ABŞ niyə BMT-ni tərk etmək istəyir?
25.02.2025 [08:53]
Aydın Quliyev: Yeni dünya düzəninin konsepsiyası verilmədən BMT-ni dağıtmaq “düzəndən xaosa” keçidə bənzəyəcək
Dünyanın ən böyük təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı beynəlxalq münasibətlər sistemində baş verən proseslərə adekvat reaksiya verə bilmir. Bu səbəbdən də, bir sıra dövlətlər təşkilatda köklü islahatların aparılmasına dair çağırışlar edirlər. Belə bir şəraitdə dünyanın ən böyük ölkələrindən biri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ qurumu tərk edə bilər.
Artıq ABŞ Konqresində ölkənin BMT-ni tərk etməsi üçün praktiki addımlar atılır. Respublikaçı senatorlar ABŞ-ın BMT-dən tamamilə çıxması haqqında qanun layihəsi təqdim ediblər. Bu barədə layihə müəlliflərindən biri olan Mayk Linin saytında dərc olunmuş sənədin mətnində deyilir. Layihədə qeyd olunur ki, Prezident Birləşmiş Millətlər Təşkilatına və ona rəsmi şəkildə bağlı olan bütün orqanlara, ixtisaslaşmış qurumlara, komissiyalara və digər orqanlara üzvlüyünü ləğv etməlidir. Qanun layihəsi BMT və onun agentlikləri üçün maliyyənin kəsilməsini, ölkənin təşkilatın sülhməramlı missiyalarında iştirakdan imtinasını, Senatın razılığı olmadan ona yenidən daxil olmağın qadağan edilməsini nəzərdə tutur.
Senator Mayk Li “Fox” telekanalına deyib ki, təşkilat “ABŞ və onun müttəfiqlərinə hücum etmək” üçün “tiranların platformasına” çevrilib. O, “Vaşinqtonun maraqlarını zərbə altında qoyan, Birləşmiş Ştatların əleyhdarlarını gücləndirmək üçün pul xərcləyən BMT”-nin maliyyələşdirilməsinə son qoymağa çağırıb. Mayk Li, həmçinin BMT-nin bu illər ərzində bütün diqqət və pula baxmayaraq, müharibələrin, insan hüquqlarının pozulmasının və pandemiyaların qarşısını ala bilmədiyini də vurğulayıb.
Bəs ABŞ konqresmenlərinin BMT barədə mövqeyi nə dərəcədə əsaslıdır? Təşkilatın böhranlı vəziyyətə düşməsində hansı amillərin rolu var? Məsələ ilə bağlı “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev bildirib ki, bir qrup Amerika senatoru fikirlərini BMT-nin heç bir iş görməməsi, münaqişələrin qarşısını ala bilməməsi və ABŞ-ın bu quruma havayı pul xərcləməsi ilə əsaslandırır. Senatorların məntiqinə görə heç bir səmərəli iş görməyən təşkilatı ABŞ niyə maliyyələşdirsin?! “Senatorların bu sualından əvvəl başqa sual da var. Bəs BMT-ni bu günə kim qoydu? Senatorların yazdığı kimi “dağılmamışdan əvvəl onu dağlar günə kim qoydu?”. BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq probleminin həlli üçün “iki dövlət” prinsipini əks etdirən qətnamələri 70 ildən çoxdur niyə icra olunmur? Ermənistanın təcavüzünə qarşı BMT TŞ-nin qəbul etdiyi 4 qətnamınin 30 ildə icra edilməsi üçün Amerika hansı prinsipiallığı göstərdi? Əksinə, qətnamələrin icrasına daim mane oldu”,-deyən A.Quliyevin fikrincə, bəzi hallarda ABŞ BMT TŞ-nin qəbul etdiyi qətnamələrin heç mürəkkəbi qurumamış icra etdi. Məsələn, 1990-cı illərdə Serbiyada, 2002-ci ildə Əfqanıstanda, 2003-cü ildə İraqda, 2011-ci ildə isə Liviyada olduğu kimi. Başqa hallarda isə BMT öz qətnamələrinin icrasına “ortası qırılmış ilan” kimi reaksiya verdi. ABŞ və BMT TŞ-də veto hüquqlu başqa ölkələr də buna susdular.
“BMT-nin müstəmləkəçilikdən azad olunmalı xalqlarla bağlı xüsusi komitəsinin işinə mane olanların biri ABŞ deyil? Çünki hələ də müstəmləkə saxlayanlar Fransadır, Hollandiyadır - yəni ABŞ-ın NATO üzrə müttəfiqləridir”,-deyən siyasi şərhçi illərdir BMT sistemində islahatlarla bağlı çağırışların olduğunu xatırladıb. Onun sözlərinə görə, Azərbaycan Prezidenti də BMT strukturlarında konkret islahatların zəruriliyini bəyan edib: “İslahat prosesinə real olaraq niyə start verilmir? Niyə TŞ qətnamələrinin taleyi 5 daimi üzv dövlətin əlində qalmalıdır? Daimi üzvlərin veto hüququ niyə də məhdudlaşdırılmasın? Veto hüququna malik ölkələrin sayı niyə türk dünyasının və Qoşulmama Hərəkatının hesabına genişləndirilməsin? BMT qərarlarının icrasında ikili standartlara niyə son qoyulmasın? Məntiq və dünyadakı real vəziyyət tələb edir ki, bunlar baş versin. Ancaq bütün bunlar ABŞ-a sərf etmir, onun həlledici səs monopoliyasına başqa şərik çıxanlar olmasın deyə. Bütün bunlar o deməkdir ki, senatorların müraciəti BMT-nin dağıdılmasında ABŞ-ın məsuliyyətini gizlətmək cəhdindən başqa bir şey deyil”.
A.Quliyev qeyd edib ki, BMT-dən çıxmaq yox, onu dərindən islah etmək lazımdır. “Yeni dünya düzəninin konsepsiyası verilmədən BMT-ni dağıtmaq “düzəndən xaosa” keçidə bənzəyəcək və bunun bütün məsuliyyəti ABŞ-ın üzərində qalacaq”,-deyə baş redaktor vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

