Ülviyyə Əliyeva: "Peşəkar aktyor üçün bütün obrazlar əlçatan olmalıdır"
07.04.2024 [10:47]
Çoxları onu komediya janrında oynadığı obrazları ilə tanıyır. "Yeni Azərbaycan" səhnədə və filmlərdə yaratdığı obrazlarına görə kifayət qədər sevilən aktrisa Ülviyyə Əliyeva ilə olan müsahibəsini təqdim edir.
- Ülviyyə xanım, aktrisa olmaq istəyəndə qarşınıza hansısa problemlər çıxdımı?
- Anam aktrisa olmağımı istəmirdi, fikirləşirdi ki, mən qalmaqallı insan deyiləm və teatrda qalmaqalla qarşılaşacağam. Bu səbəbdən sənəti yarımçıq qoymağımdan qorxurdu.
Anamın təkidi ilə Xarici Dillər İnstitutuna imtahana getdim. Qəsdən heç nə yazmadım. Kəsildim. Bir il anamla, evdəkilərlə mübahisələrlə keçdi. Anamdan başqa bütün ailə üzvlərim istəyirdi ki, mən incəsənətə gedim. Həmin o bir il müddəti mən ciddi sınaqlara qarşılaşdım. Amma sonradan razı sala bildim.
- Ülviyyə Əliyeva hazırda olmaq istədiyi yerdədir?
- Bəli, hal hazırda olmaq istədiyim yerdəyəm, lakin bu sənətlə məşğuluqsa daim yeniliklər əldə etmək və uğur qazanmaq üçün daha çox çalışmalıyıq.
- Bu sənətə gəlməyinizdə kimin rolu daha böyük olub?
- Sənətə gəlməyimdə anamın rolu çox olub. Görəndə ki, mən fikrimdən dönmürəm, axırda mənimlə razılaşmalı oldu. 9-cu sinifə kimi həkim olmaq istəyirdim, sonradan xarici dili yaxşı bildiyimə görə Xarici Dillər Universitetinə qəbul olmaq, tərcüməçi olaraq fəaliyyət göstərmək istəyirdim və birdən birə 11-ci sinifdə aktrisa olmağa düşündüm. Anam düşünürdü yəqin bu da, həmişəki kimi tez-tez dəyişən kaprizlərimdən biridir, lakin sonda ciddi olduğumu görüb mənə dəstək durdu. Anam bu sahədə elə də uğurlu olacağımı düşünmürdü, lakin tam əksi oldu. İşlədiyim ilk günlərdən çox mehriban bir kollektivin içində oldum. Rafael İsgəndər, Coşqun Rəhimov, Qurban İsmayılov və digər həmkarlarla bir səhnəni bölüşürdük. Rəhmətlik Hüseynağa Atakişiyev kimi dahi rejissorumuz var idi. Gəlib bu gözəl kollektivi tanıdım və ilk olaraq Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində rol aldım. Oradakı uğurlu çıxışımdan sonra mənə xeyir-dua verdi.
- Sizcə niyə teatr aktyorları peşəkar olsa belə kifayət qədər tanınmır?
- Televiziya elədir ki, ölkəmizdə yaşayanlardan əlavə milyonlarla xarici izləyicisi olur. Lakin teatrın öz tamaşaçıları var. Elə teatr zalı var ki, 200 nəfərlik yer tutur, elə zallar da var ki, cəmi 500 nəfər otura bilir. Kino bütün dünyada izlənir. Qeyd edərdim ki, filmə çəkilməsələr belə kifayət qədər tanınmış aktyorlarımız da var.
- Oynadığınız obrazlardan hansı daha sizə yaxındır?
- Oynadığım bütün obrazlar mənə yaxındır. Elə bir obraz yoxdur ki, mənə yad olsun. Mənə yad olan obrazları ümumiyyətlə oynamıram
- Daha çox gülüş doğuran obrazlar oynayırsınız, özünüz bu obrazları seçirsiniz yoxsa necə?
- Daha çox komediya janrı obrazlarını oynayıram, çünki teatr aktirisasıyam. Akademik Musiqili teatrında daha çox komediyalı tamaşalar səhnəyə qoyulur. Düzdür, bəzən ciddi tamaşalara da yer verirəm. Əli Əmirlinin "Xoşbəxt gün" əsəri var idi, orada taleyi qırılmış bir qız roluna oynayırdım. Son zamanlarda dramatik janrda oynadığım obrazlar da olub. Səidə Haqverdiyavının rejissoru olduğu "Oyun" zalı tamaşasında oynayırıq. Həmin tamaşada da mənfi obraz canlandırmışam. Bundan əlavə "Köhnə çamadanlar" filmində mənfi roldayam.
- Elə bir obraz olubmu ki, həmin obrazı oynamaq sizin üçün əlçatmaz olsun?
- Mənim üçün əlçatmaz obraz olmayıb, ümumiyyətlə peşəkar aktyor üçün bütün obrazlar əlçatan olmamalıdır.
- Son olaraq izləyicilərinizə və oxucularımıza sözünüz?
- Teatra gəlsinlər. Günü - gündən Azərbaycan teatrı inkişaf edir. İstedadlı aktyorlar artmaqdadır. Bəzən deyirlər "teatra gələn var"? Onlara sual verirəm ki, axırıncı dəfə teatrda nə vaxt olmusunuz? Deyirlər: "Ee, neçə illər qabaq". Ona görə də teatr sahəsindən xəbərsiz olan insanlar çoxdur. Lakin nə xoş ki, son illər xeyli maraq artıb. Bir tamaşa 15-20 il belə oynasa da, teatr canlı sənətdir. Canlı sənət olduğuna görə eyni tamaşa hər dəfə insanda fərqli maraq doğurur.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxİdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53

