Avropa Komissiyasının yeni tərkibi
29.11.2024 [10:25]
Fon der Lyayenin növbəti beş il üçün “komandası”...
Bu ilin yayında Avropa Parlamentinə keçirilən seçkilərdən sonra Aİ strukturlarının tərkibləri yenidən təsdiqlənir. Seçkidən sonra Ursula Fon der Lyayenin Avropa Komissiyasının rəhbəri kimi fəaliyyətini davam etdirəcəyi bəlli oldu. Ardından isə sentyabr ayında Avropa İttifaqı (Aİ) Şurası Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayenin təklif etdiyi yeni komissarların siyahısını təsdiqlədi. Qeyd edək ki, siyahıya görə, Avropa Komissiyasının növbəti beş il üçün 27 komissarı olacaq. Fon der Lyayen müdafiə və kosmos üzrə Avropa komissarı, Aİ-nin genişlənməsi və Ukraynanın yenidən qurulması üzrə Avropa komissarı da daxil olmaqla yeni vəzifələr təsis edib.
Bu günlərdə isə Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasında Avropa Komissiyasının yeni tərkibi səs çoxluğu ilə təsdiq edilib. Səsvermədə 688 deputatdan 370-i dəstəkləyici, 282-si isə əleyhinə səs verib, 36 nəfər bitərəf qalıb. Eyni zamanda, Estoniyanın keçmiş Baş naziri Kai Kallas Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi vəzifəsinə seçilib. Bu dəyişikliklər Avropa İttifaqının növbəti illərdə siyasət prioritetlərini formalaşdıracaq.
Kimlər siyahıdan kənarda qaldı?
Avropa Komissiyasının yeni heyətində yer almayan komissarlardan biri Frans Timmermans (Niderland) olub. Timmermans əvvəllər İqlim Fəaliyyəti üzrə icraçı vitse-prezident idi. Digər vəzifədən gedən komissar danimarkalı Marqarit Vestager olub. Rəqabət siyasəti üzrə icraçı vitse-prezident postunda onu Henna Virkkunen əvəzləyib. Polşalı komissar Yanuş Voyçexovski də yeni siyahıda yer almayanlardandır. İtaliyalı Paolo Gentilonini isə iqtisadiyyat üzrə komissar postunda Valdis Dombrovskis əvəzləyəcək. İrlandiyalı Meyrid Makkinnesin tutduğu maliyyə sabitliyi və kapital bazarları üzrə komissar vəzifəsi isə yeni siyahıda yoxdur. Xorvatiyalı Dubrovka Şuiça da vəzifəsindən ayrılanlar siyahısındadır.
Siyahıya “yeni əlavə olunanlar” arasında diqqət çəkən adlardan biri isə Fransanın keçmiş xarici işlər naziri Stefan Sejurnedir. Komissar postunda öz həmyerlisi Tyeri Bretonu əvəz edən Sejurne açıq ermənipərəst mövqeyi ilə tanınır. Hətta o bir müddət öncə İrəvana səfər etmiş, orada bir sıra qərəzli “bəyanatlar” səsləndirmişdi.
Nəhayət, komissarlar arasında vəzifəsini itirənlərdən ən “populyarı” ispaniyalı Jozef Borrel olub - xarici siyasət üzrə ali nümayəndə postunda onu Kaya Kallas əvəzləyib.
Kallasın əsas prioritetləri...
Kaya Kallas 18 iyun 1977-ci ildə Estoniyanın Tallin şəhərində doğulub. O, tanınmış siyasətçi və hüquqşünasdır. Atası Siim Kallas Estoniyanın keçmiş baş naziri və Avropa Komissiyasının vitse-prezidenti olub. Kaya Kallas Tartu Universitetinin hüquq fakültəsini (1999) və Estoniyanın Biznes Məktəbində MBA proqramını (2010) bitirib.
Kaya Kallas 1999-cu ildən Estoniya Vəkillər Kollegiyasının üzvüdür və 2002-ci ildən andlı vəkil kimi fəaliyyət göstərib. 2011-ci ildə Estoniya parlamentinə (Riigikoku) seçilib və burada İqtisadiyyat üzrə Komitəyə rəhbərlik edib. 2014-cü ildə Avropa Parlamentinə üzv seçilərək enerji, sənaye və bazar tənzimləmələri sahəsində çalışıb.
2018-ci ildə Kallas Estoniya İslahatlar Partiyasının sədri seçilib və 2021-ci ildə Estoniyanın ilk qadın baş naziri olub. Onun rəhbərliyi dövründə hökumət bir neçə dəfə yenidən formalaşıb. Kallas rəhbərlik etdiyi kabinetlərdə əsasən gender bərabərliyini təmin etmək üçün addımlar atıb və Ukraynaya dəstək məsələsində Avropa İttifaqında fəal əlaqələndiricilərdən biri kimi tanınır.
2024-cü ildə Kaya Kallas Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi vəzifəsinə namizəd göstərilib. O, bu yeni vəzifədə qalmaqallı Jozef Borreli əvəzləyəcək. Kallasın bu vəzifəyə seçilməsi Avropanın beynəlxalq aləmdəki mövqeyini gücləndirmək, həmçinin qonşuluq siyasəti və genişlənmə məsələlərini davam etdirmək məqsədi güdür.
AK-nın hədəfləri...
Qərb mediası Avropa Komissiyasının yeni tərkibinin bəzi prioritetlərini asıqlayıb. Belə ki, yeni tərkibdən bir neçə mühüm dəyişiklik və gözlənilən istiqamətlər var - bu dəyişikliklərin, xüsusilə Avropa İttifaqının gələcək inkişafı, daxili siyasət və beynəlxalq əlaqələr sahələrində əhəmiyyətli rol oynayacağı gözlənilir.
Qərb mediasının yazdığına görə, yeni komissiyanın ən önəmli hədəflərindən biri, iqlim fəaliyyəti və yaşıl keçid məsələlərinin “köklənməsidir”. Frans Timmermansın əvvəlki rəhbərliyi dövründə qəbul edilmiş Yaşıl Müqavilə (Green Deal) və İqlim Dəyişikliyinə Qarşı Mübarizə metodu üzrə islahatların yeni icraçı vitse-prezident Henna Virkkunen tərəfindən davam etdiriləcəyi bildirilir. Bu məsələdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsi xüsusi strateji anlam daşıyır.
Komissiyanın iqtisadi inkişaf və rəqabət siyasətinin daha geniş strukturda həyata keçirilməsi gözlənilir - Valdis Dombrovskisin yeni struktura uyğun olaraq iqtisadi sabitlik və sosial bərabərlik sahəsində təşəbbüslərini genişləndirəcəyi bildirilir. Avropa İttifaqı coğrafiyasında işsizliyə qarşı mübarizə, iş bazarının bərpası ön plana çıxarılacaq.
Yeni tərkibdə Sənaye və Texnologiya sahələrinə xüsusi diqqət ayrılacaq. Bu, xüsusən Avropanın rəqabət qabiliyyətini artırmaq üçün çox önəmlidir. Avropanın digital transformasiya və artırılmış reallıq kimi yeni texnologiyalara investisiyaları da gözlənilir.
Yeni komissiyanın beynəlxalq tərəfdaşlıqların gücləndirilməsinə və Afrikaya dəstək proqramlarının artırılmasına diqqət yetirməsi də gözlənilir. Komissarlar Jutta Urpilaynen və Eliza Ferreyranın dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıq sahəsindəki təşəbbüslərinin güclənəcəyi açıqlanır. Eyni zamanda, qlobal iqlim dəyişikliyi ilə mübarizədə Avropa İttifaqının rolunun artırılması da planlara daxildir.
P. SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06

