Azərbaycan tarixinin önəmli hadisələrindən biri
09.12.2023 [10:50]
Günel ABBASOVA
“Ölkəmizdə növbədənkənar prezident seçkilərini Zəfər seçkisi adlandıra bilərik. Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il 7 fevralda növbədənkənar prezident seçkisinin keçirilməsi və səbəbləri çox aydındır”.
Bu fikirləri yeniazerbaycan.com-a açıqlamasında Milli Məclisin üzvü Vüqar İskəndərov bildirib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm bölgəmizdə, həm də ölkəmizdə yeni reallıqlar yaradıb: “Qeyd etməliyik ki, növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir. Ona görə də növbədənkənar seçkilərin keçirilməsi vətəndaşlarımızın siyasi iradələrini yenidən və vaxtından əvvəl ifadə etməsi kimi anlaşılmalıdır. Artıq yeni eradır, yeni dövrdür və yeni çağırışlar var. Azərbaycan qlobal anlamda yeni reallıqlar yaradan ölkə imicini qazanıb. Bu kontekstdən baxsaq, yeniliklərə cavab vermək üçün yeniləşən, inkişaf edən Azərbaycanda bu seçkinin keçirilməsi vacib idi. Əvvəla, Prezident Müzəffər, Ali Baş Komandan İlham Əliyev ən əsası qətiyyətli siyasətçidir. Bu növ erkən seçki ilə İlham Əliyevin həm özünə inamının, həm xalqın siyasi dəstəyindən əminliyinin, həm də indiyə qədər dediyi sözlərə bir-bir əməl etməyinin bariz nümunəsidir. İndiyə qədər Prezident nəyi deyibsə, mərhələli şəkildə zərgər dəqiqliyi ilə onu uğurla həyata keçirib. Bu seçki həm də müstəqilliyimizi qazandıqdan sonra müstəqil Azərbaycanın bütün suveren ərazisində keçiriləcək.
Bu, Bütöv Azərbaycanın seçkisidir və artıq öz ata-baba yurduna qayıtmış vətəndaşlarımız həmin ərazidən ölkə prezidentinə səs verəcək, seçim edəcək. Bu gözəl hissləri yaşamaq, onun tərkib hissəsi olmaq, təbii ki, hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Digər məsələ seçkilərdə bərabər imkanların təşkil edilməsidir. Seçki Məcəlləsinə əsasən, ölkəmizdə Prezidentin növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər MSK tərəfindən çərşənbə günü təyin edilir və 60 gün müddətində keçirilir. Əslində bütün namizədlərə hüquqlar verilir və hər biri bərabər öhdəliklər daşıyırlar. Təbii ki, namizədlərin fəaliyyəti üçün hər birinə bərabər şərait təmin edilir, o cümlədən təbliğat təşviqatın aparılması üçün mediadan bərabər istifadə şərtləri də müəyyənləşdirilir. Bütün bu məsələləri ümumiləşdirsək, 2024-cü il 7 fevral növbədənkənar prezident seçkiləri Azərbaycan tarixinin çox önəmli hadisələrindən biri kimi yadda qalacaq, müasir, müstəqil, bütöv Azərbaycanın tarixində müstəsna rol oynayacaq”.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

