Polşa Ukraynadan “nə” istəyir?
03.12.2024 [09:05]
Duda ölkəsinin “arzularını” necə ifşa etdi?
Qonşusuna kəm baxan...
“Soyuq Qərb təbəssümü”... “Demokratik” Avropanın “kimlik vəsiqəsi”nə çevrilmiş bu qeyri - səmimi jest “köhnə qitə” haqqında demək olar ki, hər şeyi ifadə edir. Dünyada yeni trendə çevrildiyi deyilən qeyri-səmimilik, üzə gülüb arxadan zərbə endirmək üçün fürsət güdmək, “saman altından” planlar qurmaq kimi “ənənələr” Qərbin köhnə şakəridir...
Bir ölkənin dağıdıcı müharibəyə cəlb olunması və bu müharibənin illərlə davam etməsi ən çox qonşu dövlətlərə təsir edər - ənənə belədir ki, qonşu dövlətlər bu müharibələrin sülhlə yekunlaşması üçün bütün gücünü səfərbər edər, bütün vasitələrdən istifadə edər. Əgər kənardan dayanıb, hətta marığa yatmış kimi prosesi müşahidə edirsə, ya, onun gizli planı var, ya da...
Duda özünü ələ verdi: “Ukrayna tortu”ndan Polşa payı...
Söhbəti konkretləşdirək - Azərbaycan ilə Ermənistanın şərti sərhəd xəttini “ziyarət edən” Polşa prezidenti Duda bəlkə də həyatının səhvini buraxdı - diş altında yatan “işğalçı” iştahını bütün detalları ilə qusdu. Duda şərti sərhəd xəttindən ölkəmizə tərəf Qərbin işğalçı motivasiyasına uyğun “ağız suyu” axıtmaqla boylanan zaman illərlə üstünü örtməyə çalışdığı, amma boğa bilmədiyi imperialist arzularını gözlərində əks elətdirirdi. Bu “arzular” həm də Polşanın qonşu Ukraynada müharibəni bitirmək yerinə, yanan odun üzərinə silah-sursat atmasının səbəbini üzə çıxarırdı. Tarixən Ukraynaya “qonşuda bişər, bizə də düşər” ideyası ilə yanaşan Polşanın bu müharibədən də öz gözləntiləri var... Polşa gözləyir ki, Qərbin “Ukrayna tortu”ndan öz payını alsın...
Ukrayna unutmayıb: Vistula hadisəsi 2024-cü ildə xatırlanırsa...
Bir haşiyəyə çıxaq - bu ilin avqustunda Polşa ilə Ukrayna arasında bir “skandal” yaşandı. Səbəb “tarix” idi. Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba 1947-ci ildə Vistula əməliyyatı zamanı ukraynalıların qovulduğu Polşanın şərqindəki Lyublin, Subkarpatiya və Kiçik Polşa ərazilərinin “Ukrayna torpaqları” olduğunu demişdi. Kuleba və Polşanın xarici işlər naziri Radoslav Sikorski Olşt?n şəhərindəki “Kampus Polska Przyszlosci” tədbirində iştirak edən zaman Kuleba bildirmişdi ki, tədbir iştirakçıları 1947-ci ildə Vistula əməliyyatı çərçivəsində Ukrayna əhalisinin köçürüldüyü Olştında görüşürlər - sitat: “Siz Vistula əməliyyatının nə olduğunu başa düşürsünüz və bilirsiniz ki, bütün bu ukraynalılar yaşamaq üçün Ukrayna ərazilərindən, o cümlədən Olştından məcburi şəkildə qovulublar”...
Bunu nahaq yerə xatırlatmadıq. Polşa Ukraynanın Qərb torpaqlarını mənimsəyərək oranın yerli sakinlərini şərqə doğru qovmuşdu və həmin torpaqları özününküləşdirmişdi. Bu lap çoxdan olmayıb - heç 100 il də keçməyib bu hadisədən. Şərti sərhəddən Azərbaycana tərəf boylanan Dudanın genetik yaddaşına tarixi salsaq isə...
Tarix unudulmur: Polşa işğalı...
Tarix bütün həqiqəti çılpaqlığı ilə ortaya qoyur. Polşa tarixən Ukraynaya özünün hissəsi kimi baxıb - bu gün də baxır. Bu ta 14-cü əsrdən bu yana belədir. Ukrayna əraziləri əvvəlcə Polşa Krallığı və sonradan Polşa-Litva Birliyi tərəfindən istila olunub. 1569-cu ildə Lubin İttifaqı ilə Ukrayna ərazilərinin çoxu Polşa-Litva Birliyinə (Reç Paspolita ordeninə) daxil edildi. Bu birlik ukraynalıları Polşa “mədəniyyəti”nə və idarəetməsinə inteqrasiyaya məcbur edirdi.
XVII əsrdə baş verən Xmelniçki qiyamı ilə ukraynalılar Polşa idarəsinə qarşı mübarizəni gücləndirdilər. Polşa zəiflədikcə Ukraynanı məcburən və qəsdən başqa-başqa ölkələr arasında bölüşdürürdü - 1772, 1793 və 1795-ci illərdə Qərbi Ukrayna Habsburq Prussiyasına peşkəş çəkilirdi.
Polşa özünün Ukrayna “arzularını” bir daha XX əsrin əvvəlində “daşdırdı”. 1918-ci ildə Birinci Dünya ?üharibəsindən sonra Qərbi Ukrayna ərazisi yenidən Polşaya birləşdirildi. Bu dövr, 1921-ci il Riqa müqaviləsi ilə rəsmiləşdirildi - Polşa müqavilənin şərtlərinə görə Kerzon xəttinin şərqində yerləşən geniş ərazilərə sahib oldu. Bu ərazilər polyak əhalinin azlıq təşkil etdiyi - Qərbi Ukrayna (Volın vilayətinin qərb hissəsi), Qərbi Belarusiya (Qrodno vilayəti) və Rusiya imperiyasının digər əyalətlərinin ərazilərinin bir hissəsi idi.
Və... Kulebanın xatırlatdığı 1947-ci il. Vistula əməliyyatı çərçivəsində Ukrayna əhalisi öz torpağından qovuldu... Polşa tərəfindən...
Polşa “işarə” vurur: “tarixi Polşa torpaqlarına yardım”...
Polşanın Ukraynaya həriscəsinə gözünü dikməsini rəsmi Varşava etiraf etmir və edə də bilməz - bu, diplomatik qalmaqala səbəb olmaqla yanaşı, Qərbin və Polşanın planlarının ifşası demək olar. Amma Polşada bəzi insanlar özünü saxlaya bilməyib bu gizli arzunu faş edirlər - bəzi Polşa siyasətçiləri və ziyalıları Ukraynanın tarixi baxımdan Polşa ilə bağlılığını vurğulayırlar, hətta Polşa parlamentində Ukraynaya yardım məsələsi müzakirə edilərkən bir sıra deputatlar öz “həqiqətlərini” “tarixi Polşa torpaqlarına yardım edirik” şəklində “əsaslandırmışdı”.
Tarixdə isə Polşa millətçiləri tez-tez bu ərazilərin “etnik Polşa torpaqları” olduğunu ifadə etmişlər. Məsələn, Jozef Pilsudski və digər siyasətçilər belə fikirlər irəli sürmüşdülər. Bu yanaşmalar müasir dövrdə sadəcə diplomatik münasibətlərdə çətinliklər yaratmamaq üçün rədd edilir...
Ukraynanın bəzi tarixi şəxsiyyətləri də Polşa istilasını açıq şəkildə ifşa ediblər:
- Baş ataman, Ukraynanın hərbi və siyasi xadimi Simon Petlyura Polşanın Ukrayna üzərində hökmranlıq cəhdlərinə qarşı çıxmışdı. O, Ukrayna xalqının öz torpaqlarında müstəqil olmasını müdafiə edirdi və Polşanın dominantlıq siyasətinə qarşı çıxış edirdi.
- Ukrayna millətçisi Stepan Bandera Polşa hökumətini Qərbi Ukraynada ukraynalıların hüquqlarını məhdudlaşdırmaqda günahlandırırdı. Bandera və tərəfdarları Polşa ilə toqquşmalarda Qərbi Ukraynanın müstəqilliyi üçün çalışırdılar.
- Tanınmış tarixçi və siyasi xadim Mixaylo Xruşevski Ukrayna xalqının öz tarixi torpaqlarında müstəqillik uğrunda mübarizəsini vurğulamışdı. O, Polşanın 1920-ci illərdə Qərbi Ukraynada mədəniyyət və iqtisadiyyat baxımından dominantlıq etməsini tənqid edirdi.
Bu kimi misallar çoxdur... Tarix artıq şərhə ehtiyac qoymur...
Dövrün güzgüsü: “Taras Bulba” həqiqətlərin mayakı kimi...
Ədəbiyyat bir mənada öz dövrünün güzgüsü də sayılır. Yaranan əsərlər bir çox hallarda tarixi həqiqətlərin üzərinə işıq salır. Məsələn, Qoqolun məşhur “Taras Bulba”sı kimi. Bu əsər bəlli olduğu kimi, Ukrayna xalqının həyatını, adət-ənənələrini, mübarizəsini özündə əks etdirir. Əsərdəki əsas mövzulardan biri ukraynalı kazakların Polşa hakimiyyətinə qarşı mübarizəsidir. Əsərdə Taras Bulba Ukraynanın Polşaya qarşı mübarizəsini simvolizə edən bir obraz kimi təsvir olunur. Taras Bulba Polşa hakimiyyətini Ukraynanın siyasi və dini müstəqilliyinə təhdid olaraq görür. Əsərdə açıq şəkildə Ukraynanın Polşa ərazisi kimi təqdim edilməsinə etirazlar var - Taras Bulbanın ifadələri və əməlləri Polşa ilə Ukrayna arasındakı tarixi gərginliyin tarixi yansımasıdır. Əsərdən bəzi diqqətçəkən məqamlara nəzər salaq:
- Əsərdə polşalıların katolik inancını yaymağa çalışmaları və kazakların pravoslavlığa sədaqətləri ilə ziddiyyət yaradan hadisələr yer alır.
- Taras Bulbanın Polşaya qarşı nifrəti həm də milli səviyyədə ifadə edilir. Onun fikirlərində Polşanın Ukrayna torpaqlarında “xarici hakimiyyət” olması vurğulanır.
- Taras Polşa hökumətinin və ordusunun davranışlarını “zülmkar” kimi xarakterizə edir və kazakların bu zülmə qarşı mübarizəsini ilahi bir borc hesab edir.
Məsələn, Taras Bulbanın oğullarına dediyi bir məqamda, onların vətənə və dinə sadiq qalmalarının əhəmiyyətini vurğulaması, kazak həyat fəlsəfəsini əks etdirir.
“Qonşuda bişər”...
Bəli, nəticə onu göstərir ki, Ukrayna müharibəsinin uzanmasında, Ukraynanın dağılmasında Polşa hamıdan daha çox maraqlıdır. Yuxarıda qeyd etdiyimiz “misal” Polşanın “münasibətində özünü belə də ifadə edə bilər - “qonşuda bişər, bizə pay düşər”...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57

