Avropa İttifaqı üzvlüyünə “namizəd”...
16.12.2023 [11:23]
Gürcüstan əldə etdi, bəs Ukrayna?
Məlum olduğu kimi, Brüsseldə Avropa İttifaqı liderlərinin sammitində Gürcüstanın ittifaqa üzv olmaqla bağlı namizəd statusunun verilməsinə dair qərar qəbul edilib. Hazırda bu qərarın Gürcüstan üçün əhəmiyyəti və nəyi dəyişəcəyi maraq doğurur. Bir də Ukraynanın namizədlikdən kənarda qalmasının əsas səbəbləri maraqla qarşılanır.
Ancaq ekspertlərin fikrincə, namizəd statusunun verilməsi hələ ölkənin Avropa İttifaqına daxil olacağına zəmanət vermir. Bəzi ekspertlər isə, Gürcüstana bu statusun verilməsinin bir sıra müsbət nəticələrə səbəb olacaq. Bu qərarın ölkədə daxili siyasi gərginliyi azaldacağını düşünənlər var. Eyni zamanda, Tbilisinin Brüssellə münasibətlərinin yaxşılaşacağına da ümid edənlər az deyil. Xatırladaq ki, son zamanlar Gürcüstanın Aİ-nin tövsiyələrini kifayət qədər fəal şəkildə yerinə yetirməməsinə görə tərəflərin münasibətində problemlər müşahidə edilirdi.
Ukraynanın namizədlik məsələsinə gəldikdə isə, burada fikirlər haçalanır. Üzdə bu məsələnin reallaşmamasının “günahkarı” qismində Macarıstan hədəf göstərilsə də, proseslər başqa dövlətlərin də Ukraynanın Aİ üzvü olmasına isti baxmadığını üzə çıxarır. Macarıstan Ukraynanın qurum üzvü olması ilə yanaşı, Kiyevə yardımların ayrılması məsələsində də fərqli düşünür. Macarıstanın baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının səhər proqramında çıxışı zamanı Aİ-nin Brüsseldə keçirilən sammitində 2024-2027-ci illər ərzində Ukraynaya 50 milyard avro ayrılmasını nəzərdə tutan icma büdcəsinə düzəlişin qarşısını aldığını təsdiqləyib. O, izah edib ki, hazırda icma büdcəsində Ukraynaya uzunmüddətli yardım üçün “pul yoxdur”.
Politoloq Tural İsmayılov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Avropa İttifaqı heç bir zaman Ukraynanı öz üzvlüyünə qəbul etməyəcək: “Bununla belə, həm Ukrayna siyasi elitasında, həm də dünyanın bir sıra fərqli coğrafiyalarında Avropa İttifaqının guya Ukrayna ilə kompromisə gedəcəyini və onu üzvlüyə götürəcəyini düşünənlər də var idi. Hələ ki, Gürcüstanın özünü də Avropa İttifaqı üzvlüyünə qəbul etmirlər, sadəcə olaraq müəyyən mənada Gürcüstana namizədlik statusu verirlər. Çünki Avropa İttifaqının özünün daxilində bununla bağlı yekdil yanaşma mövcud deyil. Avropa İttifaqının daxilində bir xeyli neoimperialist dairələr var ki, onlar vahid və həmrəylik fonunda birgə qərarların verilməsi prosesinə qarşıdırlar. Bu kontekstdə Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqına inteqrasiya məsələsini daim müzakirə və mübahisəyə çevirirlər. Eyni zamanda, indi Avropa İttifaqı Ukraynadakı aktiv döyüş əməliyyatlarını və hərbi vəziyyəti nəzərə alaraq onu üzvlüyə götürmədiyini söyləyir. Amma bunun hətta postsavaş dövründə də reallaşacağı inandırıcı deyil. Ukraynanı Avropa İttifaqına üzv qəbul etməytəcəklər və hətta Ukraynanın tam olaraq Avropa İttifaqı institutlarına inteqrasiyasına belə şərait yaradılmayacaq. Hər halda burada Macarıstan görünən faktordur”.
Politoloqun sözlərinə görə, əslində, Macarıstan Avropa İttifaqında yeganə dövlətdir ki, dürüst və səmimi mövqe nümayiş etdirir. Bu isə Macarıstanın baş naziri Viktor Orbanın səmimi və ləyaqətli siyasi xətt yeritməsi ilə bağlıdır. “Amma faktiki olaraq bu gün Ukraynanın Avropa İttifaqına daxil olmasının qarşısını kəsən, əngəlləyən təkcə Macarıstan deyil. Avropa İttifaqının daxilindəki bir çox qüvvələrin özləri bu məsələdə maraqlı deyillər. Sadəcə olaraq, Macarıstan bu məsələdə daha çox mövqe nümayiş etdirdiyinə görə bəhanə kimi göstərilir”, - deyə T.İsmayılov bildirib.
Günel ABBASOVA
Xəbər lenti
Hamısına baxMüsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31

