Böyük etimad
20.12.2023 [10:10]
Günel Abbasova
“COP29 Beynəlxalq konfransın Azərbaycanda keçirilməsi böyük etimadın nəticəsidir. Artıq Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir. Ölkəmiz aparılan siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olub. Bu bir reallıqdır ki, artan beynəlxalq hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq”.
Bunu yeniazerbaycan.com-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.
“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyəti ondan ibarətdir ki, bu qərar antiterror tədbirlərindən iki ay yarım sonra qəbul olunub və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Əlbəttə konfransın Bakıda keçirilməsi ölkəmizin nüfuzunu, gücünü və etibarlılığını göstərir. Çünki Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərib. Düzdür, antiterror əməliyyatlarında sonra bəzi qərb ölkələri Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşdü. Ancaq görünən odur ki, bu ittihamların heç birinin əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmiş və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Çox maraqlıdır ki, bir Fransa hələ də mövqeyindən çəkinmək niyyətində deyil. Hələ də Azərbaycanın qələbəsi ilə barışmaq istəmir. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Bütün bunlar bir daha göstərir ki, artıq beynəlxalq birlik 30-40 ölkə demək deyil. Bütün ölkələr mövqeyini ortaya qoyur. Yəni Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərib. Azərbaycan Qoşulmama Hərəkatına da dörd il ərzində uğurla sədrlik edir və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır. Bütün bunlar növbəti uğurumuza bir pəncərədir. Beləliklə biz inanırıq ki, prezident İlham Əliyevin rəhbərliyi ilə COP29 beynəlxalq konfransı da ən yüksək səviyyədə təşkil olunacaq və dünyaya səs salacaq”.
Xəbər lenti
Hamısına baxGündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18

