Türkiyənin qüruru...
29.07.2025 [11:26]
Beynəlxalq nizamın pozulduğu indiki dövrdə hər bir ölkə milli təhlükəsizliyini təmin etmək üçün silahlı qüvvələrini gücləndirir. Son 20 ildən artıq müddətdə Türkiyə öz hərbi gücünü əhəmiyyətli dərəcədə artırıb. Bu dövrdə Türkiyə öz müdafiə sənayesini çox sürətlə gücləndirib və ordusunu ən müasir hərbi texnika və atıcı silahlarla təmin edib. Son illər öz arsenalını tanınmaz dərəcədə dəyişən qardaş ölkənin ordusu dünyanın ən güclü ordularından biri kimi tanınır. Təsadüfi deyil ki, Türkiyə PUA istehsalına görə dünyada liderlər sırasındadır. Eyni zamanda, qardaş ölkə PUA ixracı baxımından dünyanın öndə gedən dövlətləri arasındadır.
İndoneziya 48 ədəd “KAAN” alacaq
Bu istiqamətdə Ankara daha bir uğura imza atıb. Belə ki, Türkiyə istehsalı olan beşinci nəsil “KAAN” qırıcı təyyarələrinin ilk nümunələri sifarişçilərə 2028-ci ilin sonu - 2029-cu ilin əvvəlində təhvil veriləcək. Bu barədə jurnalistlərə TUSAŞ aerokosmik şirkətinin baş direktoru Mehmet Demiroğlu məlumat verib. Onun sözlərinə görə, hazırda bir neçə hərbi təyyarə prototipinin sınaqları davam edir və ilk üç “KAAN” təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələrinin komandanlığına təqdim olunacaq. TUSAŞ-ın baş direktoru “KAAN” təyyarəsini “Türkiyənin qüruru” adlandırıb.
Qeyd edək ki, bu ilin iyun ayında İndoneziyaya 48 ədəd “KAAN” təyyarəsinin tədarükü üzrə müqavilə imzalanıb. Razılaşma 2025-ci ildə Cakartada keçirilən “INDO Defence” müdafiə sərgisi çərçivəsində əldə olunub. Bugünlərdə İstanbulda keçirilən “IDEF 2025” sərgisi çərçivəsində isə Türkiyə ilə İndoneziya arasında 48 ədəd “KAAN” döyüş təyyarəsinin satışı ilə bağlı müqavilə imzalanıb. Müqaviləni Türkiyə Prezidenti Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin rəhbəri Haluk Görgün, Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) İdarə Heyətinin sədri Ömər Cihad Vardan və İndoneziyanın müdafiə naziri Sjafrie Sjamsoeddin imzalayıblar. Mərasimdə çıxış edən Haluk Görgün bu razılaşmanın Türkiyənin Cümhuriyyət tarixində müdafiə sənayesi sahəsində bağlanmış ən böyük ixracat müqaviləsi olduğunu bildirib. Ölkəsinin müdafiə sənayesində yerli istehsal payının 83 faizə yüksəldiyini vurğulayan Görgün həyata keçirdikləri layihələr, hazırlanan sursatlar və digər sistemlərlə bağlı bir çox rekorda imza atdıqlarını, bir çox ölkə ilə müqavilələr bağladıqlarını bildirib.
“KAAN” - Türkiyənin növbəti uğuru
Məlumdur ki, Türkiyə ən yeni nəsil texniki göstəricilərə malik qırıcılar, helikopterlər və avtomobillər də istehsal edir. Türkiyə milli döyüş təyyarəsi “KAAN”ı istehsal etməklə dünyada 5-ci nəsil qırıcı istehsal edən 5 ölkədən biri sayılır. Bu təyyarə ABŞ-ın “F-35” döyüş qırıcılarına bərabər hesab olunur. “KAAN”ın texniki xüsusiyyətlərinə gəldikdə isə, Türk Təyyarə Sənayesi Şirkətinin (TUSAŞ) yerli və milli imkanlarla inkişaf etdirdiyi milli döyüş təyyarəsi Pilotsuz Uçuş Aparatlarının hava xəbərdarlıqları, nəzarəti kimi funksiyalarını özündə cəmləşdirir. Yeni nəsil silahlarının vasitəsilə havadan havaya döyüş aparmaq qabiliyyətinə malik təyyarə daxili silah yuvalarından səsdən yüksək sürətlə dəqiq zərbələr endirmək iqtidarındadır. Onun döyüş gücü süni intellekt və neyron şəbəkə dəstəyi ilə artırılıb.
Xatırladaq ki, Türkiyənin “KAAN” milli hərbi təyyarəsi ötən ilin fevralında ilk uçuşunu uğurla həyata keçirib. Türkiyənin Aerokosmik Sənayesi tərəfindən həyata keçirilən ən mühüm texnologiya layihələrindən biri olan “KAAN”ın uçuşu üçün bütün texniki və laboratoriya sınaqları tamamlanıb. “KAAN”ın qanadlarının uzunluğu 14, hündürlüyü 6, uzunluğu isə 21 metrdir. Təyyarənin kokpiti bir pilot üçün nəzərdə tutulub. Qoşa mühərriki, yüksək manevr qabiliyyəti, radardan yayınması, gəmidə silah daşıma və elektron döyüş qabiliyyətləri bu hərbi hava vasitəsinin ən diqqətçəkən xüsusiyyətləridir. Hər cür hava və yer hədəflərinə strateji hücum imkanı yaradacaq təyyarə yüksək döyüş məsafəsi və supersonik sürətlə dəqiq atəş xüsusiyyətləri ilə də fərqlənir.
Qeyd edək ki, qardaş ölkə yeni hava hücumundan müdafiə sistemi də yaratmaqdadır. “Polad günbəz” (“Çelik Kubbe”) adlandırılan yeni sistem ölkənin hava hücumundan müdafiə sistemlərinin vahid şəbəkəyə inteqrasiyasını və real vaxt rejimində qərarların qəbulu üçün onun vasitəsilə məlumatların ötürülməsini nəzərdə tutur. Artıq uzunmənzilli hava hücumundan müdafiə sistemi olan “Siper Blok-1” Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilib. “Siper Blok-1” ölkənin “Polad Günbəz” sisteminin yeni elementinə çevrilib. Türkiyə mediası yazır ki, sözügedən sistem ABŞ istehsalı olan “Patriot” və Rusiya istehsalı olan “S-400”ə bənzərdir. “Siper”in batareyasına 4 ədəd raket buraxıcı sistemi, 2 ədəd raket yükləmə sistemi, 1 ədəd “Teirs” radarı, 1 ədəd atəşi idarəetmə mərkəzi, 1 ədəd atəşə nəzarət radarı və 3 ədəd rabitə stansiyası daxildir.
İnsansız sualtı qayıqların hazırlanması hədəflər sırasındadır
Bundan başqa, Türkiyə sualtı qayıq layihəsini də uğurla reallaşdırır. Hələ 2015-ci ildə Yeni Tip Sualtı Qayıq Layihəsi çərçivəsində yerlilik göstəricisi yüksək olan “Type-214TN (Reis)” sinfinə məxsus sualtı qayıqların istehsalına başlayan Türkiyə 2017-ci ilin iyun ayında MİLDEN (Milli Sualtı Qayıq) layihəsinə start verib və dizaynı tamamilə Türkiyədə həyata keçiriləcək çox yüksək yerli resurs payına malik sualtı qayıqların istehsalını təhlil edib. 2019-cu ilin aprel ayında Hərbi Dəniz Qüvvələri Komandanlığı tərkibində MİLDEN Dizayn Layihə Ofisi yaradılıb və MİLDEN Layihəsi rəsmi olaraq başlayıb. 2022-ci ilin əvvəlində MİLDEN-in konseptual dizaynları tamamlanıb və qabaqcıl dizayn mərhələsinə start verilib. İlk vaxtlarda - 2022-ci ilin avqust ayına olan məlumata görə, Layihə Ofisində 23-ü mühəndis, 5-i texniki layihəçi olmaqla 28 işçi çalışıb. Layihə irəlilədikcə personal sayı da artır. İlk gəminin 2031-ci ilə qədər tamamlanacağı gözlənilir. Hələ ki, nə qədər sualtı qayığın istehsal olunacağı bəlli deyil. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışlarında deyib ki, hazırda hədəf insansız sualtı qayıqlar hazırlamaqdır.
Bütün bunlar Türkiyənin hərbi sənayesinin parlaq nailiyyətləridir. Bu faktor beynəlxalq miqyasda qardaş ölkənin önəmini daha da artırır. Yeni nəsil “KAAN” qırıcı təyyarələrinə dünyada maraq artır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37

