Kimin kimə daha çox borcu var?
05.04.2025 [09:33]
Beynəlxalq Valyuta Fondunun (BVF) Qlobal Borc Məlumat Bazasına görə, qlobal dövlət borcu 2024-cü ilin sonunda 102 trilyon dollara çatıb. Xarici borcun məbləğinə görə, dünya ölkələri sırasında ilk yerdə ABŞ dayanır. ABŞ-ın dövlət borcu ötən il 34 trilyon dolları ötüb. Yəni, qlobal xarici borcun üçdə biri, yaxud 34 faizi Amerikanın payına düşür.
Böyük Britaniyanın xarici borcu isə 11 trilyon dollardır. Avropa İttifaqı (Aİ) ölkələrinin cəmi borcu 20 trilyon dollardır. Birlik ölkələri içərisində Fransa 9 trillyon, Almaniya 7,5 trilyon, Niderland 4,5 trilyon, Lüksemburq 4 trilyon, İrlandiya 3,4 trilyon, İtaliya, İspaniya və İsveç 2,8 trilyon dollar borca malikdir. Asiya ölkələrindən Yaponiya 5 trilyon, Çin 2,6 trilyon, Sinqapur 2,2 trilyon dollar borca malikdir. Amerika qitəsində ABŞ-dan sonra ən böyük borc yükü olan ölkələr qrupunda Kanada (3,5), Braziliya (1,5) və Meksika (1 trilyon) dayanır.
ABŞ-ın ən çox borcu olduğu ölkələr
Qlobal borcun son illərdə artımında ABŞ əsaslı rol oynamaqdadır. Bu ölkənin son illərdə xarici borcu azalmaq üzrə daha da yüksəlməkdədir. Xüsusilə də, COVD-19 pandemiyasından sonra kəskin büdcə xərclərinin artımları borcun 4-5 trilyon dollar böyüməsinə səbəb olub.
ABŞ-ın ən böyük borcu olduğu ölkə Yaponiyadır, 1 trilyon dollardan çox borc yükü toplanıb. İkinci yerdə dayanan Çinə borc 760 milyard dollara bərabərdir. Böyük Britaniyaya olan borc 723 milyard dollar, Lüksemburqa 424 milyard, Kayman adalarına 419 milyard, Kanadaya 379 milyard, Belçikaya 375 milyard, İrlandiyaya 336 milyard, Fransaya 332 milyard, İsveçrəyə 289 milyard, Tayvana 282, Hong Kona 255 milyard, Sinqapura 249 milyard dollar təşkil edir. Digər ölkələrə olan borc 100-200 milyard dollar arasındadır.
ABŞ borcunu ödəyirmi?
ABŞ-ın borclarının əsas strukturu səhm və istiqrazlardan yığılmış aktivlərdir. ABŞ hər ilə öz borcunun faiz və vaxtı çatan dövlət istiqrazları üzrə öhdəliklərinin bir hissəsini ödəsə də, əsas borc yükü və yeni səhmlər üzrə faiz dərəcələri xarici borc portfelini artırır. Ölkənin Büdcə Ofisinin məlumatına görə, ötənilki maliyyə ilində borcu ödəmək məqsədilə ABŞ 695 milyard dollar xərcləyib ki, onun da demək olar ki, hamısı faizlər üzrə ödənişlər və xarici borca xidmət haqlarıdır. Səhm və istiqrazlar üzrə faizlər müxtəlif vaxtlarda bahalaşdığından borc da yüksəlir. ABŞ-ın 7,6 trilyon dollarlıq dövlət istiqrazları var. Bu dövlət istiqrazlarının hamısını satsa belə, borcun 25 faizinin bağlanması deməkdir.
Hökumət borc artımının qarşısını almaq müxtəlif ssenarilər hazırlayıb ki, onlardan biri federal xərclərin azaldılmasıdır. Buna nail olmaq üçün Tramp administrasiyası Hökumətin Səmərəliliyi Departamentini (DOGE) yaradıb. Elon Mskın rəhbərliyi altında DOGE artıq bir neçə federal agentliyi və dövlət təşkilatını, eləcə də qeyri-hökumət təşkilatlarını, ictimai cəmiyyətləri ləğv edir. Həmçinin, Vaşinqton bir sıra beynəlxalq təşkilatlarda üzvlükdən çıxmaqla xərclərə qənaət etmək istəyir. Msk 2025-ci ildə hökumətin “xərc qayçılaması” sayəsində 2 trilyon dollarlıq qənaətlə borcu azaltmağı düşünür.
İqtisadçılar isə bu cəhdlərin səmərə verəcəyinə əmin deyillər. Onlar hesab edirlər ki, ABŞ öz borcunun faiz və vaxtı çatan dövlət istiqrazlarının əsas borcunu ödəməyə qadirdir, borcu tamamilə bağlamaq çətindir. Ölkənin ÜDM-i 30 trilyon dollardır və ABŞ borcu sıfırlamaq üçün illik gəlirlərinin 1 sentinə toxunmadan hamısını debitorlara ödəməlidir. Yaxud, ölkənin strateji valyuta ehtiyatları 34,8 milyard dollar təşkil edir ki, bu da xarici borc rəqəmi ilə tam eynidir. ABŞ borcunu tam bağlamaq üçün bütün strateji rezervlərini satmalıdır. Bu isə ölkənin iqtisadiyyatını darmadağın edə bilər.
Buna görə də, borcun nəinki qapadılmasıdan söhbət gedə bilər, əksinə faizlər üzrə xərclərinin növbəti illərdə kəskin şəkildə artacağı gözləniləndir. Federal Büdcə Komitəsinin proqnozuna görə, ABŞ-ın ümumi faiz ödənişləri növbəti 10 il ərzində daha 13 trilyon dolları keçə və 50 trilyon dollara çata bilər.
Xarici borc hansı iqtisadi risklər yaradır?
Dünya praktikasına görə, ölkələrin xarici borcların qiymətləndirilməsi üçün 3 əsas indikatordan istifadə olunur:
1. Xarici borcun məbləği ixracın 200 faizindən çox olmamalıdır.
2. Xarici borcun ÜDM-ə nisbəti 40 faizi aşmamalıdır.
3. Xarici borca xidmətlə əlaqədar bütün ödənişlərin həcminin ÜDM-ə nisbəti 5 faizdən yüksək olmamalıdır.
Bu indikatorlar üzrə göstəricilər pisləşdikdə borcu olan ölkələr üçün ciddi risklər yaranır.
ABŞ-ın mövcud borc portfelinə diqqət yetirdikdə hər 3 göstərici üzrə “qırmızı xətti” keçdiyini görmək olar. Belə ki, Amerikanın xarici borcu illik ixracından (3,2 trilyon dollar) 11 dəfə çoxdur və 200 faizlik təhlükəli ixrac limitini daha çox ötüb. Hazırda ABŞ-ın xarici borcu ÜDM-in 98 faizinə bərabərdir. Yəni, beynəlxalq praktikada qəbul edilmiş təhlükəli cizgini - 40 faizi 2,4 dəfə aşıb. Həmçinin, xarici borca xidmətlərlə bağlı ödənişlər Amerikada ÜDM-in az qala 8 faizinə nəzərdə tutulan limiti də keçib.
Beləliklə, beynəlxalq meyarlara əsaslandıqda, ABŞ iqtisadiyyatı üçün risklərin böyük olmasını görmək mümkündür. Yeri gəlmişkən, beynəlxalt kreditorlar xarici borcun strateji valyuta ehtiyatlarına adekvatlığı nisbətinə də xüsusi diqqət yetirir. Çünki borc verən kreditorların hansısa tələbləri qarşısında öhdəlikləri yerinə yetrimək üçün strateji ehtiyatlar əsas zəmanətverici maliyyə aktivi qismində çıxış edir. Əgər həmin ehiyatlar borcdan azdırsa, bu, ölkənin iqtisadi təhlükəsizliyi üçün arzuolunmaz hallara yol aça bilər. Dünya praktikasında bunun ən son nümunlərindən biri bir neçə il əvvəl iqtisadiyyatı müflis olan Yunanıstanın timsalında yaşanıb. Yunanıstan üzləşdiyi vəziyyətdən çıxmaq üçün torpaqlarının bir hissəsini, əmlak və digər aktivlərini xarici investorlara satmağa məcbur oldu.
ABŞ-da kritik iqtisadi vəziyyət yarandığı halda ölkə üçün defolt vəziyyətinin yaranması da istisna deyil.
Cənubi Qafqazda vəziyyət necədir?
Cənubi Qafqaz regionunda xarici borcun strukturuna baxdıqda Ermənistan və Gürcüstan borc portfelində əsas yer tutur. Gürcüstanın borcu 9 milyard dollara bərabər olmaqla ÜDM-in təxminən 38-40 faizinə bərabərdir.
Ermənistanın xarici dövlət borcu isə 2024-cü ilin yekununda 11 milyard dollara çatıb. Ümumiyyətlə, Ermənistanın son 5 illik maliyyə-borc öhdəlikləri üzrə vəziyyət yaxşılaşmaq əvəzinə, daha da pisləşib, hökumət hər il büdcə xərclərini icra etmək üçün əlavə borclanmaya getməyə məcbur olur. Məsələn, 2019-c ildə borc 7,3 milyard dollara, 2020-ci ildə 7,7 milyard dollara, 2021-ci ildə 9,2 milyard dollara, 2022-ci ildə isə 10,6 milyard və 2024-cü ildə 10,8 milyard dollar təşkil edib.
Hazırda Ermənistanın xarici borcu ÜDM-in 52 faizindən çoxdur.
Azərbaycanda xarici borc isə son illərdə davamlı olaraq azalıb. 2025-ci il yanvarın 1-ə olan məlumata əsasən, ölkəmizin xarici borcu 5 milyard 160 milyon dollar (8 milyard 772 milyon manat) ekvivalentində və yaxud Ümumi Daxili Məhsulun 6,9 faiznə bərabər olub. Yəni, Azərbaycan dünyada borcun məbləğinə görə, ən əlverişli ölkələr qrupundadır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

