Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sumqayıtda ağır yol qəzası baş verib: ölən və yaralananlar var

Sumqayıtda ağır yol qəzası baş verib: ölən və yaralananlar var

10.12.2023 [11:15]

Bu gün səhər tezdən Sumqayıt-Bakı şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib. İki şəhər arasında sərnişin daşıyan “Frod Tranzit” markalı mikroavtobus beton arakəsməyə çırpılıb. Nəticədə ölən və xəsarət alanlar var.

Sumqayıt Şəhər Təcili Tibbi Yardın Xəstəxanasının baş həkimi Rauf Sadıqov AZƏRTAC-a bildirib ki, qəzada xəsarət alan 6 nəfər klinikaya gətirilib. 1963-cü il təvəllüdlü, Bakı şəhər sakini Ayna Allahverdiyeva klinikaya çatanda keçinib, bir nəfərə ilkin yardım göstərilib və evə buraxılıb, digər 4 nəfər isə stasionara yerləşdirilib. Hazırda reanimasiya şöbəsində olan üç pasiyentin vəziyyəti ağır olaraq qalır, o biri isə travmatologiya şöbəsində müalicəsini davam etdirir. 

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 637 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30