların mədəniyyət evində həvəskar aktyor kimi fəaliyyətini davam etdirir.
1937-ci ildən gənc Muxtar Gəncə Dövlət Dram Teatrında aktyor işləməyə başlayır. 1938-1939-cu illərdə teatrda S. Vurğunun «Vaqif», «Xanlar», S. Rəhmanın «Toy», Q.Musayevin «Şərqin qapısı», M.H.Təhmasibin «Bahar», C.Cabbarlının «Aydın», M.İbrahimovun «Madrid» əsərləri tamaşaya hazırlanır. S.Vurğunun «Vaqif», «Xanlar», S.Rüstəmin «Qaçaq Nəbi» pyeslərinin tamaşaya qoyulması Gəncə teatrının tarixində böyük hadisə idi.
S.S. Axundovun «Eşq və intiqam» əsərinin tamaşasında əsas rollardan birini oynayan M.Avşarov Gəncə tamaşaçılarının sevimlisinə çevrilir. Bu teatrdakı nailiyyətlərə çıxışına görə o, 1960-cı ildə respublikanın əməkdar artisti fəxri adına layiq görülür.
Muxtar Avşarov C.Cabbarlı adına Gəncə Dram Teatrının səhnəsində yüzdən artıq tamaşada oynamışdı. Bir sıra xarakterik rolları məharətlə ifa etdiyinə görə, ayrı-ayrı vaxtarda üç dəfə Gəncəyə gələn Akademik Dram Teatrının bədii rəhbəri və rejissoru Tofiq Kazımov 1968-ci ildə onu M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edir.
Həmin vaxt «Azərbaycanfilm» kinostudiyasının direktoru işləyən Adil İsgəndərov da onun filmlərdə çəkilməsinə kömək edir. Bu illərdə kinostudiyada İsmayıl Şıxlının «Dəli Kür» filminin çəkilişləri başlayır və M.Avşarova rol həvalə edilir.
Bu rolun müvəffəqiyyətli alınması kino sahəsindəki fəaliyyətini artırır və az sonra ona «Atları yəhərləyin» filmində İran kəndxudası rolu həvalə edilir.
Ömrünün 90 ilinin 65 ilini peşəkar səhnəyə bağlamış, zəngin dünyagörüşə malik sənətkar daim teatrı düşünmüş, sənətlə nəfəs almışdı. Hələ sağlığında, 2004-cü ilin may ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Şöhrət» ordeni ilə təltif edilmişdi.
M.Avşarov 2004-cü ilin 6 dekabrında 90 yaşında dünyasını dəyişmişdir.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 12:38
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Gündəm
14 İyul 11:13
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23

