ABŞ təşkilatı prezident seçkilərilə bağlı ilkin rəy sorğusunun nəticələrini açıqlayıb
02.02.2024 [17:12]
ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində ilkin rəy sorğusunun nəticələrini açıqlayıb. Secki-2024.azsaytının xəbərinə görə, ABŞ-nin “Oracle Advisory Group” təşkilatının nümayəndəsi George Brinbaum bu gün Şuşada keçirilən mətbuat konfransında deyib ki, sözügedən təşkilat və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” Azərbaycanda seçki mühitinin ölçülməsi məqsədilə sosioloji sorğu keçirib.
Onun sözlərinə görə, sosioloji sorğunun keçirilməsində əsas məqsəd prezident seçkiləri ərəfəsində əhalinin səsverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, seçkilərlə bağlı ictimai rəyin öyrənilməsi olub:
“Sorğuya ümumilikdə Azərbaycanın müxtəlif rayonlarından 3 000 nəfər respondent cəlb edilib. Bunlardan 24,1%-i Bakı şəhərindən, 8,3% digər böyük şəhərlərdən, 21,3%-i kiçik şəhər və qəsəbələrdən, qalanları isə (46,3%) kəndlərdən olub. Sorğuda iştirak edənlərin 49,3%-i (1 479 nəfəri) qadın, 50,7%-i (1 521 nəfəri) kişi olub. Sorğu ölkə əhalisinin yaş statistikası nəzərə alınaraq aparılıb və respondentlərin 36,2%-i 18-34 yaş arası, 39,0%-i 30-54 yaş arası, 24,8%-i 55 və daha çox yaşda olan insanlar olublar. Sorğunun 24,1%-i Bakı şəhərinə, 4,8%-i Naxçıvana, 6,1%-i Abşeron-Xızı, 3,4%-i Dağlıq Şirvan, 6,4%-i Gəncə-Daşkəsən, 6,8%-i Qarabağ, 7,2%-i Qazax-Tovuz, 5,9%-i Quba-Xaçmaz, 10,0%-i Lənkəran-Astara, 7,8%-i Mərkəzi Aran, 6,6%-i Şəki-Zaqatala, 5,3%-i Şirvan-Salyan bölgələrinə aid olub”.
Sorğu vərəqindəki sualları belə qruplaşdıra bilərik:
1. Əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsi;
2. Ölkənin hazırkı vəziyyətinə münasibət;
3. Əhalinin siyasi fəallıq səviyyəsi;
4. Vətən müharibəsinə dəstək və s.
“Ümumiyyətlə əvvəllər Azərbaycanda keçirilən prezident seçkilərində iştirak etmisiniz?” sualına 34,9% “Demək olar ki, hər zaman” variantını seçiblər. Daha 28,4% “Hər zaman”, 11,1% isə “Çox vaxt” cavabı veriblər. Bu isə əhalinin seçkilərdə olan aktivliyinin göstəricisidir.
Sorğuda iştirak edənlərdən 4,5% ilk dəfə səs verdiyini, 16% demək olar ki, səs vermədiyini, 5% isə ümumiyyətlə səsvermədə iştirak etmədiyini bildirib.
Əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsi məqsədilə ünvanlanmış “Hazırda ölkəmizin üzləşdiyi ən vacib problem hansıdır?” sualına 2,3% iqtisadi vəziyyəti, 34,9% məşğulluğu, 27,1% əməkhaqqını, 0,4% Azərbaycanın beynəlxalq arenada rolunu, 0,1% cinayətkarlığı, 14,1% korrupsiyanı, 6,7% təhsili, 0,2% ekologiyanı, 13,1% səhiyyəni, 1,1% isə məişət zorakılığını qeyd edib.
“Azərbaycanın getdiyi yolun ümumi istiqamətini necə qiymətləndirirsiniz?” sualına seçicilərin 81,2%-i “düzgün istiqamət”, 12,3%-i isə “yanlış istiqamət” cavabını veriblər.
Bundan əlavə, seçicilər Azərbaycanı yaşamaq üçün olduqca təhlükəsiz ölkə olduğunu hesab edirlər. Belə ki, “Azərbaycanın digər qeyri-sabit ölkələrdən fərqli olaraq, regionda ən sabit ölkə olması ilə razısınızmı” sualına cavab olaraq, sorğulanan şəxslərin 85,4% BƏLİ cavabını veriblər.
Belə ki, respondentlərin 97% İlham Əliyevin, 12% Zahid Orucun, 0,7% Fazil Mustafanın, 0,5% Razi Nurullayevin, 0,3% Qüdrət Həsənquliyevin, 0,2% Fuad Əliyevin, 0,1% isə Elşad Musayevin adını çəkib.
Nəhayət, Qarabağdakı qələbə ictimaiyyət tərəfindən Azərbaycanın böyük uğuru kimi qiymətləndirilir.
Respondentlərin 98,50%-i “Siz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün həyata keçirilən genişmiqyaslı hərbi əməliyyatları dəstəklədinizmi?” sualına müsbət cavab veriblər. Bu rəqəm yüksək milli ruhu nümayiş etdirir.
Respondentlərin əksəriyyəti “Sizcə, Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkənin beynəlxalq aləmdə nüfuzuna necə təsir edib?” sualına 72,5% “Müsbət”, 2,6% “Mənfi”, daha 24,9% “Neytral” variantlarını seçib.
Aparılmış sosioloji sorğunun nəticələri göstərir ki, 7 fevral 2024-cü il prezident seçkilərinə hazırlıq həm hakimiyyət, həm də əhali səviyyəsində qənaətbəxşdir.
ABŞ-ın “Oracle Advisory Group” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” (VƏHML) bu qənaətə gəlir ki, əhali fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı məlumatlıdır. Bu, dövlətin həyata keçirdiyi maarifləndirmə və məlumatlandırma işinin yüksək səviyyəsində aparılmasından xəbər verir.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

