Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Masallıda qadın və iki azyaşlı oğlu dəm qazından ölüb, cinayət işi başlanıb

Masallıda qadın və iki azyaşlı oğlu dəm qazından ölüb, cinayət işi başlanıb

11.03.2024 [11:57]

Masallıda 26 yaşlı qadın və onun iki azyaşlı oğlu dəm qazından zəhərlənərək ölüb.

Bu barədə Masallı rayon prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilib ki, hadisə bağlı cinayət işi başlanıb.

Bildirilib ki, bu gün Masallı rayonu, Dadva-2 küçəsində yerləşən fərdi yaşayış evində 3 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Vurğulanıb ki, araşdırma zamanı həmin evdə yaşayan 1998-ci il təvəllüdlü Aytac Əzimova və onun iki azyaşlı oğlunun dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Qeyd olunub ki, faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Paylaş:
Baxılıb: 616 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Analitik

Əl-Kibarın sirri

26 Avqust 09:56  

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31