Koreya birləşirmi?
04.07.2025 [08:16]
Cənub təşəbbüs irəli sürür, şimal susur…
“Gündoğar” coğrafiyanın uzun illərdir davam edən siyasi-hərbi krizisi – Koreya müəmması status-kvosunu qorumaqdadır. Yarımadanın şimalı ilə cənubu arasındakı fikir, ideologiya, siyasi quruluş fərqi xalqların da bir-birindən kənar yaşamasına səbəb olub. Ötən dövrlərdə birləşmə ilə bağlı hansısa fikirlər səsləndirilsə də, real olaraq bu istiqamətdə addımlar atılmayıb. Yeri gəlmişkən, Cənubi Koreyanın prezidenti Li Çje Myon növbəti dəfə birlik mesajı səsləndirib. O bildirib ki, Koreya Respublikası sülh yolu ilə birləşməyə can atmalıdır, Cənub və Şimal “yüz ildən sonra” da birləşə bilərlər. Prezident ölkənin ali qanunvericiliyində də sülh yolu ilə birləşmə təşəbbüsünün olduğunu xatırladıb. Onun sözlərinə görə, qeyri-sülh yolu ilə birləşmə səyləri böyük itkilərə yol aça bilər. “İmkan daxilində bir-birimizin mövcudluğunu tanımalıyıq və qarşılıqlı-faydalı yolla getməliyik”,- deyə Li Çje Myon qeyd edib.
Prezident onu da qeyd edib ki, Koreya müharibəsindən hələ heç bir əsr də keçməyib və tarixi nöqteyi-nəzərdən 80 il elə də böyük müddət sayılmır.
3 illik müharibə, 72 illik ayrılıq...
Qeyd edək ki, 75 il öncə, 1950-ci il iyunun 25-də başlayan və 1953-cü il iyulun 27-ə qədər davam etmiş hərbi münaqişə nəticəsində ada iki hissəyə bölünüb. Bəzən bu konfliktə “Soyuq müharibə” dövründə ABŞ və onun müttəfiqləri ilə ÇXR və SSRİ qüvvələri arasında baş vermiş gizli müharibə kimi də baxılır. Başqa sözlə, Koreya müharibəsi “Soyuq müharibə”nin ilk isti hərbi toqquşması hesab edilir. 1950-ci il iyunun 25-də Sovet İttifaqının təlimatı ilə Şimali Koreya (KXDR) rəhbərliyi Cənubi Koreyaya qarşı müharibəyə başladı və 38-ci en dairəsi boyunca cəmləşdirilmiş Şimali Koreya silahlı qüvvələrinin qəflətən hücumu artıq üç gündən sonra Seulun işğalı ilə nəticələndi. Cənubi Koreya olduqca ağır bir duruma düşdü. ABŞ isə məsələni BMT-nin Təhlükəsizlik Şurasına çıxardı, Şimali Koreya təcavüzkar elan olundu və ona qarşı mübarizə aparmaq üçün Cənubi Koreyaya BMT silahlı qüvvələrinin göndərilməsi qərarı verildi. BMT silahlı qüvvələri müxtəlif dövlətlərin əsgərlərindən ibarət olsa da, əksəriyyətini ABŞ əsgərləri təşkil edirdi.
Sovet lideri İ.V.Stalinin 1953-cü ilin martında ölməsi ilə müharibə “bitdi”. 1953-cü ilin iyulunda Panmuncom kəndində (Keson şəhərinin yaxınlığında) tərəflər arasında barışıq haqqında saziş imzalandı. Sazişin şərtlərinə görə Şimali Koreya və Cənubi Koreya arasındakı sərhəd yenə də 38-ci en dairəsindən keçirdi.
Müasir günümüzdə 72 il öncə baş verən müharibənin Koreya adasına verdiyi bəlaların yenidən təkrarlanması qorxusu intensiv olaraq yaşanır. Hər iki tərəf ardıcıl şəkildə şimal sularında ya “raket” atəşləri səsləndirir, ya da hərbi təlimlər keçir. Sülh danışıqları isə…
“Şimal” “Cənub”u rəsmi düşmən elan edib...
Adanın birləşməsi istiqamətində sülh danışıqları ürəkaçan səviyyədə deyil – hətta son dövrlərdə daha da ağırlaşıb. Bu ilin mayında Koreya müharibəsinin bitməsini təsdiqləyən sənədin imzalandığı Panmuncom sərhəd-keçid məntəqəsində “Birləşmə pavilyonu”ndakı işarə dəyişdirilib.
Son 5 ildə (2020–2025) Koreya yarımadasında Cənubi və Şimali Koreya arasında sülh yolu ilə birləşmə istiqamətində atılan addımlar ümumən məhdud və fasiləli olub. 2020-ci ilin iyununda Şimali Koreya Cənubi Koreya ilə əlaqə mərkəzini (Kaesonqdakı birgə əlaqə ofisini) partlatdı. Bu addım Pxenyanın Seula qarşı sərt mövqeyinin göstəricisi idi. Bu hadisədən sonra dialoqlar faktiki dayanmış oldu, münasibətlər gərginləşdi. 2021-ci ildə isə liderlər Kim Çen In və Mun Ce-in arasında məktub mübadiləsi olub və qarşılıqlı rabitə xətləri bərpa edilib. Bu, hər iki tərəfin “qarşılıqlı etimadı yenidən qurmaq” istəyi kimi dəyərləndirilsə də, konkret danışıqlara keçilmədi. 2022-ci ilin mayında isə Cənubi Koreyanın o dövrki prezidenti Yun Sok Şimalla dialoqdan əvvəl nüvəsizləşmə tələbini irəli sürdü. Bununla sülh və birləşmə yönündə dialoqlar təxirə düşdü, Şimali Koreya isə həmin administrasiyanı “düşmən mövqeli” adlandırdı. 2024-cü ilin sonu – 2025-ci ilin əvvəlində isə Şimali Koreya konstitusiyanı dəyişməklə Cənubi Koreyanı rəsmən “düşmən dövlət” elan etdi. Bu, birləşmə ideyasından faktiki imtina kimi dəyərləndirilir. Beləliklə, son illərdə koreyaların birləşməsi istiqamətində konkret sülh təşəbbüsləri demək olar ki, iflasa uğrayıb.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

