Yelisey sarayının tezisləri Belçika parlamentində...
23.07.2025 [11:38]
Son zamanlar elçikalı parlamentarilər “erməni sevdasına” qərq olub. Açıq-aşkar Ermənistan üçün cənfəşanlıq edirlər. Regionda hazırk reallıqlardan xəbərdar olmayan və ya xəbərdar olub, amma bilərəkdən buna məhəl qoymayan elçikalı parlamentarilər öz köhnə ampluasında qalmaqda davam edirlər. Belə ki, Ermənistan Baş naziri Nikol Paşinyanın bu ayın ortalarında Belçikaya səfəri zamanı - iyulun 17-də Belçika parlamentinin Nümayəndələr Palatasında Azərbaycana qarşı qərəzli qətnamə qəbul olunub - Qətnamədə Azərbaycan ordusunun 2023-cü ilin sentyabrın 19-da Qarabağda antiterror tədbirləri açıq-aşkar təhrif olunub və ölkəmizə qarşı əsassız ittihamlar səsləndirilib. Sənədin bütün maddələri Azərbaycanın milli maraqlarına və beynəlxalq hüququn reallıqlarına zidd olmaqla yanaşı, açıq şəkildə Ermənistanın və separatçı ermənilərin mövqeyini müdafiə edir. Belçika Parlamentinin Nümayəndələr Palatası indi də Belçika hökumətinə Ermənistanla bağlı tələblər irəli sürüb. Tələblər bundan ibarətdir ki, Brüssel “hərbi cinayətlərin” beynəlxalq səviyyədə araşdırılmasında Ermənistana dəstək verməli, Ermənistanda konsulluq mövcudluğunu artırmalı, rəsmi İrəvanla humanitar və hərbi əməkdaşlığı daha da dərinləşdirməlidir. Nümayəndələr Palatasında, həmçinin Azərbaycana qarşı sanksiya tətbiq olunmasını çağıranlar da olub.
Belçikalı Parlementarilər niyə Ermənistan üçün bu qədər cənfəşanlıq edirlər? Onların bu addımları nədə irəli gəlir? Belçika parlamentinin Ermənistana yönəlik addımları hansı məqsədlərə əsaslanıb?
İkili standartlar normal siyasi mexanizmə çevrilib
Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Belçika Nümayəndələr Palatasının qəbul etdiyi birtərəfli və qərəzli qətnamə Avropa İttifaqının son dövrlərdə Ermənistanla münasibətlərini hansı siyasi ritorika üzərində qurduğunu açıq şəkildə nümayiş etdirir. “Qətnamənin məzmunu bir daha göstərdi ki, Aİ-nin bəzi institutları, eləcə də bəzi üzv ölkələri üçün ikili standartlar artıq normaya çevrilib. Bu sənəd faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını sual altına alır. Qətnamənin Paşinyanın Brüssel səfəri ilə eyni vaxta təsadüf etməsi isə bu təşəbbüsün əvvəlcədən planlaşdırıldığını göstərir. Qeyd edim ki, Azərbaycanın ərazi bütövlüyü BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanır. Bu prinsipləri inkar etmək Avropa hüququnun öz əsaslarını inkar etmək deməkdir”, - deyə T.İsmayılov vurğulayıb ki, Belçika parlamentinin qətnaməsi Azərbaycanın keçmiş münaqişəyə son qoyaraq sülhə yönəlmiş siyasətinə qarşı siyasi sabotaj kimi qiymətləndirilməlidir: “Qərb institutlarının bəzi dairələri Ermənistanın diplomatik manevrlərinə siyasi örtük təqdim etməyə çalışır. Paşinyan isə bu fürsəti maksimum şəkildə istismar edir - həm daxili auditoriyaya mesaj verir, həm də Qərbdə anti-Azərbaycan ritorikasını stimullaşdırır. Siyasi baxımdan bu sənəd Brüsselin regiondakı obyektivlik iddiasına xələl gətirir. Bu, sadəcə, diplomatik səhv deyil, geopolitik məsuliyyətsizlikdir. Eyni zamanda, bu sənəd Aİ-Ermənistan yaxınlaşmasının yalnız iqtisadi deyil, siyasi və təhlükəsizlik ölçüləri daşıdığını da göstərir. Azərbaycan bu cür qərəzli sənədlərə baxmayaraq öz sülh gündəliyinə sadiqdir”.
Kələfin ucu Parisə gedib çıxır
Politoloq İlyas Hüseynov qəzetimizə şərhində bildirib ki, Belçika Parlamentinin Nümayəndələr Palatasının Azərbaycana qarşı addımlarının arxasında müəyyən qüvvələr dayanır. “44 günlük Vətən müharibəsindən sonra bir sıra Avropa dövlətləri Azərbaycana qarşı qərəzli mövqe sərgiləməyə başladılar. Bu siyasət hələ də davam etməkdədir. Həmin ölkələrdən biri də Belçikadır. Bu Avropa ölkəsinin həm daxili, həm də xarici siyasəti Aİ-dən, xüsusilə də Fransadan asılı vəziyyətdədir. Demək olar ki, Belçika müstəqil siyasət yürüdə bilmir və bütün suveren hüquqlarını Aİ-yə və Fransaya təhvil verib. Ümumiyyətlə, Benilüks ölkələr - Belçika, Hollandiya və Lüksenburq öz xarici siyasətlərini Fransanın xarici siyasəti ilə uyğunlaşdırırlar və rəsmi Parislə həmrəy şəkildə siyasət yürüdürlər. Bu baxımdan belə qənaətə gəlmək olar ki, Belçika Parlamentinin Nümayəndələr Palatasının Ermənistana dəstək çağırışı və Azərbaycana qarşı qətnaməsinin arxasında məhz Fransa dayanır”. Ekspert əlavə edib ki, Belçika parlamentinin davranışları ölkənin imicinə xələl gətirir: “Nəzərə almaq lazımdır ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətni artıq razılaşdırılıb. Bununla yanaşı, bu yaxınlarda BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında çox məhsuldar və konstruktiv görüş keçirildi. Proses müsbət istiqamətdə davam edir. Belə bir halda Belçika Parlamentinin Nümayəndələr Palatasının Belçika hökumətinə Ermənistanla bağlı tələblər irəli sürməsi və Azərbaycana qarşı qərəzli mövqe sərgilməsi qətiyyən yol verilməzdir. Bu, sülh prosesinə mənfi təsir göstərir. Belçika parlamenti bu kimi davranışlarından əl çəkməli və Azərbaycan-Ermənistan sülh prosesinə öz dəstəyini nümayiş etdirməlidir”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

