Sülh masasındakı iqtisadi maraqlar...
28.02.2025 [08:34]
Hərbi-siyasi detallar arxa plandadır
Bu gün Rusiya-Ukrayna müharibəsinin yekunlaşması fərqli müstəvidə müzakirə olunur - burada əsasən iqtisadi amillər özünü büruzə verir, hərbi-siyasi detallar isə arxa plana keçir. Bu, Tramp administrasiyasının məsələyə münasibətində özünü bariz şəkildə ortaya qoyur. Artıq Zelenski hakimiyyətinə iqtisadi kriteriyalar üzərindən sülh təklif olunur. Rəsmi Kiyev isə həm ABŞ, həm də Aİ-nin Rusiya ilə müharibənin davam etməsində maraqlı olmadığını və masa arxasına oturmaqdan başqa çarəsinin qalmadığını dərk edir.
İqtisadi əməkdaşlıq - Kiyev üçün imkanlar yaranır
KİV-lərin məlumatına görə, Ukrayna Prezidentinin bu yaxınlarda ABŞ-a rəsmi səfəri gözlənilir. İddia olunur ki, səfər çərçivəsində Kiyev və Vaşinqton arasında iki saziş imzalanacaq - Ukrayna ərazisindəki mineral ehtiyatların istismarı və İnvestisiya Fondunun yaradılması ilə bağlı saziş gündəm mövzusuna çevrilib. Artıq bir müddətdir ki, iki dövlət arasında bu istiqamətdə intensiv danışıqlar aparılır.
Zelenski son mətbuat konfrasında bəyan edib ki, ikinci saziş ilə bağlı müzakirələr daha ciddi və çətin olacaq: “Fondla bağlı sövdələşmə planlaşdırılıb. Orada tərəfdaşlıq münasibətləri, maliyyə və digər məsələlər dəqiqləşdiriləcək”. O, vurğulayıb ki, ABŞ və Ukrayna arasında imzalanması planlaşdırılan nadir metallarla bağlı saziş gəlirin 50 faizinin kompensasiya edilməsini nəzərdə tutur: “Mənim üçün vacib olan bizim borclu olmamağımızdır, sazişdə də nə 500, nə 350, nə də 100 milyard dollarlıq borc qeyd olunub. Bu, bizə qarşı ədalətsizlik olardı”. Ukrayna prezidenti bir məqamı da qeyd edib ki, fondla bağlı sövdələşmə Ukraynanın maraqlarının nəzərə alındığı tərəfdaşlıq layihəsidir.
Eyni zamanda ABŞ-ın maliyyə naziri Skot Bessent “Financial Times”a yazdığı məqaləsində qeyd edib ki, Vaşinqton resursları idarə etmək üçün xüsusi fond yaratmağı təklif edir - Ukrayna istehsaldan əldə olunacaq gəlirlərin üçdə ikisini fonda verəcək. Bu da təxminən 500 milyard dollara bərabərdir. ABC-ın “This Week” verilişinə müsahibə verən Respublikaçı Mayk Louler isə deyib ki, Zelenski Tramp administrasiyası ilə iqtisadi əməkdaşlıq etməlidir: “ABŞ Ukraynanı dəstəkləmək üçün yüz milyardlarla dollar sərmayə qoyub və bu müharibə nəhayət başa çatdıqda, Ukraynanın yenidən qurulması üçün əhəmiyyətli investisiyalara ehtiyacı olacaq”.
Sözsüz ki, Ukraynada mineral ehtiyatların istismarı birbaşa ABŞ şirkətləri tərəfindən həyata keçiriləcək - ehtiyatlardan əldə olunacaq milyardlarla dollar dəyərində gəlir isə İnvestisiya Fonduna yatırılacaq. Fond isə gəlirləri zaman-zaman həm Ukraynanın ABŞ-a olan borclarını bağlayacaq, həm də Ukraynada müharibənin fəsadlarının aradan qaldırılmasına - ölkədəki şəhərlərin və qəsəbələrin bərpasına, sənaye və enerji obyektlərinin yenidən qurulmasına sərf olunacaq. Bu o deməkdir ki, burada ABŞ-la yanaşı Ukrayna da qazanclı çıxacaq. Ən önəmli məqam isə Ukrayna bununla ABŞ-dan təhlükəsizlik zəmanəti də alacaq, yəni ABŞ şirkətlərinin Ukraynada fəaliyyət göstərəcəyi təqdirdə münaqişənin yenidən alovlanması qeyri-mümkün olacaq - Vaşinqton buna imkan verməz.
Ekspertlər hesab edirlər ki, regionda münaqişə dondurulmuş vəziyyətdə davam etsə belə, Vaşinqton ilə Kiyev arasında yeni iqtisadi əməkdaşlıq Ukrayna üçün münasib imkanlar yaradacaq - bu, ölkənin həm dirçəlməsində, həm iqtisadi inkişafında, həm də təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayacaq.
ABŞ Rusiya ilə də bu sahədə əməkdaşlıq etmək istəyir
Tramp ABŞ-Rusiya münasibətləri ilə bağlı son çıxışında Vaşinqtonun Moskva ilə böyük iqtisadi layihələr üzərində işləməyə hazır olduğunu bildirib - o, qeyd edib ki, bu istiqamətdə ikitərəfli danışıqlar aparılır: “Mən birbaşa Rusiya Federasiyasından özümüz üçün faydalı nəsə almaq istəyirəm. Biz Rusiya ilə iqtisadi inkişafla bağlı bir neçə müqavilə bağlamağa çalışırıq. Rusiyanın nadir torpaq metalları, digər böyük resursları var, biz onları istəyirik”.
Kremlin Trampın təklifinə reaksiyası gecikməyib - Rusiya prezidentinin biznes və investisiya üzrə xüsusi nümayindəsi Kiril Dmitriyev bildirib ki, Rusiya tərəfi ABŞ-la iqtisadi əməkdaşlığa hazırdır. Putin də Trampın təklifinə müsbət yanaşıb - o bildirib ki, Rusiya ABŞ-la nadir torpaq ehtiyatlarının istismarı sahəsində birgə əməkdaşlıq etməyə hazır olacaq: “Rusiya nadir torpaq metal ehtiyatlarına görə dünya liderlərindən biridir. Moskva öz mineral ehtiyatlarının yeni regionlarda işlənməsi üçün xarici tərəfdaşlarla əməkdaşlığa hazırdır” - deyə Putin onu da vurğulayıb ki, Rusiya ABŞ bazarına 2 milyon ton alüminium tədarük edə bilər.
Hazırda ABŞ ilə Rusiya arasında gedən danışıqlar prosesində müzakirə olunan ən mühüm məsələlərdən biri ikitərəfli iqtisadi münasibətlərin bərqərar olunmasıdır - həm Ağ Ev, həm də Kreml anlayır ki, bu istiqamətdə ortaq maraqların bölüşdürülməsi hər iki ölkə arasında böyük investisiya layihələrinin həyata keçməsinə və hər iki ölkənin qlobal bazarda birgə əməkdaşlığına yol açacaq. İlkin razılaşma mineral ehtiyatların istismarından başlaya bilər.
Trampın geoiqtisadi hədəfləri
Tramp administrasiyasının həm Ukraynada, həm də Rusiyada nadir torpaq elementlərinin istismarında maraqlı olması birbaşa geoiqtisadi hədəflərə söykənib - ABŞ-a həm regional, həm də beynəlxalq səviyyədə iqtisadi mənfəət qazandırmaq. Ağ Ev Ukraynadakı mineral ehtiyatların istismarından əldə olunacaq gəlirlərlə Kiyevin Vaşinqtona olan borclarını bağlamaq, Rusiyadakı ehtiyatların istismarına gəlincə, Moskva ilə böyük iqtisadi layihələr həyata keçirməklə ABŞ-ın şirkətlərinə milyardlarla dollar vəsait qazandırmaq niyyəti güdür. ABŞ-ın beynəlxalq rəqabətdə rolunu daha da gücləndirmək hazırki administrasiya üçün ilkin prioritetdir. Bu baxımdan ABŞ-ın digər regionlardakı mineral sərvətlərə də maraq göstərəcəyi istisna deyil.
Avropa da oyundan kənar qalmaq istəmir
ABŞ-ın ardınca Avropa İttifaqı da Ukraynaya “kritik əhəmiyyətli” faydalı qazıntıların hasilatı sahəsində əməkdaşlıq haqqında saziş bağlamağı təklif edir - Avropa Komissiyasının sənaye strategiyasına cavabdeh olan Stefan Sejourne bildirib ki, Ukrayna Aİ sənayesini 30 mineraldan 21-i ilə təmin edə bilər.
Təbii ki, Ukraynanın çıxılmaz durumda olduğunu görən Aİ də vəziyyətdən sui-istifadə etməyə çalışır. Rəsmi Brüssel Kiyevə onunla da belə bir sazişin imzalanmasına sövq edə, hətta öz kriteriyalarına uyğun investisiya fondunun təsis edilməsini təklif edə bilər. Aİ çox yaxşı başa düşür ki, Ukraynadakı nadir torpaq elementləri həm Rusiyaya, həm də ABŞ-a milyardlarla dollar mənfəət qazandıracaq. Bu baxımdan Aİ də Ukraynadakı imkanlardan yararlanmaq istəyir.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42

