Seçki günü qeydiyyat ünvanında olmayanlar necə səs verə bilərlər?
17.01.2024 [15:09]
İnsanların konstitusion hüquqlarından biri də səsvermə hüququdur. 18 yaşına çatmış fəaliyyət qabiliyyəti olan vətəndaşlarımızın hamısı səsvermə hüququna malikdir (Təbii ki, burada istisna hallar da mövcuddur. Səsvermə hüququ məhdudlaşdırılan şəxslərin dairəsi Azərbycan Respublikasının Seçki Məcəlləsində öz əksini tapıb).
Seçki günü hər kəsin səs vermə hüququ var. Amma bununla yanaşı qeydiyyatda olduğu ünvanda yaşamayan bəzi vətəndaşlar norma və qaydalara riayət etmədikləri üçün seçki günü səsvermə prosesindən kənarda qalırlar.
Bəs ölkə daxilində qeydiyyatda olduğu ünvandan kənarda yaşayanlar səsvermə prosesində necə iştirak edə bilərlər?
Mövzu ilə bağlı secki-2024.az saytına açıqlama verən Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Xəyal Bəşirov deyib ki, qeydiyyatda olduğu ünvandan kənarda yaşayanların səs verməsi üçün dövlət tərəfindən şərait və imkanlar yaradılıb.
Onun sözlərinə görə, bu imkanlardan biri kimi seçki gününün qeyri-iş günü olaraq müəyyənləşdirilməsini göstərmək mümkündür:“Seçki gününün qeyri-iş günü elan edilməsi qeydiyyatda olduğu şəhər və rayondan kənarda yaşayan vətəndaşların səs verməsi üçün əlavə imkanlar yaradır. Bu, onların istədiyi məntəqədə səs vermək imkanlarının yaradılması üçündür. Seçki günü qeyri-iş günü olduğuna görə vətəndaşlara şərait yaradılır ki, seçici kimi qeydiyyatda olduqları məntəqələrə gedib gün ərzində səs verə bilərlər”.
Hüquqşünas vurğulayıb ki, səsvermə günü vətəndaş qeydiyyatda olduğu ünvanda deyilsə, bu məsələ də qanunvericilikdə nəzərdə tutulub:
“İlk olaraq, vətəndaş müvəqqəti yaşadığı ünvan üzrə qeydiyyatdan keçməlidir. Təəssüf ki, əksər hallarda vətəndaşlar bu normaya əməl etmirlər. Amma hər bir şəxs qeydiyyatda olduğu şəhər və rayondan kənarda yaşayırsa, həmin yer üzrə müvəqqəti olaraq qeydiyyata düşməlidir. Vətəndaşlar buna riayət etmədiklərinə görə, bir çox hallarda bu boşluq ciddi nəzərə çarpır. Vətəndaşların qeydiyyatda olduğu ünvanlardan kənardan yaşaması və bu barədə müvafiq qurumlara məlumat verməməsi müəyyən problemlərə yol açır. Buna baxmayaraq, vətəndaşların səsvermə hüquqlarının reallaşdırılması üçün addımlar atılır. Mərkəzi Seçki Komissiyasında seçicilərin qeydiyyatı ilə bağlı elektron sistem formalaşdırılıb. İstənilən şəxs orada hansı seçki məntəqəsində qeydiyyatda olduğunu müəyyənləşdirə bilər. Seçki günü qeydiyyatda olduğu yerdə olmayacağını bilən vətəndaş seçici kimi qeydiyyatda olduğu məntəqədən çıxarılması ilə bağlı sənəd ala bilər. Həmin sənəd əsasında faktiki yaşadığı yer üzrə seçici kimi səs verə bilər”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37

