“Təqaüdə çıxmalıdırlar”
05.07.2024 [10:45]
ABŞ-da keçirilən sorğuda vətəndaşlar Bayden və Trampın prezidentliyə namizəd olmasını istəmədiklərini bildiriblər
ABŞ-da bu ilin noyabrında keçiriləcək prezident seçkiləri ilə əlaqadər siyasi mübarizə daha da güclənməkdədir. Mübarizə indiki prezident, demokratların namizədi Co Bayden və keçmiş prezident, respublikaçıların namizədi olan Donald Tramp arasında gedir. Bir neçə gün öncə hər iki namizəd debata da çıxdılar. ABŞ Prezidenti 81 yaşlı Co Baydenlə 78 yaşlı Donald Tramp arasındakı debat dünya ölkələrində maraqla izlənildi. Onlar CNN-in Atlantadakı baş qərargahında üz-üzə gəliblər. 90 dəqiqə davam edən debatın moderatorları Ceyk Tapper və Dana Baş olublar. Co Baydenin çıxışı ilə başlayan debat Donald Trampın son sözü ilə yekunlaşıb.
Debat tərəflərinə yanlarında yalnız su, qələm və boş bloknot saxlamağa icazə verilib. Bir-birinə mane olmamaları üçün tərəflərdən biri çıxış edərkən digərinin mikrofonu bağlı olub. CNN-in apardığı auditoriya sorğusuna əsasən, debatın qalibi 67 faiz səslə Tramp olub. Qərb ölkələri isə ABŞ Prezidenti Co Baydenin keçmiş dövlət başçısı, prezidentliyə namizəd Donald Trampla debatdakı zəifliyindən təşvişə düşüb. Bu barədə “Politico” öz mənbələrinə istinadən məlumat yayıb. Xarici diplomatlar və rəsmilər xüsusilə Co Baydenin hərəkətlərindən məyus və hətta narahat olduqlarını ifadə ediblər. “Tramp özünün tipik qəribə açıqlamalarını versə də, Baydenin qəbul edilən zəifliyi daha çox göz qabağındadır. Xarici siyasət müzakirələri səthi xarakter daşıyır. Bayden öz fikrini söyləyə bilmir, - deyə avropalı diplomatlar nəşrə bildiriblər. Vitse-prezident Kamala Harris isə debatdan sonra ABŞ Prezidenti Co Bayden barədə fikirlərini söyləyib. Onun sözlərinə görə, amerikalılar onun debat çıxışlarına deyil, ölkə üçün gördüyü işlərə diqqət yetirməlidirlər.
CNN telekanalının keçirdiyi sorğunun nəticələri isə göstərib ki, əksər seçicilər ABŞ Prezidenti Co Baydenlə keçmiş dövlət başçısı Donald Trampın debatının onların namizəd seçiminə təsir etmədiyini bildirib. Verilən informasiyaya əsasən, qeydiyyatda olan hər on seçicidən təxminən səkkizi (81 faiz) debatı izlədikdən sonra ABŞ-ın növbəti prezidenti üçün seçimlərini dəyişməyib. Respondentlərin 14 faizi debatın onları düşündürdüyünü, lakin seçimini dəyişmədiyini bildirib. Sorğu iştirakçılarının yalnız 5 faizi seçimlərini dəyişdiyini bildirib.
Sorğu həmçinin debatların Baydenin imicinə mənfi təsir göstərdiyini müəyyən edib. ABŞ-ın hazırkı rəhbərinin reytinqi 37 faizdən 31 faizə enib. Tramp isə əksinə, öz reytinqini 40 faizdən 43 faizə yüksəltməklə mövqeyini möhkəmləndirib.
NBC News kanalının keçirdiyi sorğu isə yeni məqamları ortaya çıxarıb. Belə ki, sorğunun nəticələrinə əsasən ABŞ vətəndaşları 2024-cü ildə keçiriləcək prezident seçkilərində əvvəlki rəqiblərin namizəd olmasını istəmirlər. 81 yaşlı Baydenin namizəd olmasını istəməyənlərin yarısı prezidentin yaşının “əsas səbəb” olduğunu bildirir. “Hazırkı mərhələdə bu, 2020-ci il seçkilərinin davamına çevrilməsi olardı” - deyə Hart Research təşkilatından demokrat Ceff Horvitt bildirib. “Onların hər ikisi təqaüdə çıxmalıdır”, - deyə sorğuda iştirak edən Vaşinqton ştatından sakin söyləyib. Bu tələb xüsusilə Baydenlə bağlı daha çox səslənir. Trampa gəlincə, amerikalıların 60 faizi, o cümlədən respublikaçıların üçdə biri, keçmiş prezidentin 2024-cü ildə namizədliyini irəli sürməməli olduğunu düşünür. Vətəndaşların belə rəylərinə baxmayaraq, hər iki şəxs seçkilərdə iştirak etməkdə israrlıdır.
Bu arada, Prezident Co Bayden ölkənin Ali Məhkəməsinin keçmiş prezident Donald Trampın Kapitoliyə hücumla bağlı mühakimədən qismən toxunulmazlığının tanınması qərarını tənqid edib. “Praktiki baxımdan, bu qərar o deməkdir ki, prezidentin edə biləcəyi işlərdə artıq məhdudiyyətlər yoxdur. Bu, prinsipcə yeni prinsip və təhlükəli presedentdir. Prezidentin səlahiyyətləri artıq qanunla məhdudlaşdırılmır”, - deyə Bayden bildirib. “DW” nəşri yazır ki, ABŞ-da prezident seçkilərinə 4 ay qalmış bu ölkənin Ali Məhkəməsi qərar çıxarıb ki, təqibdən mütləq toxunulmazlıq prezidentin konstitusiya səlahiyyətləri çərçivəsində törətdiyi hərəkətlərə şamil edilir. Eyni zamanda, müdafiə onun fərdi şəxs kimi “qeyri-rəsmi” həyata keçirdiyi hərəkətlərə şamil edilmir. Konkret olaraq, üzvlərinin əksəriyyəti mühafizəkar olan ABŞ Ali Məhkəməsi 2021-ci il yanvarın əvvəlində Kapitoliyə hücumla bağlı işdə Donald Trampın rolunu araşdırıb. Ali Məhkəmə Trampın işini aşağı instansiya məhkəməsinə qaytarmaq qərarına gəlib və indi bu məhkəmə keçmiş prezidentə qarşı irəli sürülən ittihamların həm rəsmi, həm də qeyri-rəsmi olaraq 2020-ci il prezident seçkilərində uduzduqdan sonra onun hərəkətlərinə nə dərəcədə aid olduğunu müəyyən etməli olacaq.
Tramp isə Ali Məhkəmənin qərarını “Konstitusiya və demokratiyanın böyük qələbəsi” adlandırıb. Qərar ona daha bir mühüm möhlət verir, çünki bu o deməkdir ki, onun Vaşinqtonda federal məhkəmədə sonuncu prezident seçkilərini manipulyasiya etmək cəhdləri ilə bağlı mühakiməsi yalnız 5 noyabr prezident seçkilərindən sonra baş tutacaq.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28

